İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

16 SENTYABR
17:47 “Qalatasaray“ın oyununda slovaniyalı hakimlər
17:37 Qanazlığından əziyyət çəkənlər üçün çox faydalı resept
17:24 Əsəbləri sakitləşdirən, immuniteti yüksəldən yağ – ÖZÜNÜZ HAZIRLAYIN
17:14 Göyərtinin növlərinə görə FAYDALARI
17:00 Xatirə əri ilə şəkil paylaşıb, şayiələrə son qoydu
16:46 Elməddinin özündən hündür oğlu
16:35 Azərbaycanın “Avroviziya-2020“də iştirakı rəsmən təsdiqləndi
16:23 Damla fotoşopla başqa biri oldu
16:14 “Beşinci element” bitib?
16:00 Befstroqanov resepti
15:49 Sadə və effektli CAVANLAŞDIRICI MASKA
15:35 Saçları gurlaşdıran 3 SADƏ VASİTƏ
15:23 Qaşlar və kirpiklər üçün kosmetik maskalar
15:15 İşgüzar qarderobun 10 dəb qanunu
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 Beyin qan dövranını yaxşılaşdırmağın 5 YOLU
14:38 Badımcanın özü kimi saplaqları da FAYDALIDIR
14:24 Sağlam dişlərə bu yolla sahib olun
14:13 ÇL-də 8 oyuna hakim təyinatları açıqlandı
14:00 Çox səyahət edən uşaqlar daha uğurlu olurlar
13:48 Biotexnoloji şirkət tamfunksiyalı mini-ürəyin surətini hazırlayıb
13:39 Varlı olmağa mane olan 6 vərdiş
13:25 Bir milyonçuya görə uğurlu insanın 3 gizli keyfiyyəti
13:11 Taxtadan retro “Mercedes“ hazırladı
13:00 “Qarabağ”dan iki rekord
12:46 Mövsümdə ilk
12:35 Xatirə İslam HİCAB BAĞLADI
12:22 “Hacı Nuran hər hansı bir yerə transfer olunmayıb”
12:12 Murat Boz peşman oldu
12:00 Salyanda yaşayan aztəminatlı ailələrin övladları məktəb ləvazimatları ilə təmin olunublar
11:12 Bakı məktəblərində “Bilik günü” qeyd olunub
11:00 Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
10:45 Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin daşınmasına başlanılıb
10:38 Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
10:28 Günün qoroskopu
10:18 Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb
10:06 Atəşkəs pozulub
14 SENTYABR
13:00 Saç telini qalınlaşdırmaq üçün belə edin
12:47 Mixəyin müalicəvi təsirləri
12:38 “Barselona” ciddi itki var – 6 həftə oynamayacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (80506)
2 PRESS-ANONS (34594)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30545)
4 Banan qabığı təbii məlhəmdir (29061)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26379)
Milli-mənəvi dəyərlər qloballaşma və miltikultiralizm kontekstində
İlham Əliyev: “Azərbaycan öz milli-mənəvi kökləri üzərində inkişaf etməlidir”
Tarix: 10.05 | Saat: 12:39 | E-mail | Çapa göndər

