İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

21 AVQUST
15:36 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:28 Effektli POMİDOR maskaları
15:16 Yaşıl detoks kokteylləri. RESEPTLƏR
15:00 Salahdan “Real“ açıqlaması
14:47 Axtardığın cavab sualından asılıdı.!
14:38 Böyüməmiz və inkişafımız eynilə bir ağac kimidir
14:25 Səhvlərinizdən öyrənin
14:14 25 ildə öyrəndiyim 25 həyat dərsi
14:00 Effektiv komanda işinin sirri
13:43 Yarım saat nəzəriyyəsi
13:35 “Çelsi“ Zappakostanı “Roma“ya verdi
13:22 Vəfa Zeynalova əri və əkizləri ilə
13:12 Qarışdırıb yeyin, faydası inanılmazdır - Bal, qoz, əncir
13:00 Yaşıl lobyanın sağlamlığımıza MİSİLSİZ FAYDALARI
12:46 “Barselona“ Neymarın formasını sifariş verdi
12:32 “Monako“da yeni hücumçu
12:25 Zülfiyyə oğlanları ilə
12:13 Nazilə 10 il əvvəl və indi - Görənlər MƏƏTTƏL QALDI: Nə gündəsən...
11:12 Hacıqabulda yol qəzası nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb
11:00 Qobustanda Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulur
10:47 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
10:36 Siyəzəndə baş verən qəza nəticəsində səkkiz nəfər xəsarət alıb
10:25 Günün qoroskopu
10:14 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:07 Atəşkəs pozulub
20 AVQUST
18:00 Messinin son durumu
17:46 Gur saçlara nail olmağın yolları – Xanımlara məsləhət!
17:35 Yanmış saçlardan xilas olmağın ən asan və ucuz yolu!
17:28 “Yuventus“ yeni transferini icarəyə göndərdi
17:15 “Fənərbaxça“da ciddi itki
17:00 Ən dadlı pryanik belə hazırlanır - RESEPT
16:47 “Sevda təyyarədə elə qışqırırdı ki...“ - Tolik
16:39 Müğənni Nazənin həyat yoldaşı Məhəbbətin FOTOsunu paylaşdı
16:29 Uzun və xoşbəxt evliliklərin sirri
16:15 İdeal valideyn kimdir?
16:00 Üzr istəməkdən çəkinməyin!
15:49 Uşaq ailənin güzgüsüdür
15:35 Alma cemi ilə şokoladlı peçenye
15:23 Dadlı ətin bişirilməsi qaydaları. Faydalı məsləhətlər
15:14 Qızılgül mürəbbəsinin hazırlanması

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (76480)
2 PRESS-ANONS (34434)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (29925)
4 Banan qabığı təbii məlhəmdir (28794)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24833)
Azərbaycan millət vəkilinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi İtaliyada dərc olunub
Tarix: 25.04 | Saat: 15:52 | E-mail | Çapa göndər

