İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

02 DEKABR
18:00 Ən sadə ALMA PİROQU
17:47 Kivi ilə çox sadə və dadlı piroq
17:38 Portağal və şokoladla QIZILI PEÇENYE
17:24 “Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
17:14 Marsda “suvuran” qüllələr aşkar edilib
17:00 Maraqlı faktlar
16:46 Özü özünü təmizləyən beton
16:39 Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
16:28 Xoşqədəm həyat yoldaşı ilə Almaniyada
16:12 Ən qədim şahmat fiquru tapılıb
16:00 Delfinlərin çoxu sağaxaydır
15:45 Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
15:36 Ədviyyat rəngli məxmər şalvarlar bu qışın ən isti trendidir
15:24 “Qızıl top“un sahibi bu gün müəyyənləşir
15:12 Makiyaj təmizləyici vasitə reseptləri
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 İflic və insult riskini azaldan meyvə
14:39 Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
14:28 “Düdelanj“dan böyükhesablı qələbə
14:15 Boyalı saçlar üçün qidalandırıcı maska
14:00 14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
13:48 Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
13:36 Yanaqlardakı yağları əridən maskalar
13:28 Pərvizlə Türkan barışıb, efirə çıxdı
13:14 Beyinə inanılmaz faydası olan qida
13:00 Əslində zərərli olan 5 sevimli məhsul
12:43 Bağırsaqlar üçün ən faydalı meyvə
12:31 İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
12:24 “Dinamo” 17-ci dəfə Gürcüstan çempionu olub
12:15 “Barselona“ “Atletiko“nu məğlub etdi - Messinin qolu ilə
30 NOYABR
12:48 Dərinin sağlam rəngini necə qaytarmalı?
12:36 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
12:22 Mimiki qırışları açan maskalar
12:15 Qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
12:00 Bu məhsullar testosteronun səviyyəsini qaldırır
11:47 Astronomlar nəhəng planet aşkar ediblər
11:41 Zehni fəaliyyət arıqladır
11:39 Diş protezləri üçün 3D printeri hazırlandı
11:36 Uşaq nə qədər yatmalıdır?
11:28 Açılış oyununda 6 qol

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (94164)
2 PRESS-ANONS (35032)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (33166)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (32198)
5 Banan qabığı təbii məlhəmdir (30001)
Ağ Ev: Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır
Tarix: 11.06 | Saat: 11:09 | E-mail | Çapa göndər

Ağ Ev Administrasiyası Azərbaycan ərazisinin 20%-ni işğal edən Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız qalmış Sərsəng bəndinə görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya rəsmi cavab verib. APA-nın Ağ Evə istinadən verdiyi məlumata görə, cavabda ATƏT-in Minsk qrupu kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllinə dəstək ifadə olunub. Cavabda bildirilir ki, Ağ ev Sərsəng su anbarı ilə bağlı AŞPA-da qəbul edilən 2085 saylı qətnamə ilə tanışdır, lakin AŞPA üzvü olmamasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olan istənilən tərəflə fikir mübadiləsi aparmaq imkanlarını yüksək qiymətləndirir: “Biz tərəfləri təmkinlik göstərməyə, Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini özündə əks etdirən hərtərəfli sülh sazişi üzərində dərhal danışıqlara başlamağa çağırırıq. Tərəflərlə davam edən dialoqun bir parçası olaraq biz humanitar məsələlərlə bağlı müzakirələrin də aparılmasına çalışırıq və çalışacağıq. Sərsəng su anbarının idarə olunması və istismarı bunlardan biridir. Biz tərəflərdən olan texniki ekspertlərin idarə olunma və bənd yoxlanmasını müzakirə etməklə bağlı görüşünü alqışlayırıq. Həmsədrlər bu kimi görüşlərə təkan verməyə hazırdır. Uzun sürən bu münaqişənin həlli Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır. ATƏT-in Minsk qrupu ölkəsi kimi biz regionda sülh və rifahın təmin olunmasında səylərimiz davam etdirəcəyik”. Bununla bağlı APA-ya açıqlama verən petisiyanın müəllifi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov ABŞ Administrasiyasının petisiyada Sərsəng su anbarının hazırkı durumu səbəbindən baş verə biləcək humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi ilə bağlı hissəyə etinasızlıq göstərməsindən təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, petisiyada faktiki olaraq işğala məruz qalmış rayonlarda, xüsusilə Sərsəng ərazisində yaşayan əhalinin insan hüquqlarının vəziyyəti vurğulanır, Ağ Evin cavabı isə daha çox Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə yönəlib: “Bu mənada bir faktı təqdir edirik ki, ABŞ Administrasiyası öz mövqeyində Dağlıq Qarabağın separatçı həll yolunu dəstəkləmir və qanunsuz olaraq öz müqəddəratını təyin etməyə imkanı yaratmır. Ağ Ev cavabında Sərsəngin hazırkı vəziyyətinin qurbanları olan insanların əsas hüquqlarına dair mühüm məsələdən yayınır, lakin ABŞ Administrasiyasının Ermənistanın ritorikasına qoşulmamasını yüksək qiymətləndiririk. Şübhəsiz, biz də ən qısa vaxtda Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasını və Ermənistan qoşunlarının geri çəkilməsini istəyirik. Bundan əlavə, ABŞ Administrasiyasının Ermənistanı açıq-aydın təcavüzkar və işğalçı adlandıran bu ifadə formasını təqdir edirik. Dağlıq Qarabağın gələcək statusuna gəldikdə, qeyd edirik ki, həqiqətən də bir çox Avropa ölkəsində olduğu kimi, yerli muxtariyyət səviyyəsi müəyyən edilə bilər. BMT-nin bir sıra qətnamələrində və AŞPA-nın 2085 (2016) saylı qətnaməsində təsdiqləndiyi kimi, Dağlıq Qarabağ işğal edilmiş ətraf rayonlarla birlikdə Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq. ABŞ Administrasiyası da beynəlxalq qətnamələrə hörmət etdiyindən, Obama Administrasiyası Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini müzakirə edərkən, açıq-aydın Azərbaycanın suveren sərhədləri çərçivəsində yerli muxtariyyət səviyyəsini nəzərdə tutur”.
AVCİYA prezidenti əlavə edib ki, Ermənistanın təcavüzkar, Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələrinin nəzarətində olması, Sərsəng bəndinə görə humanitar fəlakətin qaçılmazlığı faktları iki aydan artıq müddətdə Ağ Evin rəsmi saytında qeyd edilib: “İyirmi ildən artıqdır ki, qərəzli beynəlxalq mətbuat tərəfindən yanlış məlumatlandırılan bütün dünyadan olan milyonlarla insan iki aydan artıq vaxtda bu sayta daxil olaraq ölkəmizə qarşı törədilmiş ədalətsizlik və vətəndaşlarımıza təhdid yaradan konkret təhlükələr və torpaqlarımızın işğalı barədə düzgün məlumat əldə edib. Bu səbəbdən bu petisiya ərazilərimizin işğaldan azad edilməsinə aparan yolda olduqca mühüm və əhəmiyyətli fəaliyyətdir. Bu, Azərbaycanın intellektual mübarizədə mühüm qələbəsidir”.

Xəbər 1273 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

28.10.2019
Brüsseldə Azərbaycan və ABŞ Müdafiə nazirlərinin görüşü olub
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 28 il keçir
17.09.2019
Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
16.09.2019
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02 DEKABR  |   16:39
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02 DEKABR  |   15:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ən sadə ALMA PİROQU
02 DEKABR  |   18:00
Kivi ilə çox sadə və dadlı piroq
02 DEKABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info