İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

23 AVQUST
17:46 “Mançester Yunayted“də itki
17:32 Sağlam ürək üçün əzgilin balla qarışığı
17:25 Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL
17:13 Portağal qabıqlarını atmayın! Çox faydalı resept
17:00 İllər sonra yeniyetməlik sevgilisinə ərə gedən məşhur aparıcıdan ŞOK ETİRAF: Vaxtında...
16:47 Kələmin bilmədiyiniz faydaları
16:38 Aloe bitkisinin tükənməz faydaları
16:22 Darçınla alma sobada. Dadlı desert
16:12 Armudun faydası - İnanmayacaqsınız!
16:00 Şirniyyat istəyini bu vasitə ilə aradan qaldıracaqsınız
15:49 Misir kraliçalarının 5 yaş gəncləşdirən maskası
15:25 “Qalatasaray”ın futbolçusu İspaniya klubunda
15:12 Albalı mürəbbəsinin hazırlanması
15:00 “Napoli” tarixinin ən bahalı transferi oldu
14:47 “Qəbələ“nin futbolçusu Küveyt klubunda
14:39 Quarejma “Beşiktaş“dan ayrılır? - son qərarını açıqladı
14:25 Üztanıma funksiyalı eynəklərin sınaqları keçirilir
14:15 Dünyanın ən qədim romanı bu ölkədə yazılıb
14:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
13:49 Buxaqdan qurtulmağın yolları
13:22 Kosmetikanı necə saxlamaq lazımdır. MƏSLƏHƏTLƏR
13:14 Yemiş mürəbbəsi. Qeyri-adi dad
13:00 İpək kimi hamar dəriyə sahib olun! MÖHTƏŞƏM MASKA
12:47 Nefti karbon qazına və metana parçalayan mikroorqanizm aşkarlanıb
12:37 Azərbaycanlı aktrisa ana olacaq
12:27 Avroliqada gecənin bütün nəticələri
12:15 Səməd Səmədov oxuyur, Cavanşir Məmmədov müşayiət edir — 30 ilin FOTOSU
11:13 Bolqarıstanın 8 bölgəsində yanğın təhlükəsi elan olunub
11:00 Bu günə olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib
10:47 Şamaxı rayonunda 5 yaşayış məntəqəsinin yolu yenidən qurulur
10:37 Hacıqabulda mikroavtobus qəzaya uğrayıb, 8 nəfər yaralanıb
10:36 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi bu gün başa çatır
10:27 Günün qoroskopu
10:16 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:05 Atəşkəs pozulub
22 AVQUST
18:00 Tənqid etmək taktikası
17:49 Oynaq ağrılarının limon qabığı ilə müalicəsi - Xalq təbabəti
17:37 Əgər qidanızdan badımcan əksik etməsəniz...
17:28 Premyer Liqamızda 3-cü turun oyunlarının saatı açıqlandı
17:16 “Qarabağ“ “Linfild“ə qarşı

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (76861)
2 PRESS-ANONS (34445)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (29981)
4 Banan qabığı təbii məlhəmdir (28827)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24903)
ETSN: Yazda yağıntılarının miqdarı çoxillik normadan aşağı, havanın temperaturu isə yuxarı olacaq
Tarix: 12.04 | Saat: 12:59 | E-mail | Çapa göndər

