İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

24 AVQUST
13:00 Ləzzətli toyuqlu kökələr
12:45 Bu gün A seriyası başlayır
12:39 3 sadə NƏMLƏNDİRİCİ MASKA. Reseptlər
12:27 Təmiz və hamar dəri üçün ZƏY MASKASI
12:16 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:00 Mozaika muzeyini rekord sayda insan ziyarət edib
11:47 Əncir südünün sağlamlığa 10 faydası - Ən qiymətli süddür
11:38 Qalxanvari vəzini təmizləyir, həyat gücünü artırır - SİRLİ ELİKSİR
11:24 Ürək-damar sistemi xəstəliklərindən qoruyan MÖCÜZƏVİ BİTKİ
11:13 DÇ-2022 Bakıda
10:44 Donald Tramp G7 sammitində danışıqların məhsuldar olacağını gözləyir
10:35 Günün qoroskopu
10:17 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:08 Atəşkəs pozulub
23 AVQUST
18:00 “Bavariya“nın futbolçusu Fransa klubunda
17:46 “Mançester Yunayted“də itki
17:32 Sağlam ürək üçün əzgilin balla qarışığı
17:25 Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL
17:13 Portağal qabıqlarını atmayın! Çox faydalı resept
17:00 İllər sonra yeniyetməlik sevgilisinə ərə gedən məşhur aparıcıdan ŞOK ETİRAF: Vaxtında...
16:47 Kələmin bilmədiyiniz faydaları
16:38 Aloe bitkisinin tükənməz faydaları
16:22 Darçınla alma sobada. Dadlı desert
16:12 Armudun faydası - İnanmayacaqsınız!
16:00 Şirniyyat istəyini bu vasitə ilə aradan qaldıracaqsınız
15:49 Misir kraliçalarının 5 yaş gəncləşdirən maskası
15:25 “Qalatasaray”ın futbolçusu İspaniya klubunda
15:12 Albalı mürəbbəsinin hazırlanması
15:00 “Napoli” tarixinin ən bahalı transferi oldu
14:47 “Qəbələ“nin futbolçusu Küveyt klubunda
14:39 Quarejma “Beşiktaş“dan ayrılır? - son qərarını açıqladı
14:25 Üztanıma funksiyalı eynəklərin sınaqları keçirilir
14:15 Dünyanın ən qədim romanı bu ölkədə yazılıb
14:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
13:49 Buxaqdan qurtulmağın yolları
13:22 Kosmetikanı necə saxlamaq lazımdır. MƏSLƏHƏTLƏR
13:14 Yemiş mürəbbəsi. Qeyri-adi dad
13:00 İpək kimi hamar dəriyə sahib olun! MÖHTƏŞƏM MASKA
12:47 Nefti karbon qazına və metana parçalayan mikroorqanizm aşkarlanıb
12:37 Azərbaycanlı aktrisa ana olacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (77190)
2 PRESS-ANONS (34466)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30048)
4 Banan qabığı təbii məlhəmdir (28848)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24998)
Rafael Hüseynov Avropanın Qarabağ məsələsinə laqeyd münasibətinin Ukraynadakı hadisələrə yol açdığını bildirib
Tarix: 27.01 | Saat: 12:53 | E-mail | Çapa göndər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının bugünkü plenar iclasında Böyük Britaniyadan olan deputat Cim Şeridanın hazırladığı “Ukraynada qaçqın və məcburi köçkünlərin humanitar vəziyyəti” adlı hesabatı ətrafında müzakirələr aparılıb. APA-nın Avropa müxbiri xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov müzakirələrdə çıxış edərək Azərbaycanın qaçqın və məcburi köçkünlər məsələsinə toxunub: “Bu sualların cavabları sadədir, onları hər kəs tapa bilər. Amma eyni zamanda bunlar çox ağrılı suallardır. Min, on min, əlli min, yüz min çoxdur, yoxsa 1 milyon? 3 ay, 5 ay, 1 il çoxdur, yoxsa 26 il, 22 il? Faciə yenicə baş verəndə daha dəhşətlidir, yaxud 20 ildən artıq müddət ərzində hər gün davam edəndə? Söz yox, bu gün Ukrayna qaçqınları və köçkünləri haqqında danışan insanların hər biri bu fəlakətin acısını hiss edir, nə şəkildəsə həmdərd olmağa, köməklik göstərməyə çalışır. Lakin mənim qənaətimə görə? heç kəs həmin dərdi azərbaycanlılar qədər duya və o dərdlərə azərbaycanlılar qədər həssaslıqla şərik çıxa bilməz. Səbəb sadədir. Biz 20-25 ildən çoxdur ki, bu dərdləri hər gün yaşayırıq, oxşar faciənin fəsadlarına hər gün şahid kəsilirik. İndiyədək Parlament Assambleyasında qaçqınlar problemi ilə əlaqədar dəfələrlə müzakirələr aparılıb, qətnamələr qəbul edilib. Nəticə nədir, hansı irəliləyişlərə nail olmuşuq? Əfsus ki, təxminən heç nəyə! Aydın məsələdir ki, şərə qalib gəlmək həmişə çox çətindir. Bu gün biz Ukraynadakı humanitar fəlakətdən, miqdarı günbəgün sürətlə artan qaçqınlar ordusunun müdhiş vəziyyətindən bəhs edirik. Lakin