Millət vəkili, Azərbaycan-İtaliya dostluq qrupunun rəhbəri Azər Kərimlinin İtaliyanın nüfuzlu qəzetində və internet resursunda (məqalənin linki) məqaləsi dərc olunub. APA məqaləni təqdim edir. "Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında baş verən son hərbi qarşıdurmanın məsuliyyəti tamamilə rəsmi İrəvanın üzərinə düşür. Belə ki, məhz işğalçı Ermənistan ordusunun qoşunların təmas xəttində mütəmadi olaraq həyata keçirdiyi təxribatlar, Azərbaycanın cəbhə bölgəsində yaşayan mülki vətəndaşlarının mütəmadi olaraq ölüm təhlükəsi altında saxlanılması Azərbaycan Silahlı Qüvvələrini cavab tədbirləri görməyə məcbur etmişdir.
Artıq 25 ildir ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın bütün beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən tanınmış ərazilərini işğal altında saxlayır. Azərbaycanın tarixi və hüquqi ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı 1 milyondan çox azərbaycanlı qanlı cinayətlərlə və soyqırım aktlarıyla müşayiət olunan etnik təmizləməyə məruz qalmışdır. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı həyata keçirdiyi soyqırım faktı Çexiya, Bosniya və Hersoqovina, Peru, Honduras, Pakistan, Kolumbiya, Meksika, Azərbaycan və 60-a yaxın dövləti özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı, eləcə də Amerika Birləşmiş Ştatlarının 17 ştatı tərəfindən rəsmən tanınmış, dünyanın bir çox ölkələrinin parlamentləri tərəfindən qınanılmışdır. BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan tərəfindən bu günədək icra olunmayıb. ATƏT-in 2-3 dekabr 1996-cı il tarixlərində Lissabonda keçirilən sammitində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı quruma üzv olan 54 dövlətdən Ermənistan istisna olmaqla 53-nün səs verdiyi prinsiplər müəyyənləşib. Bu prinsiplər münaqişənin birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini ehtiva edir. Bundan başqa, Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının qətnamələrində, ATƏT, NATO və digər beynəlxalq təşkilatların zirvə toplantılarının bəyannamələrində işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması, münaqişənin Helsinki Yekun Aktının və ATƏT-in Minsk qrupunun baza prinsiplərinə uyğun olaraq həll edilməsinin vacibliyi vurğulanıb. Bütün bunalara baxmayaraq, Ermənistan beynəlxalq hüquq normalarını və beynəlxalq birliyin iradəsini nəzərə almadan işğalçılıq siyasətini davam etdirməklə regionu daim müharibə təhlükəsi altında saxlayır. 1999-cu ildə Ermənistan parlamentində gerçəkləşdirilən və baş nazir Vazgen Sarkisyan, spiker Karen Dəmirçyan, vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan və digərlərinin xüsusi amansızlıqla qətlə yetirildiyi terror aksiyası, dinc etirazçıların gülləbaran edildiyi hadisələr üzərindən hakimiyyəti qəsb edən bir partiyanın təmsilçisinin Azərbaycan cəmiyyətindəki demokratiya problemlərindən danışması isə ən yaxşı halda gülüş doğurur. Mən Armen Aşotyanın Azərbaycandakı iqtisadi inkişaf haqqında məlumatlı olmadığına inanmıram. Azərbaycanda keçirilən əksər beynəlxalq tədbirlərdə Ermənistan hakimiyyətinin təmsilçiləri iştirak ediblər və onların Azərbaycanda olduqları zaman heyranlıqlarını necə ifadə etdiklərinin şahidi olmuşam. Armen Aşotyan Azərbaycandakı iqtisadi inkişaf, əhalinin sosial rifahı haqqında kifayət qədər məlumatlıdır. Lakin bunu etiraf etməyin ona və partiyasına baha başa gələcəyini kifayət qədər yaxşı başa düşür. Əks təqdirdə hər il aclıq və səfalətdən Ermənistanı tərk edənlərə cavab verməli olacaqdı... Və şübhəsiz ki, “necə olur ki, torpaqlarının 20 faizini işğal etdiyimiz ölkənin vətəndaşları bizdən dəfələrlə yaxşı və daha azad yaşayır” sualına cavab tapa bilməyəcəkdi. Armen Aşotyan müsahibəsində “Dağlıq Qarabağ ordusu”ndan danışır, amma təmsil etdiyi hakimiyyətin son hərbi əməliyyatlar zamanı ölən erməni əsgərləri barədə açıqladığı məlumatlara diqqət yetirməyi belə unudur. Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində gerçəkləşdirdikləri son təxribat zamanı ölən və itkin düşmüş hesab olunan 140 erməni əsgər və zabitindən 120 nəfəri Ermənistan doğumludur. Və onlar Azərbaycan torpaqlarında ölüblər. O zaman sual olunur: Ermənistan hərbçilərinin Azərbaycan torpaqlarında nə işi var? Ermənistan bu münaqişədə tərəfdir, həm də işğalçı tərəf. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda da 2 tərəf iştirak edir - Azərbaycan və Ermənistan. Son hadisələrdən sonra imzalanan atəşkəs sazişinə də Ermənistanın və Azərbaycanın hərbi qərargah rəhbərləri imza atıblar. Göründüyü kimi, Armen Aşotyan nəinki Dağlıq Qarabağ münaqişəsinin 25 illik tarixi haqqında, hətta bir neçə gün öncə bütün dünyanın gözü qarşısında baş verən hadisələr haqqında belə yalan danışmaqdan çəkinmir. Aşotyan da yaxşı bilir ki, “Dağlıq Qarabağ Respublikası” deyilən nəinki hüquqi subyekt, hətta reallıq belə yoxdur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında hərbi-cinayətkar rejimin marionet struturları və onların silah gücünə nəzarətdə saxladığı girov ermənilər var. Qeyd edim ki, Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Azərbaycan torpaqlarında baş verən son hadisələr zamanı rəsmi Bakının mövqeyhini Aşotyanın iddia etdiyi kimi təkcə Türkiyə dəstəkləməyib. Demək olar ki, bütün beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri Azərbaycanın mövqeyinin haqlı olduğunu vurğulayıblar və Ermənistanı işğala son qoymağa çağırıblar. Azərbaycan bütün dini kenfessiyaların, etnik və dini azlıqların dinc, yanaşı və qarşılıqlı anlaşma içərisində yaşadığı, tarixi multikultral ənənələrə malik nadir ölkələrdən biridir. Azərbaycan bu gün dünyada beynəlxalq humanitar forumların keçirildiyi ideal platformalardan biri hesab olunur. Bu gün Azərbaycanda mövcud olan bütün dini abidələr, o cümlədən Bakıdakı erməni kilsəsi də dövlət tərəfindən qorunur. Lakin Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında mövcud olan bütün dini abidələri məhv edib, hətta qəbirləri belə dağıdıb.



