İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

02 DEKABR
18:00 Ən sadə ALMA PİROQU
17:47 Kivi ilə çox sadə və dadlı piroq
17:38 Portağal və şokoladla QIZILI PEÇENYE
17:24 “Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
17:14 Marsda “suvuran” qüllələr aşkar edilib
17:00 Maraqlı faktlar
16:46 Özü özünü təmizləyən beton
16:39 Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
16:28 Xoşqədəm həyat yoldaşı ilə Almaniyada
16:12 Ən qədim şahmat fiquru tapılıb
16:00 Delfinlərin çoxu sağaxaydır
15:45 Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
15:36 Ədviyyat rəngli məxmər şalvarlar bu qışın ən isti trendidir
15:24 “Qızıl top“un sahibi bu gün müəyyənləşir
15:12 Makiyaj təmizləyici vasitə reseptləri
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 İflic və insult riskini azaldan meyvə
14:39 Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
14:28 “Düdelanj“dan böyükhesablı qələbə
14:15 Boyalı saçlar üçün qidalandırıcı maska
14:00 14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
13:48 Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
13:36 Yanaqlardakı yağları əridən maskalar
13:28 Pərvizlə Türkan barışıb, efirə çıxdı
13:14 Beyinə inanılmaz faydası olan qida
13:00 Əslində zərərli olan 5 sevimli məhsul
12:43 Bağırsaqlar üçün ən faydalı meyvə
12:31 İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
12:24 “Dinamo” 17-ci dəfə Gürcüstan çempionu olub
12:15 “Barselona“ “Atletiko“nu məğlub etdi - Messinin qolu ilə
30 NOYABR
12:48 Dərinin sağlam rəngini necə qaytarmalı?
12:36 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
12:22 Mimiki qırışları açan maskalar
12:15 Qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
12:00 Bu məhsullar testosteronun səviyyəsini qaldırır
11:47 Astronomlar nəhəng planet aşkar ediblər
11:41 Zehni fəaliyyət arıqladır
11:39 Diş protezləri üçün 3D printeri hazırlandı
11:36 Uşaq nə qədər yatmalıdır?
11:28 Açılış oyununda 6 qol

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (93254)
2 PRESS-ANONS (35014)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32940)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (31736)
5 Banan qabığı təbii məlhəmdir (29938)
Şuranın dəstəyilə regionlarda maarifləndirmə tədbirlərinə yekun vurulub
Tarix: 30.06 | Saat: 14:53 | E-mail | Çapa göndər

“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığı sahəsində milli qanunvericilik və onun icra mexanizmlərinə dair regionlarda maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə həyata keçirir. Bmm.az xəbər verir ki, layihənin məqsədi regionlarda məişət zorakılığının aradan qaldırılması üçün müvafiq dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının nümayəndələrinin, bələdiyyələrin, icma üzvlərinin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil etmək, mövcud problemləri öyrənmək və müvafiq qurumlara təklif və tövsiyələri təqdim etməkdən ibarətdir. Layihə çərçivəsində Sabirabad, Saatlı, Salyan və Biləsuvar rayonlarında maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə layihə haqqında məlumat verilib, layihənin eksperti Vəlihə Abdullayeva məişət zorakılığı ilə bağlı öz fikirlərini bölüşüb, onun dörd növünü, əsas səbəb və nəticələrini qeyd edib və məişət zorakılığının əsas səbəbi kimi savadsızlığı vurğulayıb. O, cəmiyyətdə belə hallarla rastlaşdığı zaman insanların biganə qaldıqlarını bildirib, boşanma zamanı əmlak bölgüsü, ictimai qınaq məsələsinə toxunub və bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün insanlar arasında təhsil səviyyəsinin yüksəlməsinə ehtiyac olduğunu qeyd edib. Hər bir rayonda keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirak edərək, çıxış edibv və ölkəmizdə insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu”nun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat vermişdir. O, insanlar arasında müntəzəm maarifləndimə işinin aparılmasının, valideyn məsuliyyətinin artırılmasının, zorakılıq hallarına yol verilməməsinin zəruriliyini qeyd edərək, yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifələr haqqında məlumat verib, vəzifələrin icrası zamanı işin daha da təkmilləşməsinə ehtiyac olduğunu bildirib. Məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırlmaqla tətbiq olunmasının, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. S. Qəhrəmanova məişət zorakılığının qarşısının alınması ilə bağlı qanuna müvafiq olaraq şikayətlərə baxılması qaydaları barədə məlumat vermiş, məişət zorakılığı qurbanları üçün yardım mərkəzlərinin yaradılması məqsədilə artıq bir neçə qeyri-hökumət təşkilatlarının akkreditasiyadan keçdiyini qeyd edərək, məişət zorakılığı ilə mübarizə sahəsində bələdiyyələri aktiv fəaliyyət göstərməyə, yerli səviyyədə insanlarla müntəzəm görüşlər keçirməyə və onların problemləri ilə daha həssaslıqla yanaşmağa səsləyib. Sədaqət Qəhrəmanova məişət zorakılığının hər bir aspektinə, gender bərabərliyinə, nikah müqaviləsinin bağlanmasının əhəmiyyətinə, qızların təhsildən yayınmasının qarşısının alınmasına, cəmiyyətdə bu sahədə mövcud olan problemlərə toxunub və insanları düşüncə tərzini dəyişməyə, uşaqlara, ailə üzvlərinə sevgi və hörmət aşılamağa çağırıb. S. Qəhrəmanova valideyn məsuliyyətinin artırılmasının önəmliyini vurğulayaraq erkən nikahın fəsadlarına toxunub, şəhər və rayonlarda aktiv qadınları, gəncləri ucqar yerlərdə maarifləndirmə tədbirləri həyata keçirməyi və bu sahədə təşəbbüskarlığı artırmağı tövsiyə edib. Eyni zamanda, hər rayon icra hakimiyyətinin nümayəndəsi rayon üzrə bu sahədə fəaliyyət haqqında məlumat verib, “Məişət zorakılığının qarşısının alınması” haqqında Azərbaycan Respublikasının Qanununun icrası zamanı çətinliklərlə rastlaşdıqlarını qeyd etmiş və bununla bağlı maarifləndirmə tədbirlərinin artırılmasını vacib sayıb. Mövzu ətrafında dövlət qurumlarının yerli şöbələrinin, hüquq mühafizə orqanlarının, məhkəmələrin, bələdiyyələrin nümayəndələri çıxış edib, onlarla interaktiv müzakirələr aparılıb və bir sıra təkliflər irəli sürülüb. Xüsusilə qeyd edilməlidir ki, bütün tədbirlərdə bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb və çıxış edən iştirakçılar bu cür layihələrə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və “Ailə” Sosial Araşdırmalar İctimai Birliyinə minnətdarlıq ifadə olunub.

Xəbər 1903 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

05.07.2017
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
06.06.2017
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
31.05.2017
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
30.05.2017
Elektron imza nədir?
12.05.2017
Qurumların yeni elektron xidmətləri hansılardır?


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02 DEKABR  |   16:39
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02 DEKABR  |   15:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ən sadə ALMA PİROQU
02 DEKABR  |   18:00
Kivi ilə çox sadə və dadlı piroq
02 DEKABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info