Atəşkəs pozulub
Ermənistan silahlı qüvvələri Tərtərin Çiləbürt, Ağdamın Qaraqaşlı, Sarıcalı, Novruzlu, Füzulinin Qaraxanbəyli, Kürdlər, Cəbrayılın Nüzgar kəndləri yaxınlığında, yerləşən mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə qarşı tərəf cavab atəşi ilə susdurulub.

Xəbər 134 dəfə oxundu.