İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

02 DEKABR
18:00 Ən sadə ALMA PİROQU
17:47 Kivi ilə çox sadə və dadlı piroq
17:38 Portağal və şokoladla QIZILI PEÇENYE
17:24 “Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
17:14 Marsda “suvuran” qüllələr aşkar edilib
17:00 Maraqlı faktlar
16:46 Özü özünü təmizləyən beton
16:39 Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
16:28 Xoşqədəm həyat yoldaşı ilə Almaniyada
16:12 Ən qədim şahmat fiquru tapılıb
16:00 Delfinlərin çoxu sağaxaydır
15:45 Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
15:36 Ədviyyat rəngli məxmər şalvarlar bu qışın ən isti trendidir
15:24 “Qızıl top“un sahibi bu gün müəyyənləşir
15:12 Makiyaj təmizləyici vasitə reseptləri
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 İflic və insult riskini azaldan meyvə
14:39 Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
14:28 “Düdelanj“dan böyükhesablı qələbə
14:15 Boyalı saçlar üçün qidalandırıcı maska
14:00 14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
13:48 Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
13:36 Yanaqlardakı yağları əridən maskalar
13:28 Pərvizlə Türkan barışıb, efirə çıxdı
13:14 Beyinə inanılmaz faydası olan qida
13:00 Əslində zərərli olan 5 sevimli məhsul
12:43 Bağırsaqlar üçün ən faydalı meyvə
12:31 İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
12:24 “Dinamo” 17-ci dəfə Gürcüstan çempionu olub
12:15 “Barselona“ “Atletiko“nu məğlub etdi - Messinin qolu ilə
30 NOYABR
12:48 Dərinin sağlam rəngini necə qaytarmalı?
12:36 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
12:22 Mimiki qırışları açan maskalar
12:15 Qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
12:00 Bu məhsullar testosteronun səviyyəsini qaldırır
11:47 Astronomlar nəhəng planet aşkar ediblər
11:41 Zehni fəaliyyət arıqladır
11:39 Diş protezləri üçün 3D printeri hazırlandı
11:36 Uşaq nə qədər yatmalıdır?
11:28 Açılış oyununda 6 qol

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (93308)
2 PRESS-ANONS (35014)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32958)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (31747)
5 Banan qabığı təbii məlhəmdir (29938)
Azərbaycan XİN Sarkisyanın ABŞ-dakı çıxışına münasibət bildirib
Tarix: 01.04 | Saat: 15:48 | E-mail | Çapa göndər

