Şabran rayonunda bədbəxt hadisə baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon sakini 50 yaşlı Əlipoladov Şəmsəddin Mətləb oğlu iş görərkən ehtiyatsızlıqdan laqunda ilə boğazını kəsib. O, dərhal Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info