Mənim bəlalı çillərim
Yaz aylarında qadınları ən çox narahat edən problemlərdən biridə çillərdir. Çillər, adətən, yazda görünməyə başlayır, yayda
daha da aydınlaşır, payızda solğunlaşır və qışda tamam yoxolur. Sifətində çillər əmələ gələn qadınlar artıq yaz gələrkən
üzlərini günəş şüalarından qorumalı, günəş şüalarına qarşı olankrem və kirşandan istifadə etməlidirlər. Bu kosmetik
preparatların tərkibində sifəti günəş şüalarından qoruyankimyəvi maddələr var. Belə kremi və kirşanı sizə həkim-
dermatoloq məsləhət görə bilər. Xüsusi kirşana sizin dərinizəuyğun rəng vermək üçün ona adi kirşan qarışdırın.
Əgər çillər artıq əmələ gəlmişsə, onları xüsusi krem vəməlhəmlərin köməyi ilə aradan qaldırmaq olar.
Bu krem vəməlhəmlər dərini qurudur və onun çıxmasına kömək edir. Lakindərini çıxaran vasitələrdən həkim, ya da təcrübəli kosmetoloqla
məsləhətləşmədən istifadə etmək olmaz, çünki belə vasitələrdərini bərk qıcıqlandırar, ya da onun iltihabına səbəb ola bilər.
Dəri çıxaran vasitələrdən mədə və böyrəkləri xəstə olan qadınlaristifadə edə bilməzlər. Bunun əvəzinə ağardıcı maddələrdən
istifadə etsələr daha təhlükəsiz olar.
Üzü müntəzəm olaraq süd zərdabı ilə yuduqda, ya da xiyarşirəsi ilə gündə bir neçə dəfə sildikdə çillər ağarır. Xiyar şirəsini
yumaq lazım deyil. Çiyələk, pomidor və qaragilə maskaları daağardıcı xüsusiyyətə malikdir. Onları təmiz yuyulmuş üzə qoyulur
və 20-25 dəqiqədən sonra cökə çiçəyi (1 l suya 1 xörək qaşığıçiçək) cövhəri ilə silirlər.
Təzə cəfəri şirəsindən də ağardıçı vasitə kimi istifadə etməkolar: 1 xörək qaşığı xırda doğranmış cəfərinin üstünə 0,5 stəkan
qaynar su tökür, soyuduqdan sonra süzür və tez-tez çillər olanyerlərə sürtürlər. Çilləri durulaşdırılmış hidrogen-peroksidməhlulu ilə də aparmaq olar. Bunun üçün 2 xörək qaşığı 3-6%-lihidrogen-peroksid məhlulunu 1 çay qaşığı kartof unu iləqarışdırır və alınmış sıyığı çillərin üstünə sürtürlər. Quruyandansonra sifəti içinə limon şirəsi, ya da qaragilə şirəsi (1 stəkansuya 1 çay qaşığı şirə) tökülmüş su ilə yaxalayırlar. Əgər dərixarici qıcıqlandırıcılara həssasdırsa, onda maskadan istifadə etmək daha yaxşıdır.
Əgər çillər çox tünd, ya da çoxdursa, onda dərinin rəngini yerkökü şirəsi ilə düzəltmək olar, bunu gündə iki dəfə – axşam
və səhərlər istifadə etmək olar. Şirə quruyandan sonra üzu təzə süd qatılmış su ilə (1 stəkan suya 1 xörək qaşığı süd)
yaxalayırlar.
Nəzərə çarpan nəticəni almaq üçün yuxarıda göstərdiyimiz müalicə uzun müddət aparılmalıdır, müalicəyə qışda (yanvarın
axırı, fevralın əvvəli), çillər tamam yox olduqda başlamaq lazımdır.Bəzən alında, gicgahlarda ya da yanaqlarda, adətən, sarı, ya da
tünd-qəhvəyi rəngli ləkələr əmələ gəlir. On-ların da ağardılması üçun çillərdə olan müalicəni aparmaq olar. 5%-li üzüm sirkəsi
və qatıq ilə qoyulan kompreslər də yaxşı təsir göstərir: tənzif parçasını sirkədə isladıb ləkənin üstünə qoyur və 10 dəqiqədən
sonra onu kötürüb həmin yerə un qarışdırılmış qatıqdan (1/4 stəkan qatığa 1 çay qaşığı un) kompres qoyur və 10 dəqiqə
saxlayırlar. Əgər dəri sirkəyə çox həssasdırsa, onda kompresi ancaq qatıqla qoymaq olar. Birinci həftə kompresi hər gün,
ləkələr ağarandan sonra isə həftədə bir dəfə eləyirlər. Bundan başqa, ləkələr üzə çıxmağa başlayanda sifəti günəş şüalarından
qorumaq, bahar gələndə isə üzə mütləq günəşdən qoruyucu kirşan çəkmək lazımdır.
Ləkələrdə olduğu kimi, çillərdə də qidanın tərkibi C,B və PP vitaminləri ilə zəngin olmalıdır.
qadın.az

Xəbər 73 dəfə oxundu.