Qırışları bir həftədə yox edəcək möcüzəvi krem
Qadin.az sizə ən tanınmış Dünya kosmetoloqlarının istifadə etdiyi kremin tərkibini təqdim edir.
Bu krem ən problemli dərini belə, 1 həhtədə qırışlardan azad edir.
İlk möcüzəvi nəticəni 3 gündən sonra hiss edəcəksiniz.
Resept çox sadədir, amma doğrudan da sehirli gücə malikdir.
Lazım olan ləvazimatlar:
Yarim təzə yumurtanın sarısı
2 çay qaşığı badam yağı (olmasa zeytun yağı da olar)
1 çay qaşığı dəniz duzu
2 çay qaşığı çobanyasdığı dəmləməsi (1 xörək qaşığı çobanyastığı bitkisini 1 stəkan su ilə 15-20 dəqiqə qaynadın)
yarım çay qaşığı təmiz bal
2 çay qaşığı kosmetik vazelin (apteklərdə satılır)
Hazırlanması qaydası:
Bütün ləvazimatları taxta qaşıqla eyni kütlə alana kimi yaxşıca qarışdırın. Şüşə qablarda soyuducuda saxlamaq lazımdır.
İncə masaj hərəkətləri ilə üz dərinizə yaxşıca yedirin. 45 dəqiqədən sonra üzünüzü mineral su ilə isladılmış pambıqla təmizləyin.
Qeyd: Dəriyə gec hopduğu üçün, onu yatmamışdan 2 saat əvvəl istifadə etmək lazımdır.

Xəbər 71 dəfə oxundu.