İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

17 OKTYABR
18:00 Çox dadlı qəhvəli peçenye
17:43 Hər səhər acqarına yaşıl alma yesəniz...
17:31 Şokoladlı qlazurun hazırlanması. MƏSLƏHƏTLƏR
17:25 Özil qərarını açıqladı
17:11 Qozla kəsmikli-şokoladlı piroq. Çox asan resept!
17:00 Azərbaycan badmintonçuları “Egypt International 2019” turnirində mübarizəyə başlayırlar
16:48 Sadə və çox dadlı KİŞMİŞLİ KEKS
16:36 Zərif kəsmikli piroq. Tez və asan!
16:25 Aysel Əlizadə də YENİ TRENDƏ qoşuldu
16:12 Anadangəlmə hipotireoz vaxtında təyin olunmazsa ağır nəticələr qaçılmazdır
16:00 Telli “Maşın“ şouda iştirakdan niyə İMTİNA ETDİ? - TƏƏCCÜBLƏNDİRƏN AÇIQLAMA
15:41 “Mən özümə İlhamə Quliyevanın ölümündən arzulayıram“
15:33 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:25 Özil qərarını açıqladı
15:15 Qulaq tutulmasından qorunma üsulları
15:00 Qurudulmuş meyvənin insan orqanizminə FAYDALARI
14:44 Əncir yarpaqlarının bilinməyən faydaları - şəkəri salır, ürəyi qoruyur, damarları təmizləyir.
14:38 Ədviyyatların sağlamlıq üçün xeyiri və ziyanı
14:24 Kasilyas idman zalında məşqlərə başladı
14:13 Azərbaycanlı məşhur dünyasını dəyişən həyat yoldaşının FOTOlarını paylaşdı
14:00 Pərvin gələn il ərə gedir
13:45 Gənclər arasında dünya çempionatında 2 cüdoçumuz mübarizəyə qoşulur
13:31 “Uğurlu debütdən sonra “Qarabağ“a uduzduq“
13:24 Razyananın qeyri-adi 10 faydası - Qazı qovur, qanı qaldırır
13:12 İlk “El Klassiko“nun vaxtı dəyişdirilir
13:00 Mövsüm trendi - Çantaları zəncirləyin
12:49 3D printerdə 2 ton ağırılığında gəmi çap edilib
12:38 Kosmik lift layihəsi təqdim olunub
12:23 Süni intellekt beyin fəaliyyətinin pozuntularını aşkarlayacaq
12:14 Çində Marsın tədqiqi üçün raket nümayiş edilib
10:26 Günün qoroskopu
10:16 Dünya birjalarında neftin qiyməti ucuzlaşır
10:07 Atəşkəs pozulub
16 OKTYABR
18:00 Türkiyədə müalicə alan Naibə Allahverdiyevadan xəbər var
17:56 Alimlər cırtdan qalaktikaların böyüməsinə əngəl olan səbəbi müəyyən ediblər
17:47 UŞAQLAR EV İŞLƏRİNDƏ SİZƏ NİYƏ KÖMƏK ETSİN – 5 SƏBƏB
17:38 “Bu haqda danışmağa utanıram“ – Ailə qurmağa hazırlaşan Sevda Yəhyayeva
17:29 “Onunla bu yola başladım” - Zülfiyyə 52 yaşında
17:14 Qozlu peçenye
17:04 “Mən də qardaş həsrəti yaşayıram“ - İfaçı efirdə ağladı

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (85742)
2 PRESS-ANONS (34738)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (31336)
4 Banan qabığı təbii məlhəmdir (29412)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (28864)
Gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq kitab təqdim olundu
Tarix: 17.12 | Saat: 09:57 | E-mail | Çapa göndər

