
"Bəzi müğənnilər mənim Dağıstanın "əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülməyimə inanmırlar. Hətta bəziləri Dağıstana zəng edib, xəbəri dəqiqləşdirmək istəyiblər". Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Hər şey daxil" verilişində prodüser Tolik deyib. O, həmkarlarının onu təbrik etməməsindən gileylənib: "Bu haqda 182 min izləyici olan İnstaqram səhifəmdə yazdım. Bunu özbaşına və yalandan edə bilməzdim. Mənə Aygün Kazımova, Natavan Həbibi, İlqar Muradov və başqaları zəng vurdular, təbrik etdilər. Amma həmkarlarımdan heç kim məni təbrik etmədi".
|