İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

16 SENTYABR
17:47 “Qalatasaray“ın oyununda slovaniyalı hakimlər
17:37 Qanazlığından əziyyət çəkənlər üçün çox faydalı resept
17:24 Əsəbləri sakitləşdirən, immuniteti yüksəldən yağ – ÖZÜNÜZ HAZIRLAYIN
17:14 Göyərtinin növlərinə görə FAYDALARI
17:00 Xatirə əri ilə şəkil paylaşıb, şayiələrə son qoydu
16:46 Elməddinin özündən hündür oğlu
16:35 Azərbaycanın “Avroviziya-2020“də iştirakı rəsmən təsdiqləndi
16:23 Damla fotoşopla başqa biri oldu
16:14 “Beşinci element” bitib?
16:00 Befstroqanov resepti
15:49 Sadə və effektli CAVANLAŞDIRICI MASKA
15:35 Saçları gurlaşdıran 3 SADƏ VASİTƏ
15:23 Qaşlar və kirpiklər üçün kosmetik maskalar
15:15 İşgüzar qarderobun 10 dəb qanunu
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 Beyin qan dövranını yaxşılaşdırmağın 5 YOLU
14:38 Badımcanın özü kimi saplaqları da FAYDALIDIR
14:24 Sağlam dişlərə bu yolla sahib olun
14:13 ÇL-də 8 oyuna hakim təyinatları açıqlandı
14:00 Çox səyahət edən uşaqlar daha uğurlu olurlar
13:48 Biotexnoloji şirkət tamfunksiyalı mini-ürəyin surətini hazırlayıb
13:39 Varlı olmağa mane olan 6 vərdiş
13:25 Bir milyonçuya görə uğurlu insanın 3 gizli keyfiyyəti
13:11 Taxtadan retro “Mercedes“ hazırladı
13:00 “Qarabağ”dan iki rekord
12:46 Mövsümdə ilk
12:35 Xatirə İslam HİCAB BAĞLADI
12:22 “Hacı Nuran hər hansı bir yerə transfer olunmayıb”
12:12 Murat Boz peşman oldu
12:00 Salyanda yaşayan aztəminatlı ailələrin övladları məktəb ləvazimatları ilə təmin olunublar
11:12 Bakı məktəblərində “Bilik günü” qeyd olunub
11:00 Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
10:45 Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin daşınmasına başlanılıb
10:38 Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
10:28 Günün qoroskopu
10:18 Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb
10:06 Atəşkəs pozulub
14 SENTYABR
13:00 Saç telini qalınlaşdırmaq üçün belə edin
12:47 Mixəyin müalicəvi təsirləri
12:38 “Barselona” ciddi itki var – 6 həftə oynamayacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (80496)
2 PRESS-ANONS (34594)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30545)
4 Banan qabığı təbii məlhəmdir (29061)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26375)
Sosial şəbəkələr ailələrdə hansı problemlər yaradır?
Ekspertlər: “Sosial şəbəkədən düzgün istifadə etməmək nəticəsində ailələrdə boşanmalar, hətta cinayət faktları baş verir”
Tarix: 23.05 | Saat: 16:09 | E-mail | Çapa göndər

