İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

16 SENTYABR
17:47 “Qalatasaray“ın oyununda slovaniyalı hakimlər
17:37 Qanazlığından əziyyət çəkənlər üçün çox faydalı resept
17:24 Əsəbləri sakitləşdirən, immuniteti yüksəldən yağ – ÖZÜNÜZ HAZIRLAYIN
17:14 Göyərtinin növlərinə görə FAYDALARI
17:00 Xatirə əri ilə şəkil paylaşıb, şayiələrə son qoydu
16:46 Elməddinin özündən hündür oğlu
16:35 Azərbaycanın “Avroviziya-2020“də iştirakı rəsmən təsdiqləndi
16:23 Damla fotoşopla başqa biri oldu
16:14 “Beşinci element” bitib?
16:00 Befstroqanov resepti
15:49 Sadə və effektli CAVANLAŞDIRICI MASKA
15:35 Saçları gurlaşdıran 3 SADƏ VASİTƏ
15:23 Qaşlar və kirpiklər üçün kosmetik maskalar
15:15 İşgüzar qarderobun 10 dəb qanunu
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 Beyin qan dövranını yaxşılaşdırmağın 5 YOLU
14:38 Badımcanın özü kimi saplaqları da FAYDALIDIR
14:24 Sağlam dişlərə bu yolla sahib olun
14:13 ÇL-də 8 oyuna hakim təyinatları açıqlandı
14:00 Çox səyahət edən uşaqlar daha uğurlu olurlar
13:48 Biotexnoloji şirkət tamfunksiyalı mini-ürəyin surətini hazırlayıb
13:39 Varlı olmağa mane olan 6 vərdiş
13:25 Bir milyonçuya görə uğurlu insanın 3 gizli keyfiyyəti
13:11 Taxtadan retro “Mercedes“ hazırladı
13:00 “Qarabağ”dan iki rekord
12:46 Mövsümdə ilk
12:35 Xatirə İslam HİCAB BAĞLADI
12:22 “Hacı Nuran hər hansı bir yerə transfer olunmayıb”
12:12 Murat Boz peşman oldu
12:00 Salyanda yaşayan aztəminatlı ailələrin övladları məktəb ləvazimatları ilə təmin olunublar
11:12 Bakı məktəblərində “Bilik günü” qeyd olunub
11:00 Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
10:45 Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin daşınmasına başlanılıb
10:38 Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
10:28 Günün qoroskopu
10:18 Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb
10:06 Atəşkəs pozulub
14 SENTYABR
13:00 Saç telini qalınlaşdırmaq üçün belə edin
12:47 Mixəyin müalicəvi təsirləri
12:38 “Barselona” ciddi itki var – 6 həftə oynamayacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (80496)
2 PRESS-ANONS (34594)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30545)
4 Banan qabığı təbii məlhəmdir (29061)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26375)
Sosial şəbəkələr uşaqlar üçün ilan zəhəridir
Sosioloq: "İnternetdə xoşagəlməz söhbətlərlə müəllimlər də məşğul olur"
Tarix: 18.05 | Saat: 11:04 | E-mail | Çapa göndər

