İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

21 AVQUST
18:00 Premyer Liqamızda 2-ci turun hakimləri açıqlandı
17:49 Sirkədən istifadənin daha əvvəl heç yerdə eşitmədiyiniz 7 faydalı tərəfi
17:39 Bolqar bibərinin bilmədikləriniz faydaları
17:25 Şaftalı və xamalı kremlə çox dadlı PİROQ
17:12 İspanağın faydaları
17:00 Qara nöqtələrdən azad olmağın sadə yolu
16:47 Dünyanın ən yaşlı tısbağası 121-ci ad gününü qeyd edib
16:38 “Beşiktaş“dan Fransa klubuna
16:27 Heyva dənəsi, portağal, limon... - Dəriyə faydalı maskalar
16:15 Balqabaq şirəsinin faydaları haqqında
16:00 “2-3 ilə karyeramı başa vursam, heç kim təəccüblənməsin“ - Klopp
15:48 10 sentlik sikkə 1,32 milyon dollara satılıb
15:36 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:28 Effektli POMİDOR maskaları
15:16 Yaşıl detoks kokteylləri. RESEPTLƏR
15:00 Salahdan “Real“ açıqlaması
14:47 Axtardığın cavab sualından asılıdı.!
14:38 Böyüməmiz və inkişafımız eynilə bir ağac kimidir
14:25 Səhvlərinizdən öyrənin
14:14 25 ildə öyrəndiyim 25 həyat dərsi
14:00 Effektiv komanda işinin sirri
13:43 Yarım saat nəzəriyyəsi
13:35 “Çelsi“ Zappakostanı “Roma“ya verdi
13:22 Vəfa Zeynalova əri və əkizləri ilə
13:12 Qarışdırıb yeyin, faydası inanılmazdır - Bal, qoz, əncir
13:00 Yaşıl lobyanın sağlamlığımıza MİSİLSİZ FAYDALARI
12:46 “Barselona“ Neymarın formasını sifariş verdi
12:32 “Monako“da yeni hücumçu
12:25 Zülfiyyə oğlanları ilə
12:13 Nazilə 10 il əvvəl və indi - Görənlər MƏƏTTƏL QALDI: Nə gündəsən...
11:12 Hacıqabulda yol qəzası nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb
11:00 Qobustanda Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulur
10:47 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
10:36 Siyəzəndə baş verən qəza nəticəsində səkkiz nəfər xəsarət alıb
10:25 Günün qoroskopu
10:14 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:07 Atəşkəs pozulub
20 AVQUST
18:00 Messinin son durumu
17:46 Gur saçlara nail olmağın yolları – Xanımlara məsləhət!
17:35 Yanmış saçlardan xilas olmağın ən asan və ucuz yolu!

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (76550)
2 PRESS-ANONS (34434)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (29939)
4 Banan qabığı təbii məlhəmdir (28794)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24849)
İsmayıllı və Abşeronda 800 kq yararsız ət aşkarlanıb
Tarix: 21.05 | Saat: 11:58 | E-mail | Çapa göndər

