
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Kömək” miqrasiya, reabilitasiya və repatriasiya qeyri-hökumət beynəlxalq humanitar təşkilatı tərəfindən “Məcburi köçkünlərə sosial dəstək” adlı layihənin icrası davam edir. Bmm.az xəbər verir ki, layihənin məqsədi Ağdam, Fizuli və İmişli rayonlarında məskunlaşan məcburi köçkünlərə sosial dəstək olmaq, onların problemlərinin həllini ortalığa qoymaq, ictimaiyyətin diqqətini onların sosial problemlərinin həllinə yönəltmək, onlara sosial-hüquqi yardım göstərməkdir. Layihə çərçivəsində İmişli rayonu ərazisində salınmış Yeni Bəhramtəpə qəsəbəsində, Fizuli rayonu ərazisində salınmış Qayıdış-3 qəsəbəsində və Ağdam rayonu ərazisində salınmış Dördyol-1 qəsəbəsində hər bölgədə 50 nəfər olmaqla, ümumilikdə 150 məcburi köçkünə sosial dəstək olaraq problemləri soruşulub, yerli ictimaiyyətin diqqətini onların sosial problemlərinin həllinə yönəldilib. Tədbirlər çərçivəsində məcburi köçkünlərə sosial hüquqi yardım göstərilib. Layihənin icrası nəticəsində Məcburi köçkünlərin sosial hüquqlarından bəhs edən “Hüquqlarımız, problemlərimiz, təkliflərimiz” adlı broşuralar benefisiantlara paylanılıb. Məcburi köçkünlər öz sosial hüquqlarına dair güzəştlər və qanunvericiliklə bağlı məlumatlandırılıb və maarifləndirilib. Məcburi köçkünlərə sosial problmelərlə baqlı hüquqi məsləhət və praktik sosial dəstək verilib.
|