Armen Aşotyan Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını həll etmək hüququndan danışır, ancaq həmin hüququn daşıyıcısı olan azərbaycanlıların Dağlıq Qarabağdan qovulduğu barədə faktı dilə gətirə biləcək qədər vicdanlı olmağı bacarmır. Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan başqa Azərbaycana məxsus daha 7 rayonu işğal altında saxladığını demir.



ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qəbul etdiyi baza prinsiplərində qeyd olunur ki, münaqişə Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək özünüidarəetmə statusu verilməklə həll edilməlidir. Bunun üçün də Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalı, azərbaycanlı köçkünlər öz evlərinə qayıtmalı və onların təhlükəsizliyi təmin olunmalıdır.

Bütün bunlar beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdikləri sənədlərdə yer alan prinsiplərdir. Ermənistan rəhbərliyi isə yalan danışmaqla, öz fantaziyalarını gerçəklik kimi təqdim etməklə diqqəti beynəlxalq hüququn prinsiplərindən, reallıqdan yayındırmağa çalışır.



Prezidentliyə namizədin güllələndiyi bir ölkənin hakimiyyətini təmsil edən Armen Aşotyandan, şübhəsiz ki, ədalətli mövqe gözləmirdik. Yəni buna təəccüblənmədik.

Bizi təəccübləndirən İtaliya mətbuatının qarşı tərəfin mövqeyini öyrənmədən Ermənistan hakimiyyətinin yalanlarına meydan açması oldu...

Xəbər 1242 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
29.07.2019
Susana Manqana: Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər
23.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
03.07.2019
Azərbaycanın Xarici İşlər naziri Peruya işgüzar səfərə yola düşüb
19.06.2019
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

22 AVQUST
12:00 PRESS-ANONS
22 Avqust Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Yaşıl detoks kokteylləri. RESEPTLƏR
21 AVQUST  |   15:16
Qarışdırıb yeyin, faydası inanılmazdır - Bal, qoz, əncir
21 AVQUST  |   13:12

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Effektli POMİDOR maskaları
21 AVQUST  |   15:28
Gur saçlara nail olmağın yolları – Xanımlara məsləhət!
20 AVQUST  |   17:46

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1355

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info