İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

19 OKTYABR
13:00 Unudulmaz nağıl tortu
12:51 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:45 Şokoladlı çiyələkli tort
12:35 “SpaceX” orbitdə əlavə 30 min peyk yerləşdirəcək
12:23 Sahibini izləyən robot-çamadan təqdim edilib
12:13 Könül Kərimova dəyişib belə oldu
12:00 “Maşın“ı türkiyəli apardı
11:48 Qidalar soyuducuda necə saxlanılmalıdır?
11:37 Kardioloqlar infarktın yaxınlaşmasının üç əlamətini müəyyən ediblər
11:23 PSJ 4 qolla qalib gəldi
11:14 Messidən vacib müqavilə açıqlaması
10:25 Günün qoroskopu
10:17 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:08 Atəşkəs pozulub
18 OKTYABR
18:00 Namiq Qaraçuxurlunun qardaşı aktyorluq edir
17:46 Çox asan və fərqli: Pendirli kekslər.
17:33 Aybəniz Haşımovadan YENİ İMİC
17:22 Enerji yığmadan gündə 20 km gedən elektrikli avtomobil
17:15 Saturn təbii peyklərin sayına görə Yupiteri geridə qoydu
17:08 Sağlam və təravətli saçlar üçün sadə məsləhətlər
17:00 Turşu qovurma plov
16:49 Aşağı Kalorili Toyuq Suyu Şorbası
16:32 Eksklüziv resept: Pryaniklərdən tort
16:25 Cəmi 15 dəqiqəyə hazır olan qat-qat (milföy) xəmir reseptləri
16:12 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
16:00 DÜNYANIN ƏN ASAN TORTU - QARIŞQA YUVASI “MURAVEYNİK”
15:46 Azərbaycan idmançıları uşu üzrə dünya çempionatında güclərini sınayacaqlar
15:33 Vərəm infeksiyasına hər bir insan yoluxa bilər
15:25 Qaret Beyl İstanbula getməyə bilər
15:14 Dünya çempionatında daha iki cüdoçumuz mübarizəyə qoşulur
15:00 Azərbaycanlı məşhur uşaqlıq FOTOsunu paylaşdı - Qızı anasının OXŞARI İMİŞ
14:48 “Maşın” realiti-şounun qalibi məlum oldu, amma
14:36 Maestro Ceyhun ağır itkisini paylaşdı
14:28 Hansı qan qrupu olan insanların ürəyi daha sağlamdır?
14:13 Payız-qış depressiyası və ruh düşkünlüyünə səbəb nədir?
14:00 Böyrəklərin sadə kistaları
13:43 Gimnastika üzrə ilin sonuncu yerli yarışı Sumqayıtda təşkil olunacaq
13:31 Oftalmoloqa müraciət etmək üçün 5 SƏBƏB
13:21 Saturn planetinin yaşamaq üçün əlverişli olması şansı artır
13:13 NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (85955)
2 PRESS-ANONS (34738)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (31390)
4 Banan qabığı təbii məlhəmdir (29442)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (28962)
Avro antirekordları yeniləməkdədir
Tarix: 23.01 | Saat: 14:42 | E-mail | Çapa göndər

