Delarj “Qarabağ“dan gedir?
Con Delarj "Qarabağ"dan ayrıla bilər.
Qol.az-ın xəbərinə görə, bu barədə Konqo mətbuatı məlumat yayıb. Ötən mövsümün ortasında intizamsızlığına görə Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən 28 yaşlı yarımmüdafiəçi yenidən Türkiyədə oynaya bilər. Onun türk klublarının maraq dairəsində olduğu bildirilir.
Qeyd edək ki, ötən yay "Bursaspor"dan 170 min dollar təzminat qarşılığında transfer olunan Delarjın "Qarabağ"la hələ bir illik müqaviləsi var. Konqolu futbolçu Türkiyədə "Osmanlıspor"un da formasını geyinib.

Xəbər 52 dəfə oxundu.