Nələr baş ağrısına səbəb ola bilər?
Heç bir ağrı səbəbsiz yerə başlamır. O cümlədən baş ağrısı.Baş ağrısı bir çox insanları bəzən daimi narahat edir. ABŞ-ın qadın jurnalı olan «Health» bu ağrının səbəblərini müəyyən edib. Ağrının səbəbi mütəxəssislərin apardığı araşdırmalar nəticəsində müəyyənləşdirilib.
1. Çəki — artıq çəkidən əziyyət çəkənlərin baş ağrısı olma riski normal çəkililərdən 35 faiz çoxdur.
2. Xasiyyət — həddindən çox ehtiyatlılıq, deyingənlik, narahatlıq baş ağrısına səbəb ola bilər.
3.Cinsi həyat — Cinsi həyatı passiv olan insanları bu ağrıdan əziyyət çəkmək ehtimalı böyükdür.
4.Tətil — həftəsonu tətilləri yuxu rejimini pozduğu üçün qısa müddətli ağrılara yol aça bilər.
5. Qoxu — boyadan gələn qoxular ağrı yarada bilər.
6. Susuzluq — bədənin uzun müddət susuz qalması ağrıya səbəb olur.
7. Yemək yeməmək — aclıq baş ağrısına səbəb olan ən böyük faktorlardan biridir.
8. Kafein- az miqdarda kafein qəbulu baş ağrısına yaxşı təsir edə bilər. Ancaq miqdarın artması daha böyük problemlər yaradacaq.
9. Hərəkətsizlik — İsveçdə aparılan araşdırmalar hərəkətsizliyin xroniki ağrılara gətirib çıxara biləcəyini ortaya çıxarıb.
10.Yuxusuzluq- gündə 6 saatdan az yatanlarda 8 saat yatanlara nisbətən baş ağrısı riski daha yüksəkdir.
11. Qidalanma — qırmızı şərab, pivə, şokolad, sosis kimi qidalar və içkilər bəzi insanlarda baş ağrısı yarada bilir.

Xəbər 166 dəfə oxundu.