İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

24 AVQUST
13:00 Ləzzətli toyuqlu kökələr
12:45 Bu gün A seriyası başlayır
12:39 3 sadə NƏMLƏNDİRİCİ MASKA. Reseptlər
12:27 Təmiz və hamar dəri üçün ZƏY MASKASI
12:16 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:00 Mozaika muzeyini rekord sayda insan ziyarət edib
11:47 Əncir südünün sağlamlığa 10 faydası - Ən qiymətli süddür
11:38 Qalxanvari vəzini təmizləyir, həyat gücünü artırır - SİRLİ ELİKSİR
11:24 Ürək-damar sistemi xəstəliklərindən qoruyan MÖCÜZƏVİ BİTKİ
11:13 DÇ-2022 Bakıda
10:44 Donald Tramp G7 sammitində danışıqların məhsuldar olacağını gözləyir
10:35 Günün qoroskopu
10:17 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:08 Atəşkəs pozulub
23 AVQUST
18:00 “Bavariya“nın futbolçusu Fransa klubunda
17:46 “Mançester Yunayted“də itki
17:32 Sağlam ürək üçün əzgilin balla qarışığı
17:25 Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL
17:13 Portağal qabıqlarını atmayın! Çox faydalı resept
17:00 İllər sonra yeniyetməlik sevgilisinə ərə gedən məşhur aparıcıdan ŞOK ETİRAF: Vaxtında...
16:47 Kələmin bilmədiyiniz faydaları
16:38 Aloe bitkisinin tükənməz faydaları
16:22 Darçınla alma sobada. Dadlı desert
16:12 Armudun faydası - İnanmayacaqsınız!
16:00 Şirniyyat istəyini bu vasitə ilə aradan qaldıracaqsınız
15:49 Misir kraliçalarının 5 yaş gəncləşdirən maskası
15:25 “Qalatasaray”ın futbolçusu İspaniya klubunda
15:12 Albalı mürəbbəsinin hazırlanması
15:00 “Napoli” tarixinin ən bahalı transferi oldu
14:47 “Qəbələ“nin futbolçusu Küveyt klubunda
14:39 Quarejma “Beşiktaş“dan ayrılır? - son qərarını açıqladı
14:25 Üztanıma funksiyalı eynəklərin sınaqları keçirilir
14:15 Dünyanın ən qədim romanı bu ölkədə yazılıb
14:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
13:49 Buxaqdan qurtulmağın yolları
13:22 Kosmetikanı necə saxlamaq lazımdır. MƏSLƏHƏTLƏR
13:14 Yemiş mürəbbəsi. Qeyri-adi dad
13:00 İpək kimi hamar dəriyə sahib olun! MÖHTƏŞƏM MASKA
12:47 Nefti karbon qazına və metana parçalayan mikroorqanizm aşkarlanıb
12:37 Azərbaycanlı aktrisa ana olacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (77190)
2 PRESS-ANONS (34466)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30048)
4 Banan qabığı təbii məlhəmdir (28848)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24998)
Prezident İlham Əliyev Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak edib
Tarix: 06.06 | Saat: 10:29 | E-mail | Çapa göndər

