
"Ailəmizin qeyri-adi olduğunu düşünmürəm. Adi, bütün ailələr kimi bir ailədir. Fərq yalnız ondadır ki, hamı kimi bəzi yerlərə gedə bilmirəm, kimlə gəldi foto çəkdirə bilmirəm. Ətrafdakılardan nə gözləyəcəyini bilmirsən. Hər adamı da yaxına buraxmıram. Uşaqlıqdan dostluq etdiyim sadəcə, üç rəfiqəm var". Milli.Az Lady.Day.Az-a istinadən bildirir ki, müğənni Roza Zərgərlinin qızı, 17 yaşlı Bənövşə belə deyib. Onun sözlərinə görə, anası kimi müğənni olmaq istəyir. Bənövşə daha sonra bildirib ki, anası çox ciddi, sərt anadır: "Bizi hər şeydən qorumağa çalışır. Həmişə başımıza nəsə iş gələcəyindən qorxur. Yad adamlarla ünsiyyətdə olmağa qoymur. Halbuki özü insanlara çox inanır. Bizə bahalı hədiyyələr də almır. Belə hədiyyələr adətən atam alır. Anamsa həmişə deyir ki, həddi aşmaq olmaz, olanlarla kifayətlənmək gərəkdir. Əslində, mən də bahalı şeyləri sevmirəm. Anam həmişə deyir: "Özünü yaxşı apar və unutma ki, qızımsan". Qadağaları da çox deyil. Yalnız saçımı kəsməyə qoymur, çünki uzun saçdan xoşu gəlir. Halbuki mənim qısa saç düzümündən xoşum gəlir. Saçımdan yorulmuşam". B. Zərgərlinin sözlərinə görə, anasını açıq-saçıq geyinməyə qoymur.
"Anam düşünür ki, əgər yaradıcı insandırsa, hər şey edə bilər, o cümlədən açıq-saçıq paltarlar da geyinər. Bəli, belə geyinmək olar, amma bizim ölkədə yox. Bizdə tam fərqli mentalitetdir. Əgər açıq-saçıq geyinsən, sənə başqa gözlə baxırlar, tənqid etməyə başlayırlar. Bunu ona həmişə deyirəm və o da anlayır ki, haqlıyam", - B. Zərgərli söyləyib. B. Zərgərli Bakı Musiqi Akademiyasına daxil olmaq, sonra da təhsilini İtaliyada davam etdirmək, peşəkar opera müğənnisi olmaq istəyir: "Ora xoşuma gəlsə, bəlkə, həmişəlik İtaliyada qaldım".
|