“Qarabağ“ – “Qəbələ“ oyunu FİFA referisinə tapşırıldı – Təyinatlar
Topaz Premyer Liqasında 17-ci turun oyunlarına təyinatlar açıqlanıb.
Qol.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, turun mərkəzi qarşılaşması olan “Qarabağ” – “Qəbələ” matçını FİFA referisi Rəhim Həsənov idarə edəcək.
Digər oyunları isə adları aşağıda göstərilən hakimlər idarə edəcəklər.
16 fevral (şənbə)
15:00. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Pərvin Talıbov, Rauf Allahverdiyev
ASK Arena
17:30. “Zirə” – “Neftçi”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
Zirə İdman Kompleksinin stadionu
17 fevral (bazar)
15:00. “Səbail” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Əli Cəbrayılov, Kamal Umudlu
“Bayıl Arena”
17:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər 90 dəfə oxundu.