
Ermənistan silahlı qüvvələri Tərtərin Göyarx, Çiləbürt, Yarımca, Ağdamın Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavəndin Kuropatkino, Füzulinin Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayılın Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə sudurulub.
|