2016-cı il may ayının 17-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və İsmayıllı rayon Baytarlıq İdarəsinin əməkdaşları rayon ərazisində atların kəsilməsi ilə əlaqədar alınmış anonim məlumat əsasında reyd keçiriblər. Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı rayonun İsmayıllı kənd sakinin Pünhan Mürsəl oğlu İbrahimova məxsus həyətdə atların kəsildikdən sonra tədarük edildiyi aşkar olunub. Araşdırma zamanı 10 baş atın İsmayıllı rayonu Mican kəndinin çaylaq adlanan ərazisində, gizlin şəkildə, atların kəsim qaydalarına əməl edilmədən, antisanitariya şəraitində kəsildiyi müəyyən edilib. Bununla əlaqədar kəsim aparılan əraziyə baxış keçirilərkən müxtəlif yerlərdə qan izləri, atın baş-ayaqları və daxili orqanlarının olması müəyyən edilib. Araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhər sakini Novruzov Süleyman Əziz oğlunun sifarişi ilə İsmayıllı rayon sakini Ziriyev Vüqar Təşkilat oğlu və Bakı şəhər sakini Cəfərov Mahal Şamil oğlu tərəfindən İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən 10 baş at tədarük olunaraq “QAZel” markalı yük avtomobili ilə İsmayıllı rayonuna gətirilib və qeyd edilən ərazidə qanunsuz kəsim həyata keçirilib. Eləcə də araşdırmalar zamanı müəyyən olunub ki, tədarükçülər tərəfindən 400 kiloqram at əti satış məqsədilə minik avtomobili vasitəsilə Bakı şəhərinə göndərilib, qalan 400 kiloqram at əti (dərisi soyulmamış vəziyyətdə olan ətlər) isə həmin ərazidə saxlanılıb. Aşkar edilən ətlərin mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayıb. Tədarükçülərlə aparılan danışıqlardan sonra Bakı şəhər sakini Mahal Şamil oğlu Cəfərov tərəfindən idarə olunan taksi avtomobili ilə paytaxta göndərilən at ətləri müayinə olunmaq üçün Respublika Baytarlıq Laboratoriyasına gətirilib. Ətlərdən götürülən nümunələr laboratoriyada müayinə edilib. Bakterioloji müayinələrin nəticəsinə əsasən yoxlanılan 42 nümunə ətdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus) aşkar olunub. Biokimyəvi müayinələr zamanı isə 42 nümunə ətin keyfiyyətsiz və at ətinə məxsusluğu təsdiqlənib. Aparılan müayinələrin nəticəsinə əsasən insan qidası üçün yoxlanılan ət nümunələri baytarlıq-sanitariya cəhətdən yararsız olub. Həmçinin insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq aparılan nəzarət tədbirləri çərçivəsində may ayının 17-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Abşeron rayon Baytarlıq İdarəsinin əməkdaşları rayon ərazisində reyd keçiriblər. Reyd zamanı Abşeron rayonunun Şamaxı-Bakı şosesinin Hökməli kəndi ərazisində mənşəyi bilinməyən, sağlamlığına dair heç bir sənədi olmayan, qida üçün yararlığı şübhə doğuran, Göyçay rayonundan Bakı şəhərinə satış məqsədi ilə gətirilən Göyçay şəhəri, Əli Kərimov küçəsi 215, mənzil 8-in sakini İlham İsmayılova məxsus B-863 KT 77 Rusiya dövlət nömrə nişanlı “Lada-015” markalı minik avtomobilində 3 baş iribuynuzlu heyvan (cəmi 380 kiloqram) cəmdəyi aşkar olunub. Avtomobil Respublika Baytarlıq Laboratoriyasının həyətinə gətirilib və ətlərdən baytarlıq qanunvericiliyinə müvafiq müayinə üçün nümunələr götürülüb. Laboratoriyaya daxil olan 12 nümunə ətdə və 1 nümunə daxili orqanda aparılan bakterioloji müayinə zamanı 8 nümunə ətdə və 1 nümunə daxili orqanda bakterioloji çirklənmə (BÇQB, stafilakokkus aureus) aşkar edilib. Biokimyəvi müayinənin nəticəsinə görə isə 8 nümunə ətin, 1 nümunə daxili orqanın keyfiyyətsiz olması müəyyən edilib. Müayinə zamanı keyfiyyətsiz ət nümunələrinin aqoniya və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan ətləri olması müəyyən edilib.
Laboratoriya müayinələri zamanı keyfiyyətsizliyi və baytarlıq-sanitariya cəhətdən insan qidası üçün yararsızlığı müəyyən edilən həm İsmayıllı rayonunda kəsilən at ətləri, həm də Göyçay rayonundan paytaxta satış məqsədi ilə gətirilən iribuynuzlu heyvan ətləri çəkilərək akt əsasında Bakı Heyvanat Parkına təhvil verilib. Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl olaraq davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Xəbər 1736 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

21.08.2019
Atəşkəs pozulub
20.08.2019
Atəşkəs pozulub
19.08.2019
Bu ərazilərdə qaz təchizatı dayandırılacaq
19.08.2019
Atəşkəs pozulub
17.08.2019
Atəşkəs pozulub


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

22 AVQUST
12:00 PRESS-ANONS
22 Avqust Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Bolqar bibərinin bilmədikləriniz faydaları
21 AVQUST  |   17:39
İspanağın faydaları
21 AVQUST  |   17:12

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Sirkədən istifadənin daha əvvəl heç yerdə eşitmədiyiniz 7 faydalı tərəfi
21 AVQUST  |   17:49
Şaftalı və xamalı kremlə çox dadlı PİROQ
21 AVQUST  |   17:25

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1355

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info