Dövrümüzdə demək olar ki, uşaqdan böyüyə qədər hamı internetdən istifadə edir. Sosial şəbəkələrə qoşulanların sayı 2 milyona çatıb. Təkcə Feysbuk istifadəçilərinin sayı milyon yarımdır. Bu da o deməkdir ki, Azərbaycanda hər 4-5 nəfərdən biri internet istifadəçisidir. Son vaxtlar sosial şəbəkələrdə uşaq və yeniyetmələrin də sayı artır. Uşaqların internetdən istifadəsinin müsbət tərəfləri ilə yanaşı, eyni zamanda mənfi tərəfləri də var. İnternetdən yaxşı məqsədlər üçün istifadə edənlər olduğu kimi, pis niyyətlərlə də istifadə ediənlər var. Bu virtual məkanda müxtəlif qruplar yad ideologiyaların təbliği ilə məşğul olur. Bəs bu təbliğatlar uşaqların tərbiyəsinə, psixologiyasına necə təsir göstərir, yad dəyərlərin milli dəyərləri üstələməsinə səbəb olurmu? Bu sualı mütəxəssislərə ünvanladıq. Sosioloq Azər Allahverənovun sözlərinə görə, uşaqların bu gün virtual aləmə aludəçiliyi çox yüksək dərəcədədir: “Bizim uşaqlar təəssüflər olsun ki, sosial şəbəkələrə üzv olmaqla, sosial qruplarda iştirak etməklə müəyyən təbliğat mexanizminin təsiri altına düşür. Onların psixololoji durumunda dəyişikliklər əmələ gəlir. Özlərini real aləmdən təcrid edib həmin dırnaqarası sosial qruplarda özlərini tapırlar. Bəzi mənfi cərəyanların təsiri altında olan uşaqların nəinki psixologiyasında dəyişikliklər olur, həmçinin onlardan öz məqsədləri üçün istifadə də edə bilirlər. Həmin qruplar qadağan olunmuş materialların yayılmasında uşaqlar, yeniyetmələr arasında dünyagörüşü, düşüncəsi dayanıqlı olmayan qurbanları axtarırlar. Düşüncə tərzi tam formalaşmamış uşaq və ya yeniyetmə istər-istəməz təsir altına düşür bu və ya digər formada qurbana çevrilir. Bu təbliğat özü düşünülmüş bir siyasətdir və hədəfi də mənəvi dəyərləri sıradan çıxarmaqdır. Mənəvi dəyərlər isə real həyatdadır, virtual aləmdə deyil. Ekspert qeyd edib ki, bunun qarşısını almaq mümkündür. Bir neçə konsepsisdə məsələyə yanaşmaq olar. İlk olaraq filtiratr sistemləri effektiv işləməlidir. İstifadəçilərə zərər gətirəcək müəyyən informasiya axınının qarşısını bu yolla almaq olar. İkincisi, maarifləndirmə işi güclü olmalıdır. Uşaqlara virtual aləmlə mübarizə apara biləcək alternativ maraq dairələrini vermək lazımdır. Müəyyən dərnək, qrup, əyləncə xarakterli intellektual müsabiqələrin təşkili ilə mümkün ola bilər. Sosioloq milli mənəvi dəyərləri yeni formada uşaqların ixtiyarına verməklə, onlara alternativ virtual aləm verməklə bunun qarşısını almağın mümkün olduğunu söyləyir. Sosioloq Əhməd Qəşəmoğlu isə sosial şəbəkələri ilan zəhəri adlandırır. Onun sözlərinə görə ondan doğru istifadə etdikdə dərman, çox istifadə etdikdə isə təhlükəlidir. Azərbaycanda sosial şəbəkələrdən istifadə etmə mədəniyyəti zəif olduğu üçün, insanların psixologiyasına da mənfi təsir edir, burda çox vaxt keçirənlərin real aləm barədə təsəvvürləri zəyifləyir. Ə. Qəşəmoğlu sosial şəbəkələrin uşaqlar üçün problemlər gətirdiyini söyləyir, halbuki, ondan yaxşı cəhətdən də istifadə etmək, faydalı müzakirələr aparmaq mümkündür. Mütəxəssis deyir ki, yad ideologiyaları təbliğ edən həmin qrupların hər birinin Azərbaycanda öz marağı var. Onlar uşaqların psixologiyasında incə yerləri axtarıb taparaq cəmiyyətdə öz ideologiyalarını yerləşdirməyin yollarını belə müəyyənləşdirir. Sosial şəbəkələr ölkənin uşaqları və gəncləri haqqında informasiya mənbəyidir. 50 il bundan əvvəl həm ailə, həm də cəmiyyət uşaqların tərbiyəsində mühüm rol oynayırdı. İndi ailədə, cəmiyyətdədə çox problemlər yaranır. Ona görə də, maarifləndirmə mövzusunda əsas yük ilk növbədə məktəblərin üzərinə düşür. Sosioloq təəsüflə qeyd edib ki, tədqiqatlar zamanı internetdə xoşagəlməz söhbətlər aparanların içində xeyli sayda müəllimlərin olduğu məlum olub. Ekspertin fikrincə, məktəblərlə bağlı müəllimlərin özünü necə hazırlamaq yollarını, maariflənmənin üsullarını müəyyənləşdirmək üçün fəaliyyət proqramı hazırlanmalıdır. Bu fəaliyyət proqramları hazırlanması ciddi mütəxxəsislər tərəfindən aparılmalıdır.

Aysel Hüseynqızı

Bu məqalə “Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 7465 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

05.07.2017
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
06.06.2017
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
31.05.2017
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
30.05.2017
Elektron imza nədir?
12.05.2017
Qurumların yeni elektron xidmətləri hansılardır?


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Qanazlığından əziyyət çəkənlər üçün çox faydalı resept
16 SENTYABR  |   17:37
Əsəbləri sakitləşdirən, immuniteti yüksəldən yağ – ÖZÜNÜZ HAZIRLAYIN
16 SENTYABR  |   17:24

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Befstroqanov resepti
16 SENTYABR  |   16:00
Sadə və effektli CAVANLAŞDIRICI MASKA
16 SENTYABR  |   15:49

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1358

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info