İyunun 5-də Bakıda Azərbaycan Boks Federasiyasının yeni inzibati binasının və "Qafqaz Baku Sport Hotel”in açılışı olub. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov görülən işlərlə bağlı dövlət başçısına və xanımına məlumat verib. Bildirilib ki, müasir memarlıq üslubunda və ən son texnologiyalar əsasında inşa olunan bina 25 min kvadratmetr sahəni əhatə edir. Boks Federasiyasının inzibati binasında boks mərkəzi də fəaliyyət göstərəcək. Beynəlxalq federasiyaların tələblərinə tam cavab verən bu kompleksdə məşq və yarışlar üçün hər cür şəraiti olan idman zalları da var. Dövlət başçısı Federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Federasiyanın muzeyi ilə tanış olublar. Muzeydə Azərbaycanın boks tarixi haqqında ən geniş məlumatları əldə etmək mümkündür. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksdə yarışların keçiriləcəyi əsas boks zalı ilə tanış olub. Məlumat verilib ki, zalda tamaşaçılar üçün 1000 oturacaq quraşdırılıb. Boksçularımız birinci Avropa Oyunlarına ciddi hazırlaşırlar. Komandamız həm kişilərin, həm də qadınların yarışında tam heyətlə mübarizə aparacaq. Boksçularımız kişilərin yarışında 10 idmançı ilə təmsil olunacaq. Qadınların yarışında 5 boksçumuz çıxış edəcək. Dövlət başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüb. Prezident İlham Əliyev boksçuları salamlayaraq deyib: “Sizdən medallar gözləyirik. Əminəm ki, belə də olacaq. İndi belə gözəl şərait yaradılıb. Əlbəttə, bundan sonra nəticələr daha da yaxşı olmalıdır. Onsuz da boksçularımız son vaxtlar bizi sevindirir, çox gözəl nəticələr göstərirlər. Yadımdadır, London Olimpiya Oyunlarında yüksək nəticələr göstərmişdilər. Mən o vaxt da demişdim ki, Olimpiya çempionu adına layiq olan idmançılarımız hakimlərin ədalətsizliyi ucbatından bürünc medalla kifayətləndilər. Əslində bu oyunlar zamanı hər kəs görürdü ki, biz birinci yerə layiq idik. Amma əminəm ki, Bakıda keçiriləcək yarışlarda boksçularımız ədaləti bərpa edəcəklər.Həmçinin qadınlar da yüksək nəticələr göstərirlər. Avropa çempionu da Londonda idi. Mən onun yarışını müşahidə edirdim. Həmin yarışda o, qalib oldu, amma qələbəni rəqibinə verdilər. Belə bir ədalətsizlik oldu. Bəzən idmanda belə hallar olur. Buna görə əsas odur ki, idmançı ruhdan düşməsin, rinqdə özünü təsdiqləməyə davam etsin. Tamaşaçılardan isə heç nəyi gizlətmək olmaz. Hər şey göz qabağındadır. Buna görə də sizə yarışlarda uğurlar və ölkəmizi layiqincə təmsil etməyi arzulayıram”. Binada, eyni zamanda, VIP tamaşaçılar üçün də yer ayrılıb. İdman obyektinin yarış zalları, mətbuat işçilərinə ayrılan sahələr, yüksək səviyyəli qonaqlar üçün VIP otaqlar və yarışların gedişinin canlı teleyayımının təşkili mərkəzi ən müasir səviyyədə qurulub. Qeyd olunub ki, idman qurğusunda təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər görülüb, genişzolaqlı internet şəbəkəsi qurulub, kafe yaradılıb. Kompleksin ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.Sonda xatirə şəkli çəkdirilib. Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qafqaz Baku Sport Hotel”in açılışında iştirak ediblər. Xəzər dənizinə gözəl mənzərənin açıldığı otel paytaxtın mərkəzindən 4 kilometr, Heydər Əliyev Beynəlxalq Aeroportundan isə 21 kilometr məsafədə yerləşir. Azərbaycan prezidenti “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qafqaz Baku Sport Hotel”in 17-ci mərtəbəsindəki restoranda yaradılan şəraitlə tanış olublar.
Qeyd edilib ki, 110 nəfərlik restoranda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq. Burada, həmçinin Xəzər dənizinə və Bakı bulvarına açılan gözəl mənzərəni seyr etmək mümkündür. Otelin 60 nəfərlik barında da qonaqların zövqünə uyğun xidmət göstəriləcək. Otel nömrələrində yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırılıb ki, burada 103 nömrə var. Müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Belə müasir otelin “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi isə xüsusi əhəmiyyət daşıyır. Bu cür layihələr ilk Avropa Oyunları ilə bağlı ölkəmizə gələn turistlərin rahatlığının təmin olunmasına və paytaxt Bakının turizm potensialının nümayiş etdirilməsinə imkan yaradır.

Xəbər 1539 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
29.07.2019
Susana Manqana: Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər
23.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
03.07.2019
Azərbaycanın Xarici İşlər naziri Peruya işgüzar səfərə yola düşüb
19.06.2019
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

26 AVQUST
11:00 PRESS-ANONS
26 Avqust Anons 2019
14:00 PRESS-ANONS
26 Avqust Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Əncir südünün sağlamlığa 10 faydası - Ən qiymətli süddür
24 AVQUST  |   11:47
Qalxanvari vəzini təmizləyir, həyat gücünü artırır - SİRLİ ELİKSİR
24 AVQUST  |   11:38

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ləzzətli toyuqlu kökələr
24 AVQUST  |   13:00
3 sadə NƏMLƏNDİRİCİ MASKA. Reseptlər
24 AVQUST  |   12:39

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1356

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info