Respublika çaylarında yaz-yay gursululuq dövrünün axım proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış qarölçmə işlərinin nəticələri, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla respublika çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanıb. Hər il sistematik olaraq hazırlanan yaz gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu əhaliyə, infrastruktur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində, müxtəlif məqsədlərlə sudan istifadədə, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsində, enerji istehsalının, suvarmanın, su təchizatının balanslı təşkil edilməsində böyük əhəmiyyətə malikdir. Qeyd edək ki, 2015-2016-cı illərin qış dövründə Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və qismən də dağətəyi zonalarında qar örtüyünün yaranması dekabr ayının əvvəlindən başlayaraq yanvar və fevral aylarının ayrı-ayrı günlərində fasilələrlə davam edib. Bu ilin qış dövründə qarın keçən ilə nisbətən çox yağmasına baxmayaraq, yanvar və fevral aylarının ayrı-ayrı günlərində havanın temperaturunun yüksəlməsi orta dağlıq ərazilərdə qar ehtiyatının tədricən əriyərək azalmasına səbəb olub. Eyni zamanda mart ayında havanın temperaturunun yüksək olması və yağan intensiv yağışlar dağlıq ərazilərdə, qismən də yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsinə və qar örtüyünün azalmasına səbəb olub. Bu il çay hövzələrində aparılan qarölçmə işlərinin nəticələrinə görə yalnız Böyük Qafqazın şimal-şərq (Quba, Qusar, Xaçmaz) yamacı çaylarının hövzələrinə yağan qar həm çoxillik normadan, həm də keçən il ilə müqayisədə 20 faiz çox, Böyük və Kiçik Qafqazın digər bölgələrinə ilə müqayisədə isə orta hesabla 16 faiz az olub. Aprel-iyun ayları üçün gursululuq dövrünün proqnozuna əsasən, transsərhəd çaylar üzrə Kür çayından Şəmkir su anbarına axım normanın 61-83, Qanıx çayından Mingəçevir su anbarına axım normanın 63-90, Araz çayından Araz su anbarına axım isə normanın 34-67 faizini təşkil edəcəyi gözlənilir.



Respublikanın dağ çayları üzrə Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın 65-95, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında normanın 90-107, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında 50-90, Naxçıvan MR çaylarında 30-85, Lənkəran-Astara bölgəsi çaylarında isə 35-85 faizini təşkil edəcəyi gözlənilir.



Bu il qar ehtiyatının normadan əsasən az olmasına, yaz (aprel-may-iyun) yağıntılarının isə normadan əsasən az gözlənilməsinə baxmayaraq gursululuq dövrünün ayrı-ayrı günlərində yağacaq leysan xarakterli yağışlar nəticəsində bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.



Bu il respublikanın daxili çay hövzələrində qarda olan su ehtiyatı yalnız Böyük Qafqazın şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarının hövzələrində həm çoxillik normadan, həm də keçən il ilə müqayisədə 20 faiz çox, Böyük və Kiçik Qafqazın digər bölgələrinə yağan qar isə ümumilikdə çoxillik normadan orta hesabla 22 faiz, keçən il ilə müqayisədə isə orta hesabla 16 faiz az olub. Bu il respublikanın daxili çay hövzələri ilə yanaşı Gürcüstan (Kür və Qanıx hövzələri), Türkiyə (Kür və Araz hövzələri) ərazisində də suvermə qabiliyyətinə malik qar su ehtiyatı çoxillik normadan və 2015-ci ilə nisbətən azdır. Yaz (aprel-may-iyun) yağıntılarının miqdarı çoxillik normadan əsasən az, havanın orta temperaturunun isə normadan 1-2 dərəcə yüksək olacağı gözlənilir.



Qeyd olunanları nəzərə alaraq əldə olunan məlumatlara, aparılan hesablamalara və kompleks məlumatların təhlilinə əsasən bu ilin gursululuq dövründə sululuğun Böyük Qafqazın şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında çoxillik normaya yaxın və bir qədər çox, Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki, Oğuz-Qəbələ) çaylarında normaya yaxın və bir qədər az, Kiçik Qafqaz, Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında normadan az, iri tranzit çaylarında isə normadan əsasən az olacağı gözlənilir.

Xəbər 1415 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

23.08.2019
Atəşkəs pozulub
22.08.2019
Atəşkəs pozulub
21.08.2019
Atəşkəs pozulub
20.08.2019
Atəşkəs pozulub
19.08.2019
Bu ərazilərdə qaz təchizatı dayandırılacaq


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Sağlam ürək üçün əzgilin balla qarışığı
23 AVQUST  |   17:32
Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL
23 AVQUST  |   17:25

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Darçınla alma sobada. Dadlı desert
23 AVQUST  |   16:22
Misir kraliçalarının 5 yaş gəncləşdirən maskası
23 AVQUST  |   15:49

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1356

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info