Tarixdən məlum olduğu kimi ta qədimlərdən indiyədək Azərbaycanda dini və etnik tolerantlıq hökm sürür. Odlar Yurdunda çoxsaylı etnik qrupların, dini kofessiyaların nümayənləri mehriban qonçuluq əraitində, qaynayıb-qarışmış ortaq dəyərlər əsasında yaşayırar. Bəs dini, milli, sosial azadlıqlar, tolerant mühitin təmin edilməsi milli-mənəvi dəyərlərin qorunması kontekstində vətəndaş cəmiyyəti üçün hansı perspektivlər vəd edir? Bu suala aydınlıq gətirmək üçün əvvəlcə milli və mənəvi dəyərlərin bəşər tarixində roluna və səbəb olduğu proseslərə dair qısa tarixi arayış vermək lazım gələcək.
Dünya tarixində mənəvi dəyərlər sisteminin təşəkkülü
Mənəvi dəyərlərin meydana gəlməsi bəşər övladının öz yaşam kriteriyalarının və canlı aləmlə qarşılıqlı münasibətləri zəminində əxlaqi kodekslərin bərqərar olunması zərurəti ilə şərtlənib. İlkin dövrlərdə dinlər cəmiyyətin həyatını nizama salıb, qayda-qanunları təsbit edib, əxlaqi kriteriyaların bərqərar olunmasını təmin edib. Sonralar milli mədəniyyətlər formalaşıb və dünya bu sahədə zənginliklər qazanıb. Lakin etiraf etməliyik ki, sonrakı dövrlərdə dinin kontekstdən çıxarılması nəticəsində onun onun elmi-texniki inkişafa qarşı çıxması, elmi, təhsili, mədəniyyəti və incəsənəti yalnız dini ehkamlar çərçivəsində görmə cəhdləri bir çox cəmiнyətlərin inkişafına mane olub. Müasir dünyaya nəzər yetirsək, milli və mənəvi dəyərlərin qarşılıqlı inteqrasiyası əvəvzinə, onların süni yaradılmış qarşıdurması çoxlu problemlər yaradıb. Təəssüf ki, XXI əsrdə də inkişaf etmiş dünya din və məzhəb qarşıdurmalarının, etnik toqquşmaların, faşizm meyillərinin şahididir. Yaxın və Orta Şərqdə dinin siyasiləşməsi prosesləri, konfessional təəssübkeşlik, etnik qarşıdurma və terror aktları, müxtəlif etnik qrupların və fərqli din mənsublarının birgə yaşadığı ölkələrdə bəzi qərb dairələri tərəfindən qızışdırılan vətəndaş müharibələri davamlı xarakter alıb. Bəzi cəmiyyətlərdə (Yaponiya, Şimali Amerika, Avropa, Rusiya, Çin və s.) dinin cəmiyyətin həyatında yerinin dəqiq müəyyən edilməsi həmin cəmiyyətlərdə ümumbəşəri dəyərləri, insan haqlarını, texniki və elmi inkişafı təmin edə bilib. Bəzilərində (Əfqanısan, İraq, Misir, Liviya, Pakistan və s). isə əksinə olub. Beləliklə, dünyanın hazırki reallıqlarından yanaşsaq, dinin mahiyyəti kimi rolu da fərqli istiqamətə yönəldilib. Azərbaycanda da hələ ötən əsrin 90-cı illərindən başlayaraq dini və etnik qrupları qıcıqlandırmaqla ölkədə dini qarşıdurma yaratmağa çoxsaylı cəhdlər edilib, amma bu məsələlər dövlət və cəmiyyətin birliyi fonunda ümumilli lider Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində yüksək ustalıqla yoluna qoyulub. Azərbaycanda indi bu sahədə vəziyyət sabitdir, dini və ya etnik qarşıdurma üçün heç bir əsas yoxdur. Əksinə, xalqımız qədimdən gələn ənənələrini yaşatmaqla həm ölkədə ictimai-siyasi sabitliyin qorunmasında dövlətin siyasətinə dəstək verir, həm də ölkənin bütün vətəndaşlarının respublikanın xoşbəxt gələcəyinin qurulmasına öz töhfəsini verir.
Azərbaycan cəmiyyətinin inkişafında dini dəyərlərin rolu
Bütün dünyaya məlum olduğu kimi, Azərbaycanda milli və dini tolerantlıq hökm sürür. Heç kim dininə və əqidəsinə, irqinə, cinsinə, etnik, siyasi, sosial mənsubiyyətinə görə ayrı-seçkiliyə, təzyiqlərə məruz qalmır. Dünyəvi dövlət olaraq müasir, demokratik bir cəmiyyətə malik Azərbaycanda etnik və dini azadlıqlar maksimum təmin edilib. Ölkəmiz özünün dövlət-din, cəmiyyət-din münasibətləri modeli ilə dünyanın ən yaxşıları sırasındadır.
Ümumilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyev uzaqgörən və müdrik fəaliyyəti nəticəsində müstəqil ölkənin vətəndaşlarına bütün bəşəri azadlıqların arasında, həm də dini etiqad azadlığını bəxş edib. Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev də hər zaman milli-mənəvi dəyərlərə böyük hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsas roy oynayıb. 1996 və 1997-ci illərdə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanunununa əlavə və dəyişikliklər edildi. Dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə və dindarlara qayğısı artdı. Ulu öndər Heydər Əliyev Azərbaycanda dünyəvi dövlət quruculuğunun davam etdiriləcəyini, eyni zamanda dövlətin milli-mənəvi dəyərlərinin qorunmasına böyük önəm verəcəyini bildirdi: “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”. Azərbaycanda dövlət tərəfindən dini icmalara böyük diqqət və qayğı da göstərilir. Son illərdə ölkədə dövlət tərəfindən 500-dən yuxarı məscid, onlarla kilsə, sinaqoq və digər məbəd və ziyarətgahlar tikilib və ya yenidən qurulub. Hazırda respublikamızda 2000-dən məbəd və ziyarətgah var. Azərbaycanda dini bayramlar ən yüksək səviyyədə keçirilir. Bundan başqa, Bakıda tez-tez dini tolerantlıq və sivilizasiyaların qovuşması mövzusunda beynəlxalq konfranslar təşkil olunur. Dünyada davam edən etnik və dini münaqişələrin fonunda qədim Odlar Yurdu bütün etnik və dini qrupların eyni hüquqlara malik olduğu, dinc yanaşı yaşadığı bir tolerantlıq adasıdır. Dünyaya bu sahədə əyani nümunə olan əlvan ada.