Bu gün sosial şəbəkələr cəmiyyətdə əsas mövzulardan biridir. Hamıya məlumdur ki, həyatımızın demək olar çox hissəsi internetlə bağlıdır. İnternet müasir dövrdə insanların əsas xəbər, əlaqə, əyləncə mənbəyidir. Əgər əvvəllər dünyanın başqa yerlərində baş verən hadisələrdən xəbərsiz qalırdıqsa, yaxud da gec informasiya alırdıqsa, indi hadisələr barədə dərhal məlumatımız olur.
Sosial yoxsa asosial şəbəkə?
Sosial şəbəkənin yaranması ötən əsrin 90-cı illərinə təsadüf edir və bu termin ilk dəfə elmi leksikona ingilis sosioloq Barns tərəfindən daxil edilib. Keçən 2 onillikdə sosial şəbəkələr internetin əsas elementinə çevrilib. Bunun müsbət təsirləri ilə yanaşı, mənfi təsirləri də çoxdur. Sosial şəbəkələrin fiziki və sosial həyatımıza zərərlərini bildiyimiz təqdirdə də yenə istifadəni məhdudlaşdırmırıq. ABŞ-da keçirilmiş illik NCA konfransında fərdi xüsusiyyətə malik , özləri haqqında yüksək fikirləri olmayan insanların sosial şəbəkələrə daha meyilli olduqları və pis yaddaşa malik olduqları müəyyən edilib. Son vaxtlar sosial şəbəkələrin ailə dəyərlərinə təsiri artıb. Sosial şəbəkələrin ilk növbədə uşaqlara, ailələrə ziyanı dəyir. Sosial şəbəkələr bu gun Azərbaycan ailəsində bir neçə istiqamətdə istifadə olunur. Son dövrlərdə sosial şəbəkələrə aludə olanların həyat yoldaşına laqeyd münasibət və aldatma halları artmaqda davam edir. Nəticədə ailələrdə narazlıqlar artır, bəzi hallarda bu boşanma, hətta cinayət faktına gətirib çxıarır.
“Sosial şəbəkələr Azərbaycan ailəsinə ciddi müdaxilə edib”
Sosioloq Əhməd Qəşəmoğlu isə bunun əksini düşünür. O, sosial termin olan virtual xəyanətin son dövrlərdə geniş yayıldığını söyləyir və hesab edir ki, sosial şəbəkələrdə tanışlığın get-gedə sürətlə şəxsi münasibətlərə çevrilməsi sonna ailələrin dağılmasına, hətta cinayət faktlarına gətirib çıxarır. Azərbaycanda da bu hallarla tez- tez rastlaşırıq. Bu məsələyə Şəmkirdə baş verən hadisəni, sosial şəbəkədə şəkil qoymasına görə bacısını bıçaqlayan qardaşı misal göstərə bilərik. Ekspertin sözlərinə görə sosial şəbəkələr Azərbaycan ailəsinə ciddi müdaxilə edib. Bunun qarşısı yalnız maarifləndirmə yoluyla alınmalıdır. Azərbaycanda sosial şəbəkədən istifadə mədəniyyəti formalaşdırmalıyıq. O insanları məsuliyyətə cəlb etmədən sosial şəbəkələrdə nəzarət sistemini yaratmaqla bunun qarşısının alına biləcəyini düşünürəm. Yəni, həddi keçəndə admindən istifadəçilərə xəbərdarlıq gəlsə, onda onlar internetdə artıq fəaliyyətlərə yol verməz və bu daha güclü təsir edər”.
“Ailəyə sərf ediləsi vaxt başqaları ilə virtual ünsiyyətə sərf olunur”
Sosioloq jurnalist Lalə Mehralı da sosial şəbəkələrin ailələrdə, fərdlərdə müxtəlif formada təsir göstərdiyini deyir: “Bəziləri sosial şəbəkənin xeyrini görür, çünki informasiya təlabatını ödəyir, intellekti, dünyagörüşü gücləndirir, biliyi təkmilləşdirir, yeni tanışlıqlar yaradır. Bəziləri isə zərərini görür, virtual aləmin köləsinə çevrilir, sosial şəbəkələrdə “yaşayır”, psixologiyasına, səhhətinə zərərli vərdişlər qazanır. Amma ümumən sosial şəbəkələr bizə çox şey verir, münasibətlərimiz genişlənir, yoldaşlığımız sərhəd tanımır. Onun sayəsində fəaliyyətimiz genişlənir, fikirlərimizi daha geniş auditoriyaya çatdıra bilirik. Əsas olan odur ki, sən bu imkanı hansı yöndə istifadə etməyə meyillisən. Yəni, mütləq yaxşı, mütləq pis olan yoxdur, hər şeyin öz funksiyası, təyinatı var. O ki qaldı ailələrə təsir məsələsinə, sosiloq hesab edir ki, bu, real ünsiyyət vərdişlərinin azalmasına səbəb olur: “Biz əvvəl sosiallaşmaq üçün canlı ünsiyyətdə olurduq, qohumla, qonşuyla münasibət yaradırdıq, indi sosial şəbəkədən hal-əhval tuturuq. Ər arvadına sözünü bu otaqdan o birinə keçib demir, şəbəkədən yazır. Hər nə qədər gizli qalsa da, sosal şəbəkələr ucbatından bizim ölkəmizdə də ailələr dağılır. Düzdür, çoxları heç bilmir ki, bu ailə nə səbəbdən dağıldı, çünki məhkəmə onları “yola getməmək”, “davamlı mübahisə” kimi səbəblərlə boşayır. Əslində, ailələrin bəzilərində boşanma səbəbi belədir: “qadın və ya kişi davamlı olaraq sosial şəbəkədə, messencerdə olduğuna və bir-biri ilə ünsiyyət saxlamadığına görə ailədaxili söz-söhbət yaranıb və tərəflər boşanmağa qərar veriblər”.
“Sosial şəbəkədəki kənar münasibətlər məhkəmədə boşanma ilə bitir”