elə bir dövrdə, Avropa və dünyanın elə bir çalxantılı zamanında yaşayırıq ki, sabah daha başqa bir üzv dövlətin, o biri gün isə digər AŞ ölkəsinin məruz qaldığı eyni ağır problemdən söz aça bilərik. Oxşar hadisələrin baş verməsi ehtimalı təəssüf ki, realdır və səbəb də odur ki, ortada nümunə var”. R. Hüseynov qeyd edib ki, arzuolunmaz presedent yaranırsa və onun qarşısının alınması üçün dərhal kəsərli tədbirlər görülmürsə, qətiyyətli addımlar atılmırsa, prosesin davamlı olması, zəncirvari reaksiyaya çevrilməsi labüddür: “Avropada qaçqın və məcburi köçkünlərin sayı 2001-ci ildə indikindən xeyli az idi. Həmin il işğalçı Ermənistan və onu dəstəkləyən güclər tərəfindən yaradılmış 1 milyona yaxın qaçqın və köçkünü olan dövlət kimi Azərbaycan AŞ üzvlüyə qəbul edildi. O zaman bütün Azərbaycan əhalisi və həmin 1 milyon qaçqın və köçkün AŞ kimi nüfuzlu bir təşkilatın bu düyünün açılmasına yardım göstərməsini arzulayır və ümidlərinin gerçəkləşəcəyinə inanırdılar. Ümidi artıran o idi ki, həmin bəlanı yaratmış Ermənistan da artıq Avropa Şurasına üzv idi bu təşkilatın məsələnin müsbət həllinə bilavasitə ciddi təsir göstərmək üçün imkanları var idi. Lakin səbəbi anlaşılmayan yumşaq, bir az da laqeyd münasibət problemin həllinin bir ildən digər ilə və illərə adlamasına bais oldu. Çadır şəhərciklərində qaçqın və köçkünlərin övladları doğulmağa, dünyaya qaçqın və köçkün statusu ilə göz açan yeni bədbəxt nəsillər yaranmağa başladı. Tarixin amansız, bir az da qəddar qanunları var. Başqasının faciəsinə biganə qalanda mütləq cəzalanacaqsan. Həllinə imkanın olduğu halda biganəlik göstərdiyin faciə bumeranqa çevriləcək, katalizatora dönəcək, yeni bəlalar şəklində sənin üstünə qayıdacaq: dünən Moldovada, srağagün Gürcüstanda, o biri gün Ukraynada, başqa bir gün ayrı bir qonşu ölkədə, hansısa növbəti gündə sənin öz ölkəndə... Nə qədər kədərli olsa da, etiraf etməliyik ki, faciə davam edəcək, onun dairəsi vaxt ötdükcə genişlənəcək, heç təsəvvürə gəlməyən başqa ölkələri də əhatə edəcək. İstəməzdik belə olsun, amma hazır olun, hadisələrin inkişaf məntiqi ona doğru aparır. Mən sözümü seçicim olan, Azərbaycanın çox sərt iqlim şəraitinə malik, qışları həddən artıq soyuq, yayları dəhşətli dərəcədə qızmar keçən Hacıqabul rayonundakı bir düzənlikdə məskunlaşmış, Ermənistandakı tarixi torpaqlarından deportasiya edilərək son 26 ildə qaçqın həyatı yaşamağa məcbur qalan bir insanın məktubundan sətirlərlə tamamlayıram. Yazır ki, 25 ildir dünya birliyindən, mötəbər beynəlxalq təşkilatlardan, 15 ildir ki, AŞ-dan kömək istəyirik, Ermənistanın təcavüz siyasətinə son qoyulmasından ötrü təsirli addımların atılmasını tələb edirik, səsimiz eşidilmir. Anlaya bilmirik ki, 1 milyon insanın səsi zəifdir, ya o səsi eşitməli olanların eşitmək qabiliyyəti? Bu suala cavab verin ki, bundan sonra necə yaşayacağımızı bilək, sizə olan ümidlərimizi dəfn edib-etməməli olduğumuzu anlayaq. Hörmətli həmkarlar! Mən heç istəməzdim ki, illər sonra Ukraynadan və ya hansısa başqa üzv dövlətdən olan qaçqınlardan yenə bu məzmunda olan məktub alaq. O cür məktubların olacağına ehtimallar isə çox böyükdür”.

Xəbər 1621 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
29.07.2019
Susana Manqana: Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər
23.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
03.07.2019
Azərbaycanın Xarici İşlər naziri Peruya işgüzar səfərə yola düşüb
19.06.2019
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

26 AVQUST
11:00 PRESS-ANONS
26 Avqust Anons 2019
14:00 PRESS-ANONS
26 Avqust Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Əncir südünün sağlamlığa 10 faydası - Ən qiymətli süddür
24 AVQUST  |   11:47
Qalxanvari vəzini təmizləyir, həyat gücünü artırır - SİRLİ ELİKSİR
24 AVQUST  |   11:38

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ləzzətli toyuqlu kökələr
24 AVQUST  |   13:00
3 sadə NƏMLƏNDİRİCİ MASKA. Reseptlər
24 AVQUST  |   12:39

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1356

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info