İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

16 NOYABR
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:49 Könülün qardaşının toyu oldu
12:33 Bu adada cəmi 9 insan yaşayır
12:25 Nanənin bilmədiyiniz faydaları - İnfarkt riskini azaldır...
12:14 Xroniki yorğunluq sindromunu aradan qaldıran MÖCÜZƏ RESEPT
12:00 Asan hazırlanan PORTAĞALLI PİROQ
11:46 Düyü maskası. Cavan, hamar dəri!
11:38 Mançinidən tarixi rekord
11:29 Gül kələminin 10 faydası – Bu xəstələr üçün çarədir
11:14 Demet Özdemir Bakıda
10:30 Günün qoroskopu
10:26 Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir
10:07 Atəşkəs pozulub
15 NOYABR
17:36 UŞAQLARDA ÖZGÜVƏN PROBLEMLƏRİNİ NECƏ HƏLL ETMƏLİ?
17:24 “Anamla, bacımı itirdikdən sonra...“ - Nüşabə Ələsgərli
17:12 Övladlarını gizlədən Elnarə Xəlilova: “Bir az səbr edin, görəcəksiz“
17:00 Uşağa oyuncaq alarkən nələrə diqqət etməli?
16:44 UŞAĞI SƏLİQƏ SƏHMAN YARATMAĞA NECƏ ÖYRƏTMƏK OLAR?
16:36 UŞAQ SÖZƏ BAXMIR? BU 9 MƏSLƏHƏTƏ ƏMƏL EDİN
16:23 İDEAL VALİDEYNLİK ÜÇÜN İDEAL ÜNSİYYƏT
16:11 Dünən toy aparırdı, bu gün ana oldu
16:00 Yuri Maksimovun yeni klubu müəyyənləşdi
15:46 Naringi qabığından faydalı istifadənin 10 ÜSULU
15:36 Görmə qabiliyyətini yaxşılaşdıran TƏBİİ ÜSULLAR
15:25 Qışın vazkeçilməzi olan şabalıdın FAYDALARI
15:12 Kök börəyi
15:00 Az kalorili, çox dadlı yulaflı alma
14:47 Tezbazar hazırlanan portağallı peçenye
14:39 UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
14:24 Premyer Liqamızda oyunların vaxtı açıqlandı
14:11 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:00 Sumaqlı, narlı kartof şorbası
13:48 Qış süfrəsinin bəzəyi: ətli balqabaq
13:39 Alma və darçınla DADLI PEÇENYE
13:22 Şokoladlı mannik. Dadlı, tez və sadə!
13:12 Beynin qan dövranını yaxşılaşdırmaq üçün 4 ÜSUL
13:00 “Tobol“da qalıram“ - Emil Balayev
12:49 “Mənim oğlanlarım mənə qulaq asmır“ - Manafdan GÖZLƏNİLMƏZ ETİRAF
12:37 Qara ciyər – çox vacib orqandır
12:28 Nə üçün yatarkən ağzımızdan su gəlir? - Bilmədiyiniz SƏBƏBLƏR

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (89833)
2 PRESS-ANONS (34874)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32167)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (30483)
5 Banan qabığı təbii məlhəmdir (29656)
“Sonsuz dəhliz” filmi Madrid festivalının mükafatlarına layiq görülüb
Tarix: 14.07 | Saat: 12:41 | E-mail | Çapa göndər

Litvalı rejissor Aleksandras Brokasın Xocalı faciəsi haqqında çəkdiyi “Sonsuz dəhliz” (“Endless Corridor”) filmi beynəlxalq kinofestivalların rəğbətini qazanmaqda davam edir. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, ABŞ-da keçirilən “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show” mükafatını aldıqdan sonra bu film daha iki nüfuzlu mükafata layiq görülüb. İyulun 10-da Madrid və Tenerife beynəlxalq film festivalları “Sonsuz dəhliz” filmini “Ən yaxşı sənədli film” və Aleksandras Brokası “Ən yaxşı sənədli film rejissoru” nominasiyası üzrə qalib elan edib. Filmin beynəlxalq uğuruna sevinən Aleksandras Brokas deyib: “Bu mükafatları almaq mənim üçün böyük şərəfdir. Mənimlə birgə çalışan yaradıcı komandaya və faciəvi hekayələrini mənimlə bölüşən Xocalı sakinlərinə təşəkkürümü bildirirəm. “Sonsuz Dəhliz” filminə bu cür böyük beynəlxalq diqqətin olması onu göstərir ki, filmdə nəql edilən hekayələr heç bir insanı biganə qoya bilməz. Tarixin ağrılı dərsləri nəhayət, öyrənilməli, ondan ibrət dərsi götürülməli və Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır. Madrid və Tenerife beynəlxalq film festivallarında aldığımız bütün mükafatlar, həmçinin “Accolade Global Film Competition” müsabiqəsində aldığımız “The Best of Show” mükafatını biz filmin qəhrəmanlarına və Xocalı faciəsində həlak olmuş insanların əziz xatirəsinə həsr edirik. “Accolade” nəşrinin mükafatı beynəlxalq kino sənayesində çox nüfuzlu mükafatlardan biridir. Müsabiqənin münsifləri Hollivudun məşhur film yaradıcılarıdır. Onlar həmçinin “Emmi” və “Oskar” (Akademiya Mükafatları) mükafatları üçün keçirilən səsvermədə də iştirak edirlər. Bu mükafata layiq görülmək “Sonsuz dəhliz” filminin 2015-ci ilin ən yaxşı sənədli filmi olması deməkdir. Və bu mükafatı aldığımıza görə bizim gələn il üçün “Emmi” mükafatları almaq şansımız artır. “Sonsuz dəhliz” filmi bütün dünyada keçirilən 60-dan artıq kino festivallarına təqdim edilib. Çoxları onu artıq rəsmi proqramlarına daxil ediblər. Növbəti festival Cənubi Afrikada keçirilən nüfuzlu Keyptaun Film Festivalıdır. Həmçinin, gələn ay Toronto IFF və AFI FEST (Amerika Film İnstitutu) da öz rəsmi seçimlərini elan edəcək”. Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. “Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş video-görüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır. “Sonsuz dəhliz” filminin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. Həmçinin, Türkiyənin “Kanal 24” kanalında və Albaniyanın Milli Televiziyasında nümayiş olunub. Dünyanın aparıcı televiziya kanalları da filmi nümayiş etdirməyə hazırlaşır.

Xəbər 2333 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

13.11.2019
Azərbaycanlı alim Özbəkistanın Urgənc Dövlət Universitetin fəxri professoru seçilib
08.11.2019
Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində “Əbədi dostluğumuz” adlı sərgi, habelə Azərbaycan milli geyimləri nümayiş etdirilib.
07.11.2019
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub
01.10.2019
Azərbaycanlı kinematoqrafçıların Los-Anceles şəhərində təqdimatı keçirilib
28.09.2019
Bakıda III “ZİMA“ uşaq estrada mahnıları festivalı keçiriləcək.


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nanənin bilmədiyiniz faydaları - İnfarkt riskini azaldır...
16 NOYABR  |   12:25
Xroniki yorğunluq sindromunu aradan qaldıran MÖCÜZƏ RESEPT
16 NOYABR  |   12:14

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Asan hazırlanan PORTAĞALLI PİROQ
16 NOYABR  |   12:00
Düyü maskası. Cavan, hamar dəri!
16 NOYABR  |   11:46

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1367

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info