
Tanınmış stilistimizin Facebook səhifəsi təsdiqlənib. Milli.Az xəbər verir ki, Facebook Azərbaycanın tanınmış simalarından daha birini özünə əlavə etdi. Sosial şəbəkə Anar Ağakişiyevin də rəsmi səhifəsini tanıyıb. Anar bu barədə öz səhifəsində bildirib. "Dostlar, nəzərinizə çatdırmaq istəyirəm ki, mənim rəsmi səhifəm Facebook tərəfindən təsdiqləndi. Bu səhifədən başqa, Anar Ağakişiyevin Facebookda heç bir profili yoxdur. Saxta adlarla Anarın adından istifadə edənlərə inanmayın. Tək rəsmi səhifə yalnız budur.
Bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm, siz mənim əməyimə dəyər verirsiniz və Azərbaycanda çoxsaylı stilistlər arasından məni layiq görmüsünüz. İnternet işləri üzrə şəxsi PR menecerim Şəhriyar Tağızadəyə təşəkkürlər", - Anar Ağakişiyev deyib.
|