İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

22 NOYABR
18:00 Qarışıq dəri tipi üçün evdə edə biləcəyiniz qulluq qaydaları
17:47 Portağal qabığından hazırlanan möcüzəvi maska
17:36 “Avropa“ peykində su buxarı aşkarlanıb
17:33 Saçların dərmanı: qoz qabığı
17:24 Saçları sürətlə uzadan balqabaq maskası
17:11 Soyuq qış günlərinin dərmanı - Ballı banan resepti
17:05 ABŞ-da uçan motosiklet ixtira etdilər
17:00 Kirəclənmiş damarları təmizləyən 7 faydalı məhsul
16:48 Hər qidanın öz saatı var – Əti, yumurtanı, meyvəni nə vaxt yeməli?
16:35 Cökə çiçəyinin 20 faydası – Sizi çox xəstəlikdən xilas edəcək
16:23 Min bir dərdin dərmanı - QARA ZİRƏ
16:12 İdeal üz dərisinə necə malik ola bilərsiniz?
16:05 Dünyanın ən xoşbəxt xalqı məlum oldu
16:00 Kivi ilə asan hazırlanan DADLI KEKS
15:47 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:33 Çox sadə balıq SALATI
15:23 Mirkamil uzun fasilədən sonra efirə çıxdı: “Beynim yerində deyildi“
15:12 “Şou adamından mənə gəlin olmaz“ – Nəvə həsrəti çəkən xalq artisti
15:00 Gülay ölən atasından danışıb, ağladı
14:49 Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
14:36 Bu gün futbol üzrə Azərbaycan çempionatının XII turuna start veriləcək
14:23 “Real“ Benzema ilə müqaviləni yenilədi - “Marca“
14:15 Dırnaq yemək bu xəstəlikləri yaradır - Onixofagiyanın səbəbləri
14:05 Qadınları çox yaşlı göstərən saç stilləri
14:00 Pley-off mərhələsinin püşkü atılır - Avro-2020
13:45 Xoşbəxtlik pula deyil, pul xoşbəxtliyə bağlıdır
13:32 Şəxsi uğura işarə edən faktorlar
13:23 Kosmik teleskop “Spektr-RG” Kainatı skan etməyə başladı
13:13 Quru dodaqlar hansı xəstəliklərə işarə edir?
13:00 Emil Balayev mövsümün ən yaxşısı seçildi
12:48 Yenidən “İmtahan”a qayıtdı
12:32 Elçin 4 övladı ilə obyektiv qarşısına keçdi
12:24 Sablya üzrə milli komandamız dünya kubokunun mərhələ yarışında iştirak edəcək
12:13 “Yuventus“da yeni müqavilə
10:35 Günün qoroskopu
10:12 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:07 Atəşkəs pozulub
21 NOYABR
18:00 Gözəl dəriyə qovuşmaq istəyənlər üçün limon toniki
17:46 Məşhur aparıcı ATA OLDU
17:35 Pendir və mayonezlə BALIQ SOBADA

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (90658)
2 PRESS-ANONS (34903)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32374)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (30783)
5 Banan qabığı təbii məlhəmdir (29741)
Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub
Tarix: 15.07 | Saat: 12:12 | E-mail | Çapa göndər

