“Çelsi“ “Barselona“nın təklifini rədd etdi
“Barselona”nın "Çelsi"nin futbolçu Villianı transfer planı baş tutmayıb.
Qol.az-ın "The Telegraph"a istinadən yaydığı xəbərə görə, Kataloniya klubu braziliyalı yarımmüdafiəçini Malkomla dəyişmək istəsə də, London təmsilçisi buna razı olmayıb. Hətta "Barselona"nın qarşı tərəfə Malkomla birlikdə 40 milyon avro da təklif etdiyi bildirilir. Lakin "Zadəganlar" aparcı futbolçusunu göndərmək fikrində deyillər.
Qeyd edək ki, "Barselona" yayda Villian üçün "Çelsi"yə 61 milyon avroluqa təklif göndərmişdi.

Xəbər 155 dəfə oxundu.