Soyuq və solğun ayaq ciddi xəstəliklərin əlamətidir
Ayaqlarda problemlər ciddi xəstəliklərin xəbərçisi ola bilər. Sputnik Azərbayacn xarici mətbuata istinadla xəbər verir ki, bəzi hallarda bu ürək-damar və diabetin (şəkər) əlaməti ola bilər.
Mütəxəssislər şəkərə meyilli şəxslərin mütəmadi olaraq ortoped müayinəsindən keçməsini məsləhət görür. Xəstələrin ayaqlarında hissiyat itir və insan ayağını yaraladığının fərqində olmur. Nəticədə infeksiya daşıyıcısına çevrilir.
Soyuq və solğun ayaqlar ürək-damar xəstəliyinin əlaməti ola bilər. Bu damarların tıxanması nəticəsində qan dövranının pozulması ilə əlaqədardır. Ayaqlarda ağrı artritin əlamətidir.
Mütəxəssislər məsləhət görür ki, ayaqların vəziyyəti daim diqqətdə olmalı və həkimə vaxtında müraciət edilməlidir.
Saglamolun.Az

Xəbər 68 dəfə oxundu.