“Sabah“ın hazırlıq planı - əvvəl Bakı, sonra Bolu
"Sabah" klubunun 2019-2020 mövsümü üçün hazırlıq planı müəyyənləşib.
Bu barədə Qol.az-a paytaxt təmsilçisinin baş məşqçisi Elşad Əhmədov məlumat verib. Onun sözlərinə görə, komanda iyunun 17-də Bakıda bir araya gələcək.
"Bakı toplanışı iki mərhələdən ibarət olacaq. İyulun ortalarına qədər paytaxtda hazırlıq keçəcəyik. Ayın 16-dan 30-na qədər isə Boluda təlim-məşq toplanışımız olacaq".
"Sabah"ın Türkiyədə yoxlama oyunları keçirəcəyi rəqiblər isə hələ dəqiqləşməyib.

Xəbər 72 dəfə oxundu.