“Vətən uğrunda döyüşlərdə şərəflə vuruşanların əziz xatirəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində həmişə yaşayacaqdır”. “Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları. Müqəddəs amal” kitabının təqdimatında səslənən bu fikirlər xüsusən böyüyən nəslin xalqımızın azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda döyüşən və şəhid olan qəhrəmanların həyat yoluna bələd olmasından ötrü gözəl vasitə oldu.
Kitabda ümummilli lider Heydər Əliyevin və ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Milli Qəhrəman ailələri və yaşayan Milli Qəhrəmanlarla görüşlərində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan bəhs edilir. Nəşrdə toplanan oçerklərdə Milli Qəhrəmanların həyat və döyüş yollarından söhbət açılır.
Azərbaycanın 211 Milli Qəhrəmanının adının yer aldığı nəşrdə həmçinin ulu öndər Heydər Əliyevin 1993-cü ildən 2003-cü ilə qədər Milli Qəhrəmanlar və onların ailələri ilə görüşləri əks olunub. Sənədli materiallar əsasında nəşr olunan kitab qəhrəmanların həyat və döyüş yolunu faktlarla əks etdirir.
Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə belə nəşrlərin gənc nəslin milli ruhda, əsl vətənpərvər kimi tərbiyə edilməsində böyük rol oynayacağı qeyd edildi.
“Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları. Müqəddəs amal» kitabı gənc nəslin vətənpərvərlik tərbiyəsində şübhəsiz ki, mühüm rol oynayacaq”-deyən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Qəhrəmanların özləri haqqında deyil, amalları haqqında düşündüklərini qeyd etdi: “Bu kitabı əlimizə alarkən qəhrəmanların heç zaman yaddan çıxmayacağı haqqında düşünürük. Bizim Milli Qəhrəmanlar xalqımızın sevimli oğul və qızlarıdır. Gənclər bu kitab vasitəsi ilə Azərbaycan xalqının azadlığı uğrunda vuruşan qəhrəmanlarla yaxından tanış olacaqlar”. Hər bir Milli Qəhrəmanın həyat yolunun ibrətamiz olduğunu qeyd edən MŞ sədri həmçinin onların döyüş yollarının gənclər üçün mənəviyyat, qürur mənbəyi olduğunu vurğuladı: “Ulu öndərimiz Heydər Əliyevin həmişə böyük diqqət yetirdiyi Azərbaycanın Milli Qəhrəmanları və şəhid ailələri bu gün də ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gündəlik diqqətindədir”. MŞ sədri indiyə qədər Milli Qəhrəmanlarla bağlı müxtəlif kitabların nəşr olunduğunu diqqətə çatdırdı: “Bu nəşr daha mükəmməldir. Çünki burada ardıcıllıq var. Nəşrdə Azərbaycan dövlətinin Milli Qəhrəmanlarla bağlı sənədləri də yer alıb”.
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli Milli Qəhrəmanların adı çəkiləndə həm kədər, həm də qürur duyduğumuzu söylədi. Belə ki, kədər cəbhənin, müharibənin olmasından doğursa, bu ad həm də qürur doğurur: Bizim belə mətin oğullarımız var: “Dünyanın çaxnaşdığı bir vaxtda insanlar təsəlli tapır ki, onların azadlığı, torpaqlarının bütövlüyü uğrunda vuruşan cəsur övladlar var”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu vətənin azadlığı uğrunda şəhid olanların adi insanlar olmadığını bildirdi: “Onlar bizdən cəsurdurlar, bizdən qəhrəmandırlar. Əgər biz həyatda o insanların qəhrəmanlığını qiymətləndirməsək, nə qəhrəman formalaşdıra, nə də vətənpərvərliyi təbliğ edə bilərik”. Nəşri vətənpərvərliyin təbliğinə yönələn vəsait kimi dəyərləndirən H. Babaoğlu müharibənin bütün xalqların taleyindən keçdiyini, eləcə də Qarabağ müharibəsində nə qədər qəhrəmanlar itirdiyimizə diqqət çəkdi: “Biz onların bəxş etdiyi azadlıq sayəsində yaşayırıq. Nə qədər ki, torpaqlarımız azad olmayıb, demək, biz onların ruhuna layiq ola bilməmişik”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə nəşrin bir fərd, bir ailə, bir kənd və ya oba üçün nəşr olunmadığını qeyd etdi: “Bu kitab böyük bir xalq üçündür”. Baş redaktor orta məktəblərdə və digər tədris müəssisələrində geniş təbliğata ehtiyac olduğunu vurğuladı: “Yaxşı olar ki, Milli Qəhrəmanların həyatı, onlarla bağlı nəşrlər gəncliyə aid keçirilən tədbirlərdə təbliğ olunsun”.
Milli Qəhrəman Vahid Quliyev kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür edərək 20 faiz torpağı işğal altında olan dövlət və xalq üçün bu cür nəşrlərin əhəmiyyət daşıdığını qeyd etdi: “Ulu öndər Heydər Əliyev Milli Qəhrəmanlarla və şəhid olan Milli Qəhrəmanların ailələri ilə şəxsən görüşür və onların problemləri ilə maraqlanırdı. Dövlət öz qəhrəmanlarını həmişə diqqətində saxlayır”. Milli Qəhrəman bu cür nəşrlərin gənc nəslin tərbiyəsində və vətənpərvərlik ruhunun yüksəlməsində böyük əhəmiyyət daşıdığını qeyd edərək, orta məktəb dərsliklərində də vətənpərvərlik mövzularına yer verilməsinin əhəmiyyətini vurğuladı: “Ümid edirəm ki, bu istiqamətdə yeni kitabların yazılması maraqlı olacaq”.
“Həyatlarının ən mənalı dövrlərində ömürləri yarıda qırılan, heç bir təəssüf hissi keçirmədən özlərini oda atan insanlar qarşısında baş əymək lazımdır”-deyən yazıçı-publisist Zemfira Məhərrəmli bu cür kitabların nə qədər çox yazılsa bir o qədər əhəmiyyətli olacağını bildirdi: “Bu cür nəşrlər müxtəlif dillərdə yazılmalı, beynəlxalq aləmə çıxarılmalıdır. Milli Qəhrəmanlar haqqındakı mövzular ən qiymətli mənbədir. Biz yazmaqdan, təbliğatdan yorulmamalıyıq”.
Qeyd edək ki, “Ərgünəş” FM Nəşriyyat-Poliqrafiya Müəssisəsində nəşrə hazırlanan və çap olunan “Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları. Müqəddəs amal” nəşrinin redaktoru Mətbuat Şurasının sədri Ə. Amaşovdur. Kitab yazıçı-publisist Oqtay Əliyev və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədr müavini Nurəddin Abbasov tərəfindən hazırlanıb.

kaspi.az

Xəbər 1310 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

28.08.2019
“1918-ci il hadisələri - unudulmayan tarix” sənədli filminin təqdimatı keçirilib
28.03.2019
İmadəddin Nəsiminin 650 ilik yubileyinə və Nəsimi ilinə həsr olunmuş konfrans keçirilib
20.02.2019
“ARB Günəş”in istehsalı olan “Xocalı” klipi təqdim edilib
14.02.2019
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə start verib
30.10.2018
QHTFilm.az saytının və NGOFilm mobil applikasiyasının təqdimat mərasimi keçirilib


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Hər səhər acqarına yaşıl alma yesəniz...
17 OKTYABR  |   17:43
Anadangəlmə hipotireoz vaxtında təyin olunmazsa ağır nəticələr qaçılmazdır
17 OKTYABR  |   16:12

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Çox dadlı qəhvəli peçenye
17 OKTYABR  |   18:00
Şokoladlı qlazurun hazırlanması. MƏSLƏHƏTLƏR
17 OKTYABR  |   17:31

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1364

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info