İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

02 DEKABR
18:00 Ən sadə ALMA PİROQU
17:47 Kivi ilə çox sadə və dadlı piroq
17:38 Portağal və şokoladla QIZILI PEÇENYE
17:24 “Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
17:14 Marsda “suvuran” qüllələr aşkar edilib
17:00 Maraqlı faktlar
16:46 Özü özünü təmizləyən beton
16:39 Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
16:28 Xoşqədəm həyat yoldaşı ilə Almaniyada
16:12 Ən qədim şahmat fiquru tapılıb
16:00 Delfinlərin çoxu sağaxaydır
15:45 Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
15:36 Ədviyyat rəngli məxmər şalvarlar bu qışın ən isti trendidir
15:24 “Qızıl top“un sahibi bu gün müəyyənləşir
15:12 Makiyaj təmizləyici vasitə reseptləri
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 İflic və insult riskini azaldan meyvə
14:39 Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
14:28 “Düdelanj“dan böyükhesablı qələbə
14:15 Boyalı saçlar üçün qidalandırıcı maska
14:00 14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
13:48 Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
13:36 Yanaqlardakı yağları əridən maskalar
13:28 Pərvizlə Türkan barışıb, efirə çıxdı
13:14 Beyinə inanılmaz faydası olan qida
13:00 Əslində zərərli olan 5 sevimli məhsul
12:43 Bağırsaqlar üçün ən faydalı meyvə
12:31 İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
12:24 “Dinamo” 17-ci dəfə Gürcüstan çempionu olub
12:15 “Barselona“ “Atletiko“nu məğlub etdi - Messinin qolu ilə
30 NOYABR
12:48 Dərinin sağlam rəngini necə qaytarmalı?
12:36 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
12:22 Mimiki qırışları açan maskalar
12:15 Qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
12:00 Bu məhsullar testosteronun səviyyəsini qaldırır
11:47 Astronomlar nəhəng planet aşkar ediblər
11:41 Zehni fəaliyyət arıqladır
11:39 Diş protezləri üçün 3D printeri hazırlandı
11:36 Uşaq nə qədər yatmalıdır?
11:28 Açılış oyununda 6 qol

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (93169)
2 PRESS-ANONS (35014)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32911)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (31710)
5 Banan qabığı təbii məlhəmdir (29931)
Milli-mənəvi dəyərlər: kulturoloji proseslərin ictimai psixologiyaya təsiri
Tarix: 09.06 | Saat: 13:45 | E-mail | Çapa göndər

Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır.
Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməlidir.

Yalnız milli və bəşəri dəyərlərin sintezi ilə inkişaf etmiş dövlət səviyyəsinə catmaq mümkündür

Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.
Müasir dünya siyasətində qlobal, regional və lokal problemlərin, qloballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni münasibət müşahidə edilməkdədir. Demokratiyanın siyasi system kimi formalaşdırılmasını tələb edən bu prosesdə Azərbaycan Respublikası da fəal iştirak etməkdədir. Lakin hər zaman diqqətə alınmalıdır ki, yalnız milli və bəşəri dəyərlərin sintezi və dunya təcrubəsi yonundə həyata kecirilən islahatlar sayəsində dünyanın sosial, mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə catmaq mümkündür.
Sosial, mədəni, iqtisadi tərəqqiyə xidmət edən bu prosesdə qarşıya çıxan problemlər isə bilavasitə mədəniyyət sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin öyrənilməsini, kompleks əlaqələrinin genişləndirilməsini zərurətə çevirir ki, bütün bunlara da yalnız mükəmməl mədəniyyət siyasəti sayəsində nail olmaq mümkündür.

Azərbaycan dövləti öz daxili və xarici siyasətini milli-mənəvi dəyərlərimizə istinadla həyata kecirir

Bu gün Azərbaycanın beynəlxalq miqyasda tanınmasına, müstəqilliyinin möhkəmlənməsinə dair bir sıra tədbirlər həyata kecirilir. Eləcə də təhsil və mədəniyyətin inkişafı ucun zərüri qərarlar qəbul edilir. Dövlət aparatının, təhsil və mədəniyyət institutlarının Avropa standartlarına uyğun şəkildə qurulması istiqamətində səylər gostərilir. Milli-mədəni, intellektual qüvvələr öz fəaliyyətləri ilə dövlətin mədəniyyət sahəsindəki siyasətinin müasir durumunu təhlil edir və bu siyasətin perspektivlərinə aydınlıq gətirməyə calışırlar.
Mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata kecirir.