Lalə Mehralının sözlərinə görə, ailəsində problem olan, həyat yoldaşı ilə münasibətində anlaşılmazlıqlar yaşayan, virtual məkanda “vaxtını öldürən” kifayət qədər evli qadın var: “Bəlkə də ilk baxışda bütün qadınlar düşünürlər ki, mən özümü bilirəm, iradəmə hakiməm, yetkin insanam, kimsə məni “yoldan çıxara” bilməz. Buna şübhəmiz yoxdur, amma çox qadın etiraf edir ki, ona gələn səmimi mesajlara cavab yazmaya bilmir, yazır, yazır və beləcə münasibət yaranır. Evli kişilərin sosial şəbəkə macərasına gəlincə isə, bir çox kişi ordan maraq, tanışlıq və yeni münasibətlər qurmaq üçün istifadə edir. Düzdür, onların arasında sadəcə işgüzar əlaqələr, səmimi dostluq quranlar da az deyil, amma sosial şəbəkələrdə “qadın ovu”na çıxan kişilər daha çoxdur. Onun səmimi yazışmalarından xəbər tutan xanımı isə nəfəsini məhkəmədə dərir”.
“Sosial şəbəkələrə görə qətl halları da baş verir”
Hüquqşunas Mehman Muradlı da sosial şəbəkələrin insanlara təsirinin ikitərəfli xarakter daşıdığını deyir: “Bu vasitə ilə hətta indi toya çağırma da aktualdır. Günümüzdə sosial şəbəkələr vasitəsilə tanış olub ailə quranlar da var. Digər bir tərəfi isə ailədə boş yerə qısqanclıqlar yaratmasıdır. Hətta, bundan başqa formada istifadə edənlər də çoxdur. Statistikaya görə isə sosial şəbəkələrin səbəb olduğu boşanmalara çox az halda rast gəlinir. Bu da atalıq, analıq hüququnun məhdudlaşdırılması ilə bağlı olur”. Ekspert qeyd etdi ki, sosial şəbəkələrə görə ərin arvadı və yaxud da arvadın əri qətlə yetirməsi kimi cinayət halları da baş verir. Burda bəzi hüquqi problemlər meydana çıxır. Əksər hakimlər yazışmanı və səs yazısını sübut kimi qəbul etmir. Yalnız ekspertizada təsdiqləndikdən sonra səs və yazışmaların həmin adama aid olub-olmadığı qəbul edilir”.
“Sosial şəbəkələr üçün xüsusi filtr proqramının yaradılması üzərində iş aparılır”
Ailə ,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən də internetlə bağlı yaranan problemlərin artmaqda olduğu bildirildi. Qeyd olundu ki, insanların həyatında son 10 il ərzində sosial şəbəkələrin təsirinin böyüklüyü öz əksini tapıb: “Sosial şəbəkədə yayılan məlumatlar ailədə, gənclər arasında münaqişələrə səbəb olacaq formada təsirini göstərir. Hazırda komitə tərəfindən sosial şəbəkələrin istifadəsində xüsusi filtr proqramının yaradılması üzərində iş aparılır. Həmin proqram yaradıldıqdan sonra nəzərdə tutulub ki, pulsuz şəkildə yükləmək mümkün olsun və ali təhsil ocaqlarında yayılması təmin edilsin. Həmin filtr proqramı çərçivəsində də internet resurslarının nəzarət monitorinqi keçiriləcək ki, bu da internetdə insan alverinin, alkoqollu içkilərin, narkotik reklamların və bu istiqamətdə digər mənfi halların yayılmasının qarşısını alacaq. Lakin, deyə bilmərik ki, Azərbaycanda sosial şəbəkədən istifadə hansısa ailədə boşanmaya səbəb olub. Bəzən vətəndaşların çoxunun bunu gizlətməsinə baxmayaraq ölkəmizdə boşanmaların əsas səbəbi xasiyyətin tutmamasıdır. İkincisi, narkotikdən, alkoqoldan istifadə, sonsuzluq, məişət zorakılığı və digər hallardır. İnternet resurslarına görə ailənin dağılması ümumi səbəblər arasında heç onluğa belə daxil deyil. Sosial şəbəkələr Azərbaycanda ailənin dağılmasına səbəb olacaq amillərdən biri ola bilməz. Bununla belə, Azərbaycanda ümumiyyətlə ailənin möhkəmləndirilməsi istiqamətində tədbirlər çərçivəsində xüsusi filtir proqramından istifadəyə də ehtiyac var”.

Aysel Hüseynqızı

Bu məqalə “Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 4073 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

05.07.2017
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
06.06.2017
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
31.05.2017
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
30.05.2017
Elektron imza nədir?
12.05.2017
Qurumların yeni elektron xidmətləri hansılardır?


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Qanazlığından əziyyət çəkənlər üçün çox faydalı resept
16 SENTYABR  |   17:37
Əsəbləri sakitləşdirən, immuniteti yüksəldən yağ – ÖZÜNÜZ HAZIRLAYIN
16 SENTYABR  |   17:24

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Befstroqanov resepti
16 SENTYABR  |   16:00
Sadə və effektli CAVANLAŞDIRICI MASKA
16 SENTYABR  |   15:49

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1358

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info