Milli-mənəvi dəyərlər elmi-texniki inkişafa mane olurmu?
Bu gün Avropa, Qərb dəyərləri adı altında bəzi beynəlxalq və yerli mərkəzlər tərəfindən bizə sürətlə və ardıcıl sırınan dəyərlərin mənəvi tərəfləri faciədir. Bu mənəvi deqradasiyanın Qərb cəmiyyətlərini hansı sosial-mənəvi nəticələrə gətirib çıxardığı haqda çoxsaylı faktlar və elə Qərb tədqiqatçılarının bu mövzuda ciddi əsərləri var. Bəli, etiraf etməliyik ki, qloballaşma prosesində birtərəfli inteqrasiya ciddi problemlərə yol aça bilər. Bəzi dairələr bəzi Qərb ölkələrinin iqtisadi və texniki inkiafını əsas götürüb bizim də onların mənəvi dəyərlərini qəbul etməyimizə çağırırlar. Halbuki, Qərbdən elmi-texniki inkiafı nümunə götürmək olar, milli mədəniyyət, mənəvi kriteriyalar isə hər bir cəmiyyətin, sivilziasiyasının spesifik dəyərlər sistemidir və bunun elmi-texniki inkişafa heç bir dəxli yoxdur. Əyani misal olaraq, Yaponiya və Çini göstərmək olar- bu ölkələr milli-mənəi dəyərlərini qorumaqla elmi-texniki tərəqqiyə nail olublar. Deməli, inkişaf üçün milli-mənəvi dəyərləri itirməyə, onu yad dəyərlərlə əvəzləməyə ehtiyac yoxdur. Əsil inkişaf milli-mənəvi dəyərəri, qədim mədəniyyəti qorumaqla elmi-texniki, sosial-iqtisadi tərəqqiyə nail olmaqdır. Dövlətimiz də bu baza üzərində inkişaf siyasəti yürüdür. Ulu öndər Heydər Əliyevin formalaşdırdığı strateji inkişaf knsepsiyası konket olaraq milli-mənəvi dəyərləri qoruyaraq dünyaya inteqrasiya etməyi özündə ehtiva edir. Bu gün həmin siyasət ölkə prezidenti tərəfindən davam etdirilir. Bunun da çox yaxşı nəticələri var.
Milli-mənəvi dəyərlər üzərində inkişaf strategiyası
Prezident İlham Əliyev öz çıxışlarının birində bu məsələləri aydın şərh etmişdir: “Biz milli-mədəni dəyərlərimizi gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünki bu gün qloballaşma prosesi gedir. Düzdür, son vaxtlar bu “qloballaşma” sözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd. Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Bax, Azərbaycan belə inkişaf etməlidir. Bu gün Azərbaycan müasir, inkişaf edən ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir. Həmişə də belə olmalıdır. Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq. Ölkəmizin müstəqil həyatı üçün bu, əsas şərtdir”.
Azərbaycan dünyaya ən uğurlu inkişaf modeli təqdim edir
Göründüyü kimi, Azərbaycan dövlətinin bu məsələdə rəyi ölkə ictimaiyyətinin rəyi ilə eynidir. Elə bu istiqamətdə aparılan siyasət də bu tezisin üzərində qurulub. Nəticə olaraq deyə bilərik ki, əgər bəzi ölkələrdən öyrənəsi nələrsə varsa, onların da bizdən öyrənəcəyi nələrsə var. Həqiqi inteqrasiya budur. Qloballama isə yalnız bütün cəmiyyətlər tərəfindən qəbul edilən bəşəri dəyərlər üzərində qurulmalıdır, hansısa cəmiyyətin öz milli-mənəvi dəyərlərini bütün dünyaya qəbul etdirilməsi üzərində yox. Azərbaycan bu sahədə dünyaya multikultural dəyərlərin hakim olduğu bir nümunədir. Bəli, Azərbaycan öz qədim, möhtəşəm milli-mənəvi dəyərləri üzərində öz inkişafını davam etdirir və dövlətimiz dünyaya milli mədəniyyətini müasir elmi-texniki inkişafı bir arada tutan bir Azərbaycan modeli təqdim edir. Azərbaycan bu gün dünyaya belə numunəni göstərə bilən cəmi bir neçə ölkədən biridir. Dünyanın bizdən öyrənəcəyi çox şey var.

Elçin Bayramlı

Bu məqalə “Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 4010 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

05.07.2017
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
06.06.2017
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
31.05.2017
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
30.05.2017
Elektron imza nədir?
12.05.2017
Qurumların yeni elektron xidmətləri hansılardır?


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Qanazlığından əziyyət çəkənlər üçün çox faydalı resept
16 SENTYABR  |   17:37
Əsəbləri sakitləşdirən, immuniteti yüksəldən yağ – ÖZÜNÜZ HAZIRLAYIN
16 SENTYABR  |   17:24

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Befstroqanov resepti
16 SENTYABR  |   16:00
Sadə və effektli CAVANLAŞDIRICI MASKA
16 SENTYABR  |   15:49

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1358

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info