İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

21 AVQUST
15:48 10 sentlik sikkə 1,32 milyon dollara satılıb
15:36 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:28 Effektli POMİDOR maskaları
15:16 Yaşıl detoks kokteylləri. RESEPTLƏR
15:00 Salahdan “Real“ açıqlaması
14:47 Axtardığın cavab sualından asılıdı.!
14:38 Böyüməmiz və inkişafımız eynilə bir ağac kimidir
14:25 Səhvlərinizdən öyrənin
14:14 25 ildə öyrəndiyim 25 həyat dərsi
14:00 Effektiv komanda işinin sirri
13:43 Yarım saat nəzəriyyəsi
13:35 “Çelsi“ Zappakostanı “Roma“ya verdi
13:22 Vəfa Zeynalova əri və əkizləri ilə
13:12 Qarışdırıb yeyin, faydası inanılmazdır - Bal, qoz, əncir
13:00 Yaşıl lobyanın sağlamlığımıza MİSİLSİZ FAYDALARI
12:46 “Barselona“ Neymarın formasını sifariş verdi
12:32 “Monako“da yeni hücumçu
12:25 Zülfiyyə oğlanları ilə
12:13 Nazilə 10 il əvvəl və indi - Görənlər MƏƏTTƏL QALDI: Nə gündəsən...
11:12 Hacıqabulda yol qəzası nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb
11:00 Qobustanda Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulur
10:47 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
10:36 Siyəzəndə baş verən qəza nəticəsində səkkiz nəfər xəsarət alıb
10:25 Günün qoroskopu
10:14 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:07 Atəşkəs pozulub
20 AVQUST
18:00 Messinin son durumu
17:46 Gur saçlara nail olmağın yolları – Xanımlara məsləhət!
17:35 Yanmış saçlardan xilas olmağın ən asan və ucuz yolu!
17:28 “Yuventus“ yeni transferini icarəyə göndərdi
17:15 “Fənərbaxça“da ciddi itki
17:00 Ən dadlı pryanik belə hazırlanır - RESEPT
16:47 “Sevda təyyarədə elə qışqırırdı ki...“ - Tolik
16:39 Müğənni Nazənin həyat yoldaşı Məhəbbətin FOTOsunu paylaşdı
16:29 Uzun və xoşbəxt evliliklərin sirri
16:15 İdeal valideyn kimdir?
16:00 Üzr istəməkdən çəkinməyin!
15:49 Uşaq ailənin güzgüsüdür
15:35 Alma cemi ilə şokoladlı peçenye
15:23 Dadlı ətin bişirilməsi qaydaları. Faydalı məsləhətlər

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (76480)
2 PRESS-ANONS (34434)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (29925)
4 Banan qabığı təbii məlhəmdir (28794)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24833)
Mehriban Əliyeva Avropa Qonaqpərvərlik Klubunun açılışında iştirak edib
Tarix: 11.06 | Saat: 10:32 | E-mail | Çapa göndər

İyunun 10-da Dənizkənarı Milli Parkdakı “Kiçik Venesiya şəhərciyi”ndə Avropa Qonaqpərvərlik Klubunun açılışı olub. APA-nın məlumatına görə, Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılış mərasimində iştirak edib. Birinci xanım Mehriban Əliyevanı Avropa Qonaqpərvərlik Klubunun önündə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki qarşılayıb. Mehriban Əliyeva və Patrik Hikki klubun rəmzi açılışını bildirən lenti kəsiblər, burada yaradılan şəraitlə tanış olublar. “Kiçik Venesiya şəhərciyi”ndə Avropa Qonaqpərvərlik Klubu Avropa Olimpiya Komitəsinin, ümumilikdə Olimpiya Oyunları ənənəsinə uyğun yaradılıb. Bu ərazi Dənizkənarı Milli Parkın ən gözəl guşələrindən biridir və 1960-cı illərdə salınıb. İndi “Kiçik Venesiya şəhərciyi” Dənizkənarı Milli Parka gələnlər üçün sevimli istirahət yeridir. Məhz buna görə də Avropa Qonaqpərvərlik Klubunun burada yaradılması qərara alınıb. Kluba giriş Avropa Olimpiya Komitəsi tərəfindən təqdim edilən xüsusi kartlarla VIP qonaqlar üçün nəzərdə tutulub. Avropa Qonaqpərvərlik Klubunda birinci Avropa Oyunları zamanı hər axşam yarışların nəticələri ilə bağlı müzakirələr aparmaq, idmançıların uğurlarını qeyd etmək, qaliblərin şərəfinə ziyafətlər təşkil etmək mümkün olacaq. Bununla yanaşı, istənilən ölkənin nümayəndə heyəti burada milli komandalarının oyunlarını izləmək üçün də toplaşa bilər. Klubda biznes mərkəzi də fəaliyyət göstərəcək. Burada, eyni zamanda, Azərbaycanın uğurları, tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi, adət-ənənələri də geniş təbliğ olunacaq. Müasir üslubda qurulan bu klub əslində hər bir Olimpiadanın ayrılmaz hissəsi hesab edilir. Burada idmançılar və şəhərimizin qonaqları üçün əyləncəli proqramlar da təşkil olunacaq. Klubun qonaqlarına milli mətbəximizin və Avropa mətbəxinin təamları təqdim ediləcək. Bir sözlə, Avropa Qonaqpərvərlik Klubunda qonaqların həm istirahəti, həm də onların öz sevimli komandaları və idmançılarının uğurlarının sevincini bölüşmək üçün hər cür şərait yaradılıb. Tədbirin ən maraqlı məqamlarından biri ilk Avropa Oyunlarını təbliğ etmək məqsədilə Lissabondan Bakıya velosipedlə səfər edən 53 yaşlı velosipedçi və macəra həvəskarı Corc Kristovaonun Milli Parka gəlişi olub. Bu təşəbbüs Portuqaliyanın Milli Olimpiya Komitəsi tərəfindən dəstəklənib. Corc Kristovao yürüşə Lissabonun Torre de Belem abidəsinin qarşısından bu il aprelin 10-dan start verib. Corc Kristovao 7 min kilometrə yaxın məsafəni ona hədiyyə olunan elektriklə işləyən velosipedlə qət edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva velosipedçiyə ailə üzvləri ilə birlikdə Oyunların açılış mərasimində iştirak etmək üçün biletlər təqdim edib. Corc Kristovao isə Portuqaliyanın Milli Olimpiya Komitəsi tərəfindən ünvanlanan məktubu “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim edib. Sonra birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva oyunlarda iştirak edəcək Portuqaliya komandasının üzvləri ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

Xəbər 1495 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

21.08.2019
Atəşkəs pozulub
20.08.2019
Atəşkəs pozulub
19.08.2019
Bu ərazilərdə qaz təchizatı dayandırılacaq
19.08.2019
Atəşkəs pozulub
17.08.2019
Atəşkəs pozulub


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

22 AVQUST
12:00 PRESS-ANONS
22 Avqust Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Yaşıl detoks kokteylləri. RESEPTLƏR
21 AVQUST  |   15:16
Qarışdırıb yeyin, faydası inanılmazdır - Bal, qoz, əncir
21 AVQUST  |   13:12

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Effektli POMİDOR maskaları
21 AVQUST  |   15:28
Gur saçlara nail olmağın yolları – Xanımlara məsləhət!
20 AVQUST  |   17:46

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1355

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info