Limon içlikli piroq
Qəfil qonağınız gələcək. Amma mağazadan şirniyyat almağı özünüzə yaraşdırmırsınız. Elə isə buyurun xəbərin ardına...
Çox ləziz və nəfis bir limonlu piroq reseptini sizlərə təqdim edirəm... Bu piroqun sizləri sevdiklərinizə daha da sevdirməkdə yardımçı olacağına zəmanət verirəm!
Limon içlikli tez hazırlanan piroq:
Lazım olan ərzaqlar aşağıdakılardır:
2 ədəd yumurta
1 stəkan şəkər tozu
200 qr kərə yağı və ya marqarin
1 banka xama
1 ədəd qabartma tozu və aparan qədər un( təxminən2-3 stəkan)
İçlik üçün lazımdır:
2 ədəd limon
1 stəkan şəkər tozu
Hazırlanma qaydası:
Yağ vam odda əridilir və soyumağa qoyulur.
Yumurta və şəkər tam əriyənə qədər çalınır, xama və qabartma tozu əlavə edilib qarışdırılır. Soyumuş yağ əlavə edilib yaxşıca qarışdırılır.
Yavaş-yavaş un əlavə edilib, yumşaq xəmir yoğrulur. Xəmir nə qədər yumşaq olsa piroq bir o qədər həcmli və zərif olacaq.
İçlik üçün limonların tumu çıxarılır və qabıqlı halda blendrdə xırdalanır. Şəkər tozu qatılır.
Xəmir yayılıb, yağlanmış formaya qoyulur.
Xəmirin kənarları bir qədər qaldırılır. Hazır içlik xəmirin içinə tökülür.
200 dərəcə qızdırılmış sobada bişməyə qoyulur.
Onu da qeyd edim ki, piroqun üstünü folqa və ya perqament kağızı ilə örtmək lazımdı ki, içi yaxşı bişsin. 30 dəqiqəyə bişir. Sobadan çıxarıb soyuyandan sonra üstünə şəkər kirşanı səpilir
Nuş Olsun!
qadın.az

Xəbər 131 dəfə oxundu.