Azərbaycan xalqı mədəni islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə qayıdır

Müstəqilliyimizin əldə olunmasından sonra həyata keçirilən mədəniyyət siyasəti milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaradır. Xalqımızın əldə etdiyi bu böyük nailiyyət, milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir. Azərbaycan xalqı azad və süveren dövlət quraraq, mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik olkələrin təcrubələrindən istifadə edir.
Dövlətimizin belə bir demokratik mədəniyyət siyasəti xətti tutduğuna və muasir dünya mədəniyyətinə inteqrasiya olunduğumuza görə, mədəniyyətimizin özündə böyük bir dəyişiklik etmədən, yəni mühafizə edilməsi zərüri olan milli şəxsiyyətimizi təşkil edən xarakterik keyfiyyətlərimizi budamadan, milli-mənəvi dəyərlərimizə xələl gətirmədən, təcrübəyə və elmin mütərəqqi nailiyyətlərinə söykənərək, forma dəyişikliklərini şüurlu surətdə aparmaq məcburiyyətində olduğumuzu qəbul etməliyik.
Bu gün istəsək də, istəməsək də qloballaşma hərəkatından, mədəni inteqrasiya prosesindən kənarda qala bilmərik. Bu prosesin müsbət cəhətlərinin cəmiyyətimizin mədəni tərəqqisinə xidmət etdiyini danmamaq şərti ilə, neqativ təzahürlərinin qarşısını almaq barədə də düşünməliyik.

Kulturologiyanı elmi tədqiqatın xüsusi predmeti kimi öyrənmək zəruridir

Müasir dövrdə mədəniyyətin idarəedilməsi üçün zərüri olan elmi təsəvvürün işlənib hazırlanması, ancaq gündəlik məsələlərin həllinə yönəldilən və mədəniyyətin ayrı-ayrı sahələrini əhatə edən tətbiqi tədqiqatlar sahəsi ilə məhdudlaşdırılmır. Həmin tədqiqatlar cox geniş bir elmi bilikləri özündə ehtiva edən kültüroloji profilli sahələrlə həyata kecirilir. Eyni zamanda mədəniyyət haqqında elm– kulturologiya sürətlə inkişaf edən elmi sahələrə aiddir. Bu da belə bir zərurətdən doğmuşdur ki, məhz ümumi kültüroloji konsepsiya mədəniyyət sahəsində bütün tətbiqi tədqiqatların nəzəri və metodoloji bazasını təşkil etməlidir. Kulturoloji konsepsiyaya ehtiyac nəinki mədəni praktikada və ona bilavasitə xidmət edən tətbiqi elmlərdə, həm də bütün ictimai elmlər sistemində özünü gostərir.
Lakin kültüroloji konsepsiyanın bu sistemdə yerini dəqiq müəyyən etmək zərurəti vardır. Şübhəsiz, bunun üçün ilkin şərt nisbətən müstəqil tədqiqat predmetinin müəyyən edilməsidir. Vaxtilə təbiət və tarix elmlərini, sonralar isə ictimai elmləri bir-birindən ayırmaq üçün vacib hesab edilən təbiət və mədəniyyətin ənənəvi fərqləndirilməsi bu gün qənaətbəxş hesab oluna bilməz. Bu konsepsiyanın prinsiplərini ictimai və tarix elmlərinin digər sahələrindən ayırmaq ucun kriteriya yoxdur. Vacib olan sahələrin hər biri bütün mədəniyyət faktları ilə əlaqəlidir, mədəniyyət haqqında elm onları öz tədqiqat predmetinə daxil edir. Deməli, mədəni materiala ehtiyac, özlüyündə hər hansı bir bilik sahəsini müstəqil mədəniyyət konsepsiyası kimi qurmaq üçün kifayət deyildir və hələ ki, mədəniyyət və siyasət kulturoloji sahədə elmi tədqiqatın xüsusi predmeti deyildir. Kulturologiyanı elmi tədqiqatın xüsusi predmeti kimi ayırdıqda müəyyən konseptual və metodoloji zəminə əsaslanmaq zəruridir. Problemin həllinin çətinliyi mədəniyyətin elə bir fenomen olmasındadır ki, onu sırf zahiri və empirik surətdə ictimai həyatın digər sahələrindən ayırmaq mumkun deyildir.
Mədəniyyət ən geniş mənada insanın həyat fəaliyyətinin bütün əsas sahələrini – maddi istehsal, sosial-siyasi münasibətlər, mənəvi inkişaf, məişət, insanlar arasında qarşılıqlı əlaqə sahələrini səciyyələndirir. Müasir sosial həyatın istənilən sahəsi bu fenomenin mədəni əhəmiyyəti və qiyməti baxımından səciyyələndirilmək imkanına malikdir. Deməli, mədəniyyət konsepsiyasının tədqiqi ilə digər ictimai elmlər predmetinin tədqiqini bir-birindən ayıran sərhədin haradan kecməsi məsələsi mədəniyyətin müasir tədqiqatcıları qarşısında cox kəskin şəkildə qoyulur.