Avronun məzənnəsi Azərbaycanda və dünya birjalarında antirekordlara imza atıb. “APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnələrinə istinadən xəbər verir ki, 1 avro ölkəmizdə 0,8897 manata satılır. Bununla da, Avrozonanın rəsmi valyutasının manata nisbətdə məzənnəsi 13 illik minimum həddinə düşüb. Sonuncu dəfə 2002-ci ilin mayın 19-da avronun rəsmi məzənnəsi 0,8888 manat olub. Yerli ekspertlər hesab edir ki, manat ABŞ valyutasına bağlı olduğundan dolların avroya qarşı dəyişmə dinamikası manatda da baş verir. Avropa Mərkəzi Bankının müvafiq qərarı avronu Azərbaycanda bir günə 1% ucuzlaşdırıb. Avropa Mərkəzi Bankının qərarı barədə bir qədər sonra... Ümumiyyətlə isə yanvar ayında avro manata münasibətdə 3,8% ucuzlaşaraq 1 manat üçün 0,9245 manatdan 0,8897 manata düşüb. Dünya bazarlarında avro dollara münasibətdə ucuzlaşdıqca, bu, manata münasibətdə də ucuzlaşacaq. Ekspertlər hesab edir ki, avronun ucuzlaşması Avropadan Azərbaycana idxalın artmasına səbəb ola bilər. Digər tərəfdən, baş verən proses Azərbaycanın ixracına da mənfi təsir edə bilər. Bununla yanaşı, valyuta ehtiyatlarımızdakı həm depozit, həm də qiymətli kağız şəklində yerləşdirilmiş avro aktivləri dəyərini xeyli itirə bilər. Bundan başqa, Azərbaycan banklarında avro ilə yerləşdirilən əmanətlər dəyərini itirə bilər. İtki hansı həcmdə olacaq, bunu zaman göstərəcək. Daha doğrusu avronun məzənnəsinin reabilitasiya dövrünün nə qədər çəkəcəyi vaxt. Lakin bir maraqlı məqam var ki, hazırda Azərbaycanda əmanətlərin təxminən 4%-i avroda yerləşdirilib. Bu isə təxminən 280 mln. manat dəməkdir. Deməli, söhbət təkcə yanvar ayında təxminən 11 mln. manatlıq itkidən gedir. Bütün bunlara rəğmən, bir şeyi unutmaq olmaz ki, manat uzun müddət ərzində sabitliyini qorumağı bacarıb. Avro yalnız Azərbaycanda ucuzlaşmayıb. Belə ki, ötən gün birjalar bağlananda 1 avro 1,1368 dollara satılıb. Bununla da, Avropa Mərkəzi Bankının mart ayında kəmiyyətcə yumşaldıcı proqramın genişləndirəcəkləri ilə bağlı qərarı fonunda avronun dollara qarşı məzənnəsi 11 illik minimuma enib. Yeri gəlmişkən, Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqi bəyan edib ki, proqram çərçivəsində mart ayından etibarən 2016-cı ilin sentyabr ayına qədər aylıq 60 mlrd. avroluq istiqrazlar alınacaq. Beləliklə, 19 ay ərzində 1,14 trln. avroluq alış həyata keçiriləcək ki, bu da dövriyyə əlavə avronun buraxılması deməkdir. Avropa Mərkəzi Bankının yeni proqramla bağlı xəbəri avronun məzənnəsinə dərhal təsir edib. Bir neçə dəqiqə ərzində avronun dollara nisbətən məzənnəsi 1,162 dollardan 1,149 dollara qədər azalıb. Son məlumatlara görə, 1 avro 1,1322 dollara qədər ucuzlaşıb. Avronun Rusiya rubluna nisbətdə məzənnəsi də dəyərdən düşüb. Belə ki, 1 avro 75 rubldan 74,1 rubla qədər azalıb. Avrozonanın rəsmi valyutası Yaponiya milli valyutasına nəzərən isə 134,67 iendən 134,13 ienə enib. Avronun antorekordları yeniləməsinə əsas səbəblərdən biri kimi, yanvarın 25-də Yunanıstanda keçiriləcək parlament seçkiləri göstərilir. Belə ki, seçkilərdə radikal solçu SİRİZA partiyasının qalib gələcəyi və onun lideri Aleksis Siprasın baş nazir olacağı halda, siyasətçi Yunanıstanı Avrozonadan çıxaracağına söz verib. Qeyd edək ki, A. Sipras Yunanıstanın 322 mlrd. avroya çatan dövlət borcunun bir hissəsinin silinməsini tələb edir. Belə ki, Yunanıstan dövlət büdcəsinin kifayət qədər böyük hissəsini borcunun qaytarılmasına sərf edir.

Xəbər 1414 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

19.10.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
18.10.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşır
17.10.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşır
16.10.2019
Dünya birjalarında neftin qiyməti bahalaşır
14.10.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Qidalar soyuducuda necə saxlanılmalıdır?
19 OKTYABR  |   11:48
Kardioloqlar infarktın yaxınlaşmasının üç əlamətini müəyyən ediblər
19 OKTYABR  |   11:37

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Unudulmaz nağıl tortu
19 OKTYABR  |   13:00
Şokoladlı çiyələkli tort
19 OKTYABR  |   12:45

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1364

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info