“Feyerverk“ peçenyesi
İstifadə olunan ərzaqlar:
350 qr. kərə yağı
1stəkan şəkər tozu
1 vanil
3 stəkan yarım un
2-3 azca çırpılmış yumurta
350 qr. kakos ovuntusu
44 balaca karamel konfetlər (350 qr.)
6 x/q yağlı qaymaq
duz
Hazırlanması qaydası:
Yağı şəkər toxu ilə birlikdə mikserlə orta sürətdə çırpın.
Ketlənin rəngi agaranda vanil qatın.
Mikserin sürətini azaldıb,duzu və unu əlavə edin.
Xəmiri hazırlayıb,selofanın koməyi ilə uzunsof formaya salın.
Soba tavasını götürüb,xəmirdən qoz boyda qoparib,əlinizlə yumurlayın,Tavaya yığıb ortasını barmağınızla bərk basın.
Bu hazır hazırladığınız xəmirləri götürüb,əvvlcədən çalınmış yumurtaya batırın.sonra kakosa .
Tavaya yığıb 180 dərəcədə 10 dəqiqə bişirin.Sonra çıxarıb üstündən barmağınızla basın ki,ortası oyuq qalsın.Yenə 10 dəqiqə bişırin.
Soyuyandan sonra karamel konfetləri və qaymağı vam odda əridin,durmadan qarışdırın,təxminən 4-6 dəqiqə.
Ərinmiş karameldən qaşıqla peçenyelərin ortasına qoyun.
Axırda üstünə iri duz səpin. Bu ona xüsusi tam verir.
qadın.az

Xəbər 63 dəfə oxundu.