İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

02 DEKABR
18:00 Ən sadə ALMA PİROQU
17:47 Kivi ilə çox sadə və dadlı piroq
17:38 Portağal və şokoladla QIZILI PEÇENYE
17:24 “Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
17:14 Marsda “suvuran” qüllələr aşkar edilib
17:00 Maraqlı faktlar
16:46 Özü özünü təmizləyən beton
16:39 Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
16:28 Xoşqədəm həyat yoldaşı ilə Almaniyada
16:12 Ən qədim şahmat fiquru tapılıb
16:00 Delfinlərin çoxu sağaxaydır
15:45 Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
15:36 Ədviyyat rəngli məxmər şalvarlar bu qışın ən isti trendidir
15:24 “Qızıl top“un sahibi bu gün müəyyənləşir
15:12 Makiyaj təmizləyici vasitə reseptləri
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 İflic və insult riskini azaldan meyvə
14:39 Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
14:28 “Düdelanj“dan böyükhesablı qələbə
14:15 Boyalı saçlar üçün qidalandırıcı maska
14:00 14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
13:48 Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
13:36 Yanaqlardakı yağları əridən maskalar
13:28 Pərvizlə Türkan barışıb, efirə çıxdı
13:14 Beyinə inanılmaz faydası olan qida
13:00 Əslində zərərli olan 5 sevimli məhsul
12:43 Bağırsaqlar üçün ən faydalı meyvə
12:31 İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
12:24 “Dinamo” 17-ci dəfə Gürcüstan çempionu olub
12:15 “Barselona“ “Atletiko“nu məğlub etdi - Messinin qolu ilə
30 NOYABR
12:48 Dərinin sağlam rəngini necə qaytarmalı?
12:36 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
12:22 Mimiki qırışları açan maskalar
12:15 Qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
12:00 Bu məhsullar testosteronun səviyyəsini qaldırır
11:47 Astronomlar nəhəng planet aşkar ediblər
11:41 Zehni fəaliyyət arıqladır
11:39 Diş protezləri üçün 3D printeri hazırlandı
11:36 Uşaq nə qədər yatmalıdır?
11:28 Açılış oyununda 6 qol

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (93312)
2 PRESS-ANONS (35014)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32958)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (31747)
5 Banan qabığı təbii məlhəmdir (29938)
Prezident İlham Əliyev Gürcüstana səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Tarix: 07.11 | Saat: 11:04 | E-mail | Çapa göndər

Noyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya ilə görüşüb. APA-nın məlumatına görə, II İliya ulu öndər Heydər Əliyev və prezident İlham Əliyev ilə şəxsi münasibətlərini yüksək dəyərləndirərək, Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər nümunə xarakteri daşıdığını və hər iki dövlətin Qafqazda sülhü və əmin-amanlığı qorumaq üçün səylərini əsirgəmədiyini qeyd edib. II İliya ölkələrimizin dini sahədə münasibətlərinin də çox yaxşı olduğunu qeyd edib. Gürcüstanda 300-dən çox məscidin fəaliyyət göstərdiyini deyən Pravoslav Kilsəsinin Patriarxı prezidenti İlham Əliyevə ölkəmizdə yaşayan gürcülərə göstərilən yüksək diqqətə görə minnətdarlığını bildirib. O, Azərbaycanda Gürcüstanın yepiskopunun olması və bir sıra digər dini məsələlərlə bağlı fikirlərini çatdırıb. Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulmasına görə dərin narahatlığını vurğulayan II İliya ümidvar olduğunu bildirib ki, hər iki ölkənin ərazi bütövlüyü bərpa ediləcək. Gürcüstana Azərbaycandan təbii qazın verilməsi ilə bağlı prezident İlham Əliyevə təşəkkürünü çatdıran Patriarx II İliya ölkələrimiz arasında bundan sonra da münasibətlərin yüksək səviyyədə olacağına inamını ifadə etdi. Prezident İlham Əliyev Azərbaycanda II İliyaya böyük hörmət bəsləndiyini vurğulayaraq Gürcüstanın dini liderinin fəaliyyətinin hər zaman regionda sülhün bərqərar olmasına, bütün münaqişələrin həllinə, dünyadakı dinlərarası münasibətlərdə qarşılıqlı anlaşmaya, qarşılıqlı hörmətə və sülhə əsaslandığını qeyd edib. Prezident İlham Əliyev çoxmillətli və çoxkonfessiyalı Azərbaycan və Gürcüstanın digər ölkələr üçün ümumbəşəri dəyərlərə sadiqlik nümunəsi olduqlarını xüsusi vurğulayıb. Marneulidə Azərbaycan icması ilə görüşünə toxunan dövlət başçısı ölkəmizdə yaşayan gürcülərə də yüksək münasibət göstərildiyini bildirib. Müstəqillik dövründə ölkələrimiz arasında strateji münasibətlərin formalaşdığını deyən prezident İlham Əliyev bu baxımdan Gürcüstana rəsmi səfəri zamanı dövlət başçılarının imzaladıqları Birgə Bəyannamənin əhəmiyyətini xüsusi qeyd edib. Dövlət başçısı Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpasının hər iki ölkənin dinamik inkişafı üçün zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq qurumlar çərçivəsində fəal qarşılıqlı fəaliyyətinin mövcud olduğunu bildirib
SOCAR-ın Gürcüstandakı fəaliyyətini yüksək dəyərləndirən prezident İlham Əliyev hər iki ölkənin uğurlu gələcəyinin yalnız sıx qarşılıqlı əməkdaşlıq sayəsində mümkün olduğunu deyib. Prezidenti İlham Əliyevin daha sonra Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstan parlamentinin deputatları iştirak ediblər. “Gürcüstanda siyasi partiyalar öz aralarında müxtəlif məsələlərlə bağlı mübahisə edirlər, lakin Azərbaycanla qarşılıqlı dost münasibətlərində onların arasında heç bir müxtəlif fikirlər olmur”, deyə David Usupaşvili bildirib və Azərbaycanda parlament seçkilərində Yeni Azərbaycan partiyasının qələbəsi münasibətilə prezident İlham Əliyevi təbrik edərək iki ölkənin qanunverici orqanları arasında əlaqələrin davam edəcəyinə əminliyini ifadə edib. Azərbaycan dövlət başçısı Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi, sosial, humanitar və mədəni əlaqələr yalnız bütün region üçün nümunədir və bu dostluq onun hüdudlarından kənara çıxıb. Bunun təsdiqi üçün Azərbaycan prezidenti noyabrın 5-də Gürcüstan prezidenti ilə əməkdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə imzalanmasını göstərib. Azərbaycanın dövlət başçısı Azərbaycan və Gürcüstan parlamentlərinin əlaqələrinin dərinləşdirməsinə xüsusi diqqət yetirməyin vacib olduğunu bildirib. Görüşdə tərəflər hər iki ölkənin mövcud münaqişələrini müzakirə ediblər və bu münaqişələrin suveren və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyini vurğulayıblar. Qeyd edək ki, noyabrın 6-da Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə nahar verilib. Həmin gün prezidenti İlham Əliyev Tbilisidə Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişvili ilə görüşüb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev noyabrın 5-də Tbilisidə Gürcüstanın mərhum dövlət başçısı Eduard Şevardnadzenin məzarını ziyarət edib və ailə üzvləri ilə görüşüb.

Xəbər 1515 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

28.10.2019
Brüsseldə Azərbaycan və ABŞ Müdafiə nazirlərinin görüşü olub
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 28 il keçir
17.09.2019
Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
16.09.2019
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02 DEKABR  |   16:39
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02 DEKABR  |   15:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ən sadə ALMA PİROQU
02 DEKABR  |   18:00
Kivi ilə çox sadə və dadlı piroq
02 DEKABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info