“Serj Sarkisyanın ABŞ-dakı kollecdə xunta rejimi başçıları üçün xarakterik olan və arxaizm, saxta tarix, qonşu dövlətlərə, xüsusilə Azərbaycana qarşı ərazi iddiaları, hədə və təhdid tezisləri üzərində qurulan çıxışı bir daha göstərir ki, Ermənistanın mürtəce rejimi bütün region üçün təhlükə mənbəyidir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Harvard Universitetinin Kennedi adına İdarəetmə Kollecində çıxışını şərh edərkən deyib. O bildirib ki, çıxışda Ermənistanın qonşu dövlətlərlə sülh şəraitində yaşaması, ərazi iddialarından geri çəkilməsi və regionun gələcəyi barədə heç bir konstruktiv fikir yoxdur: “Göründüyü kimi, uydurma tarix və saxta hüquqi dəlillərə müraciət edərək Ermənistan rəhbərliyi bir daha Azərbaycana qarşı təcavüz, işğal və qanlı etnik təmizləmə siyasətini uğursuz şəkildə pərdələməyə cəhd edib. İnstitusional və tarixi yaddaş çatışmazlığından əziyyət çəkən Ermənistanın hərbi diktatura rejiminə bəzi tarixi faktları xatırlatmaq məcburiyyətindəyik”. H. Hacıyev qeyd edib ki, XIX əsrin birinci yarısından etibarən ermənilərin tarixi Azərbaycan torpaqları və Qafqaza köçürülməsi və nəticə etibarilə, ermənilərin regionun yerli xalqlarına qarşı başlanan ərazi iddiaları bu günə qədər davam edən uzunmüddətli qeyri-sabitlik, gərginlik və münaqişələrin əsasını qoyub. O xatırladıb ki, ərazi iddiaları irqi ayrı-seçkilik və etnik nifrət hissləri ilə müşayiət olunan ermənilər 1905 və 1907-ci illərdə azərbaycanlılara qarşı qırğınlar törədib və 1918-ci ilin martında Bakı və ətraf rayonlarda on mindən artıq mülki Azərbaycan əhalisinin soyqırımını həyata keçiriblər: “Ermənilərin ərazi iddialarına son qoymaq və regionda sülhü bərqərar etmək naminə Azərbaycan Demokratik Cümhuriyyətinin güzəşti əsasında paytaxtı qədim Azərbaycan şəhəri İrəvan olmaqla, ermənilərin regionda ilk dövləti yalnız 1918-ci ildə yaradıldı. Ermənistan rəhbərliyinin növbəti tarixi yalanı 5 iyul 1921-ci il tarixli Qafqaz Bürosunun qərarının təhrif edilməsidir. Qafqaz Bürosunun həmin qərarında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində qalması bildirilir. Bu qərar vasitəsilə guya Qarabağın idarəçiliyinin Azərbaycana verilməsi Ermənistanın uydurmasından başqa bir şey deyil. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldığı halda, Ermənistan SSR-də tarixi torpaqlarında kompakt şəkildə yaşayan çoxsaylı azərbaycanlılara heç bir imtiyaz verilmədi və 80-ci illərin sonunda Ermənistan ərazisindən etnik təmizləmə nəticəsində tamamilə qovulana qədər bu əhali irqi ayrı-seçkilik və təzyiq altında yaşamağa məcbur oldu. “Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baxmaq Stalin siyasətini dəstəkləməkdir” deyən Ermənistan rəhbərliyi əslində dünya ictimaiyyətinə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini və sivil davranışdan kənar olduğunu bir daha nümayiş etdirir. Bundan əvvəl isə “Qarabağ Ermənistanın ayrılmaz hissədir deyən” Ermənistan rəhbərliyi rəsmən ölkəsinin işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı siyasətini yürütdüyünü bir daha etiraf etdi”. H. Hacıyevin sözlərinə görə, öz vətəndaşlarını kütləvi şəkildə öldürməkdən, müxalifət nümayəndələrinin siyasi qətlinin sifarişindən və xalqa qarşı repressiya, hərbi cinayət və insanlıq əleyhinə cinayət əməllərindən çəkinməyən Ermənistan rəhbərliyinin siyasəti daha çox stalinizmlə uyğunluq təşkil edir: “Ermənistan hərbi xuntasının yürütdüyü siyasətin nəticəsidir ki, Ermənistan bu gün dünyanın ən militarist ölkəsidir və dərin siyasi, iqtisadi, sosial və demoqrafik böhran şəraitindədir. Səhra komandiri təfəkküründən hələ də xilas ola bilməyən bu rejim məsuliyyətsiz hərbi avantüradan çəkinməyərək, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca gərginliyi davam etdirmək və müharibə xofu vasitəsilə ölkə ictimaiyyətinin diqqətini ağır sosial-iqtisadi problemlərdən yayındırmağa çalışır. Ölkə daxilində etimadını itirən bu rejim hətta erməni diaspora dairələri tərəfindən də qeyri-ciddi qəbul olunur. ABŞ-da edilən bu radikal çıxış da əslində diasporanın etimadını yenidən qazanmaq və Ermənistan rejiminin cibinə axan ianələrin davamlılığını təmin etməkdir. Çıxışda Ermənistan rəhbərliyi özü də etiraf etmək məcburiyyətində qalıb ki, Azərbaycanın qəti əzmi və iradəsi olmasaydı, Qarabağ məsələsi çoxdan həll olunmuşdu”. H. Hacıyev bəyan edib ki, Ermənistan rəhbərliyi münaqişənin yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna biləcəyini dərk etməlidir. O deyib ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə obyekti deyil, ola da bilməz və Azərbaycan heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq: “Vaxtı hədər vermək və naəlac formada tarixi və hüquqi saxtakarlıqla ilhaqçı siyasətinə əsassız bəraət qazandırmaq, öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə, Ermənistan işğalçılıq və etnik təmizləmə siyasətinə son qoymalı, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, bütün işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı, konstruktiv şəkildə münaqişənin həlli prosesində iştirak etməlidir. Harvard Universitetində olduğunu zənn edərək beynəlxalq münasibətlərin nəzəriyyəsindən danışmağa cəhd edən Ermənistan rəhbərliyinə münaqişələrin həllində “win-win” nəzəriyyəsini oxumağı tövsiyə edərdik. Əgər “win-win” nəzəriyyəsi ilə tanış olsaydı, Ermənistan rəhbərliyi başa düşərdi ki, münaqişənin həllinə və regionda davamlı sülhün təmin olunmasına dair Azərbaycanın baxışları bütün regionun inkişafını ehtiva edir və Ermənistan da bundan faydalana bilər”.

Xəbər 1631 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

28.10.2019
Brüsseldə Azərbaycan və ABŞ Müdafiə nazirlərinin görüşü olub
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 28 il keçir
17.09.2019
Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
16.09.2019
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02 DEKABR  |   16:39
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02 DEKABR  |   15:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ən sadə ALMA PİROQU
02 DEKABR  |   18:00
Kivi ilə çox sadə və dadlı piroq
02 DEKABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info