Azərbaycanda demokratik inkişaf üçün zəruri olan işlər görülüb

Müasir cəmiyyətin bütün mədəni fəaliyyətinin başlıca məzmununu və əsas məqsədini təşkil edən “insan şəxsiyyətinin formalaşdırılması prosesi”nin mürəkkəb strukturu, eyni zamanda mədəniyyət konsepsiyasının olduqca mürəkkəb strukturunu aydınlaşdırır. Bu mənada kültürologiya, hər şeydən əvvəl, insanın müəyyən cəhətlərinə gorə mədəniyyət tərkibinə daxil olan fəaliyyət növlərinin müxtəlifliyini (maddi əməyi, ünsiyyəti, siyasi və ictimai fəaliyyəti, məişəti, asudə vaxtı, elmi, incəsənəti, təhsili və s) diqqətdə saxlamalıdır.
İkincisi, kulturologiya mədəni nemətləri və sərvətləri yaradan, qoruyan, irs qoyan, mubadilə və istifadə edən mədəni fəaliyyətin ozunun muxtəlif sahələrini birləşdirməlidir.
Üçüncüsü, mədəniyyət haqqında elm, mədəniyyətin əsas elementlərinin – sərvətlərin, davranış normalarının, nümunələrinin, dünyagörüşü prinsipləri və ideyaların, mənəvi və estetik idealların təhlilini verməlidir. Deməli, cəmiyyətin və ayrılıqda götürülmüş fərdin bütün mədəniyyət binası bu elementlərdən yaranır. Ona gorə də kulturoloji tədqiqatlarda məhz belə bir kompleks xarakterli səciyyəvi xüsusiyyətlərə ciddi diqqət yetirilməlidir. Mədəni dünyaya sürətlə inteqrasiya etməkdə olan Azərbaycan Respublikasının demokratik inkişafı üçün zəruri olan təsisatlar və hüquqi bazanın formalaşdırılması yönündə müəyyən işlər görülmüşdur. Lakin bu sahədə ciddi uğurlar qazanmaq üçün islahatlara olan ehtiyac günü-gündən özünü daha qabarıq büruzə verməkdədir. Təbii ki, bu islahatlar mədəniyyət siyasətinin səlahiyyətlərin bölünməsi prinsipi əsasında gercəkləşməsini təmin edəcək, siyasi pluralizm, fikir azadlığı, vətəndaş cəmiyyəti quruculuğu sahəsində daha demokratik mühitin yaranmasına təkan verəcəkdir. Çünki mədəni dünyada vicdan və soz azadlıqları, şəxsiyyətin toxunulmazlığı, əsas insani hüquq və azadlıqların təmin edilməsi, tolerantlıq mühitinin bərqərar olması əsl vətəndaş cəmiyyəti formalaşdırmaq yolunda atılmış zərüri addımlardan hesab edilməkdədir.

Hazırladı:
Aysel Hüseynqızı

Bu məqalə “Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 3772 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

05.07.2017
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
06.06.2017
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
31.05.2017
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
30.05.2017
Elektron imza nədir?
12.05.2017
Qurumların yeni elektron xidmətləri hansılardır?


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02 DEKABR  |   16:39
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02 DEKABR  |   15:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ən sadə ALMA PİROQU
02 DEKABR  |   18:00
Kivi ilə çox sadə və dadlı piroq
02 DEKABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info