İyulun 14-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub. APA-nın məlumatına görə, açılış mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
Yay mövsümündə dünyanın hər yerindən turistləri özünə cəlb edən Kann şəhərinin gündəmində yenidən Azərbaycandır. Öz mədəni tədbirləri ilə dünyada məşhur olan Kann bu günlərdə Azərbaycanla bağlı baner və posterlərlə bəzədilib. İyulun 31-dək davam edəcək tədbirlər çərçivəsində Azərbaycanın qədim mədəniyyəti, milli, klassik və caz musiqisi, ənənə və müasirliyini yaşadan incəsənətinin təqdimatına həsr olunan müxtəlif proqramlar nəzərdə tutulub. Tədbirə Fransanın tanınmış ictimai-siyasi xadimləri, bu ölkənin nüfuzlu şəxsləri də qatılıblar. Mərasim iştirakçılarına Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri də təqdim olunub. Tədbirin aparıcısı ölkəmiz haqqında mərasim iştirakçılarına ətraflı məlumat verib. Sonra mərasimdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlametlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva çıxış edib. Azərbaycan gecəsinin əlamətdar bir gündə - 14 iyul Fransanın Milli Bayramı günündə keçirildiyini qeyd edən Mehriban Əliyeva bayram münasibəti ilə bütün fransız xalqını təbrik edib. “Fransa-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və son illər bir çox sahələrdə sürətlə inkişaf edir”, - deyən Mehriban Əliyeva bu baxımdan regionlararası münasibətlərin əhəmiyyətindən bəhs edib, son bir neçə il ərzində Azərbaycanla Fransanın 12 şəhəri arasında əməkdaşlıq və dostluq sazişinin imzalandığını, belə əlaqələrin ölkələrimizi, xalqlarımızı daha yaxşı tanımağa imkan yaratdığını, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını diqqətə çatdırıb. Bu ilin noyabrında Gəncə şəhərində Fransa-Azərbaycan Regionlararası Əməkdaşlıq Forumunun birinci iclasının keçiriləcəyini bildirən Mehriban Əliyeva belə formatda təşkil edilən görüşlərin ölkələrimiz arasında olan dostluğa daha güclü təkan verəcəyinə əminliyini ifadə edib. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın həqiqətlərini Fransa ictimaiyyətinə çatdıran Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətini də yüksək qiymətləndirib. Ötən ay Azərbaycanda ilk Avropa Oyunlarının böyük uğurla keçirildiyini qeyd edən birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri xarici ölkələrdə bu Oyunların təqdimatının ötən il ilk dəfə məhz Kann şəhərində baş tutduğunu vurğulayıb. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın yığma komandasının ümumi nəticələrə görə 21-i qızıl olmaqla 56 medal qazanaraq ikinci yeri tutduğunu böyük qürur hissi ilə qeyd edib, dost Fransanın bu Oyunlarda 254 idmançı ilə təmsil olunduğunu və 43 medalla 5-ci yeri tutduğunu vurğulayıb, fransız idmançılarını bu qələbə münasibətilə təbrik edib. Mehriban Əliyeva onu da vurğulayıb ki, Azərbaycan 2017-ci ildə dördüncü İslam Həmrəylik Oyunlarını keçirəcək. Bu da ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfə olacaq. Azərbaycanın birinci xanımı “Pirotexnika sənəti” festivalı çərçivəsində bu gecə Kann şəhərinin səmasını bəzəyən atəşfəşanlığın Fransa-Azərbaycan arasında olan dostluğun daha bir təsdiqi olacağına əminliyini bildirib. Daha sonra Kann şəhərinin meri David Lisnar çıxış edib. Mer Azərbaycan-Fransa əlaqələrinin inkişafından danışıb, bütün sahələrdə, o cümlədən mədəniyyət sferasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib. “Azərbaycan bəşər sivilizasiyasının mühüm bir parçasıdır”,- deyən David Lisnar yaxın gələcəkdə mədəniyyət, turizm və idman sahələrini təmsil edən rəsmi nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlmək niyyətində olduğunu diqqətə çatdırıb. Sonra Kannda ənənəvi “Pirotexnika sənəti” festivalına start verilib. Ölkəmiz bu festivala 2013-cü ildən qatılsa da, iştirakçı kimi ilk dəfə məhz bu il təmsil olunur. Şounun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunması tədbiri daha da maraqlı və rəngarəng edib.

Xəbər 2199 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

13.11.2019
Azərbaycanlı alim Özbəkistanın Urgənc Dövlət Universitetin fəxri professoru seçilib
08.11.2019
Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində “Əbədi dostluğumuz” adlı sərgi, habelə Azərbaycan milli geyimləri nümayiş etdirilib.
07.11.2019
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub
01.10.2019
Azərbaycanlı kinematoqrafçıların Los-Anceles şəhərində təqdimatı keçirilib
28.09.2019
Bakıda III “ZİMA“ uşaq estrada mahnıları festivalı keçiriləcək.


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Soyuq qış günlərinin dərmanı - Ballı banan resepti
22 NOYABR  |   17:11
Kirəclənmiş damarları təmizləyən 7 faydalı məhsul
22 NOYABR  |   17:00

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Qarışıq dəri tipi üçün evdə edə biləcəyiniz qulluq qaydaları
22 NOYABR  |   18:00
Portağal qabığından hazırlanan möcüzəvi maska
22 NOYABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info