
Fransada başa çatmaqda olan 2015-ci ilin ən yaxşıları müəyyənləşib.
Qol.Az-ın "France Football"a istinadən verdiyi məlumata görə, PSJ-nin baş məşqçisi Loran Blan ilin ən yaxşısı seçilib. O, səsvermədə Fransa millisinin baş məşqçisi Didye Deşam və "Roma"nın çalışdırıcısı Rudi Qarsiyanı qabaqlayıb. PSJ isə ilin ən yaxşı klubu adını qazanıb. Qeyd edək ki, PSJ ötən mövsüm Blanın rəhbərliyi altında həm Fransa Liqası, həm də ölkə kubokuna sahib çıxıb.
|