Çempionlar Liqasında həftənin rəmzi komandası
UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü turun rəmzi komandası açıqlanıb.
Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 11-likdə “Real”, “Mançester Siti” və "Brügge"dən iki futbolçu yer alıb. Digər komandalar isə rəmzi yığmada 1 oyunçu ilə təmsil olunublar.
Qapıçı: İtan Horvat ("Brügge")
Müdafiəçilər: Filipe Luis (“Atletiko”), Kostas Manolas (“Roma”), Xuan Bernat (PSJ)
Yarımmüdafiəçilər: Riyad Mahrez ("Mançester Siti"), Hans Vanaken ("Brügge"), Toni Kroos (“Real”), Karlos Soler (“Valensiya”)
Hücumçular: Kərim Benzema (“Real”), Robert Levandovski (“Bavariya”), Qabriel Jesus (“Mançester Siti”)

Xəbər 47 dəfə oxundu.