Jozef Merrickin məzarı ölümündən 130 il sonra tapıldı
1890-cı ildə vəfat edən "Elephant" ləqəbli Jozef Merrickin məzarı ölümündən 130 il sonra bir tədqiqatçı tərəfindən aşkar edilib.
Chip.az xəbər verir ki, Sam Torr adlı şoumen tərəfindən ictimaiyyətə "Elephant Man" kimi təqdim olunan Jozef Merric bədənində ciddi deformasiyalar olduğuna görə adi insanlarla müqayisədə ilk baxışdan seçilə bilir.
1890-cı ildə 27 yaşında Londonda xəstəxanada boğulma səbəbindən həyatını itirən Merrickin tibbi möcüzə adlandırılan skeletinin harada dəfn olunduğu məlum deyildi.
"Elephant Man"ın biyoqrafiyasını yazan Vigor-Mungovin Merrickin məzarını tapmaq üçün araşdırma aparır. İlk olaraq qəbiristanlıq qeydlərindəki məlumatlara əsasən bu işə başlayır. Nəticədə onun London qəbiristanlığında dəfn edildiyini müəyyən edir.
Tədqiqatlara əsasən Merrickin 11 Aprelda vəfat etdiyi ancaq 24 apreldə dəfn edildiyi məlum olub. Vigor-Mungovin aşkarladığı məzarın 99 faizMerrickə məxsus olduğunu bildirib. "Elephant Man" kimi tanınan Jozef Merrick üçün daha yaxşı məzar daşının düzəldiləcəyi bildirilib.

Xəbər 75 dəfə oxundu.