İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

22 NOYABR
18:00 Qarışıq dəri tipi üçün evdə edə biləcəyiniz qulluq qaydaları
17:47 Portağal qabığından hazırlanan möcüzəvi maska
17:36 “Avropa“ peykində su buxarı aşkarlanıb
17:33 Saçların dərmanı: qoz qabığı
17:24 Saçları sürətlə uzadan balqabaq maskası
17:11 Soyuq qış günlərinin dərmanı - Ballı banan resepti
17:05 ABŞ-da uçan motosiklet ixtira etdilər
17:00 Kirəclənmiş damarları təmizləyən 7 faydalı məhsul
16:48 Hər qidanın öz saatı var – Əti, yumurtanı, meyvəni nə vaxt yeməli?
16:35 Cökə çiçəyinin 20 faydası – Sizi çox xəstəlikdən xilas edəcək
16:23 Min bir dərdin dərmanı - QARA ZİRƏ
16:12 İdeal üz dərisinə necə malik ola bilərsiniz?
16:05 Dünyanın ən xoşbəxt xalqı məlum oldu
16:00 Kivi ilə asan hazırlanan DADLI KEKS
15:47 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:33 Çox sadə balıq SALATI
15:23 Mirkamil uzun fasilədən sonra efirə çıxdı: “Beynim yerində deyildi“
15:12 “Şou adamından mənə gəlin olmaz“ – Nəvə həsrəti çəkən xalq artisti
15:00 Gülay ölən atasından danışıb, ağladı
14:49 Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
14:36 Bu gün futbol üzrə Azərbaycan çempionatının XII turuna start veriləcək
14:23 “Real“ Benzema ilə müqaviləni yenilədi - “Marca“
14:15 Dırnaq yemək bu xəstəlikləri yaradır - Onixofagiyanın səbəbləri
14:05 Qadınları çox yaşlı göstərən saç stilləri
14:00 Pley-off mərhələsinin püşkü atılır - Avro-2020
13:45 Xoşbəxtlik pula deyil, pul xoşbəxtliyə bağlıdır
13:32 Şəxsi uğura işarə edən faktorlar
13:23 Kosmik teleskop “Spektr-RG” Kainatı skan etməyə başladı
13:13 Quru dodaqlar hansı xəstəliklərə işarə edir?
13:00 Emil Balayev mövsümün ən yaxşısı seçildi
12:48 Yenidən “İmtahan”a qayıtdı
12:32 Elçin 4 övladı ilə obyektiv qarşısına keçdi
12:24 Sablya üzrə milli komandamız dünya kubokunun mərhələ yarışında iştirak edəcək
12:13 “Yuventus“da yeni müqavilə
10:35 Günün qoroskopu
10:12 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:07 Atəşkəs pozulub
21 NOYABR
18:00 Gözəl dəriyə qovuşmaq istəyənlər üçün limon toniki
17:46 Məşhur aparıcı ATA OLDU
17:35 Pendir və mayonezlə BALIQ SOBADA

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (90594)
2 PRESS-ANONS (34899)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32369)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (30778)
5 Banan qabığı təbii məlhəmdir (29735)
Peyk çəkilişi: “Günəşli“ yatağındakı qəza Xəzər dənizinin 300 kvadrat kilometr ərazisinin neftlə çirklənməsinə səbəb olub
Tarix: 16.12 | Saat: 13:28 | E-mail | Çapa göndər

"Günəşli" yatağında baş verən yanğından sonra Xəzər dənizinin neftlə çirklənmiş ərazisi böyüməkdədir. "APA-Economics"in xəbərinə görə, bu barədə RİA "Novosti" agentliyi "Sentinel-1A" radiolokasiya peykindən aparılan çəkilişlərə istinadən xəbər verir. "Dekabrın 13-də Avropanın "Sentinel-1A" radiolokasiya peykindən qəzanın baş verdiyi ərazinin çəkilişləri aparılıb. Şəkildə görünür ki, "Günəşli" yatağının ətrafı neftlə çirklənməkdədir və çirklənmə şimala doğru genişlənir. Çəkiliş zamanı əldə olunan məlumatlar göstərir ki, dekabrın 13-ə çirklənmiş ərazinin sahəsi 300 kvadrat kilometr təşkil edir”, - deyə “Skaneks” şirkətinin məlumatında bildirilir. Şəkildə neftlə çirklənmiş ərazi tünd rəngdədir. Platforma ətrafındakı ağ nöqtələrlə isə gəmilər və hasilat platformalarıdır. "Sentinel-1A" peyki vasitəsilə dekabrın 7-də əldə olunan məlumatlara görə, neftlə çirklənmiş ərazinin ümumi sahəsi 200 kvadrat kilometr olub. Göründüyü kimi, neftlə çirklənmiş ərazi sürətlə genişlənir. SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyev isə "APA-Economics"ə açıqlamasında bildirib ki, dərc olunan məlumatları həqiqəti əks etdirmir. Onun sözlərinə görə, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədilə dekabrın 4-də, yəni qəzadan dərhal sonra Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssilərindən ibarət birgə İşçi Qrupu yaradılıb. İşçi Qrupu tərəfindən tərtib olunan Tədbirlər Planı çərçivəsində əraziyə əlavə olaraq 6 gəmi cəlb olunub. Onlardan 4-ü artıq mümkün neft dağılmalarının və yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi bonları su səthinə düzüb. O bildirib ki, bu bonlar neft dağılmalarının və yayılmasının qarşısını alır, onlara yığılan neft nasoslar vasitəsi ilə gəmilərə doldurulur və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılır. Bununla da, mümkün ekoloji fəsadların qarşısı əvvəlcədən alınmış olur. N. Quliyev əlavə edib ki, dünən yanan neft quyusu söndürülüb və neft dağılmaları təhlükəsi tamamilə aradan qalxıb.
"Azərkosmos" ASC-nin Korporativ kommunikasiya departamenti direktoru Aysel Soltanova isə "APA-Economics"in sorğusuna cavab olaraq bildirib ki, milli peyk operatorunun bu məsələ ilə bağlı mövqeyi SOCAR-la üst-üstə düşür: "Biz SOCAR-a həm optik, həm radar təsvirləri, həm də digər lazımi məlumatları vermişik. Bu məlumatlara əsasən, dekabrın 13-də həmin məlumatlar ictimaiyyətə açıqlanıb. Bizim də mövqeyimiz onların açıqladığı mövqe ilə üst-üstə düşür. Bizim mütəxəssislər, SOCAR-ın mütəxəssisləri ilə əməkdaşlıq şəraitində çalışırlar".

Xəbər 1248 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

22.11.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
20.11.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
19.11.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
16.11.2019
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir
14.11.2019
Dünya birjalarında neftin qiyməti bahalaşır


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Soyuq qış günlərinin dərmanı - Ballı banan resepti
22 NOYABR  |   17:11
Kirəclənmiş damarları təmizləyən 7 faydalı məhsul
22 NOYABR  |   17:00

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Qarışıq dəri tipi üçün evdə edə biləcəyiniz qulluq qaydaları
22 NOYABR  |   18:00
Portağal qabığından hazırlanan möcüzəvi maska
22 NOYABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info