İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

24 AVQUST
13:00 Ləzzətli toyuqlu kökələr
12:45 Bu gün A seriyası başlayır
12:39 3 sadə NƏMLƏNDİRİCİ MASKA. Reseptlər
12:27 Təmiz və hamar dəri üçün ZƏY MASKASI
12:16 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:00 Mozaika muzeyini rekord sayda insan ziyarət edib
11:47 Əncir südünün sağlamlığa 10 faydası - Ən qiymətli süddür
11:38 Qalxanvari vəzini təmizləyir, həyat gücünü artırır - SİRLİ ELİKSİR
11:24 Ürək-damar sistemi xəstəliklərindən qoruyan MÖCÜZƏVİ BİTKİ
11:13 DÇ-2022 Bakıda
10:44 Donald Tramp G7 sammitində danışıqların məhsuldar olacağını gözləyir
10:35 Günün qoroskopu
10:17 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:08 Atəşkəs pozulub
23 AVQUST
18:00 “Bavariya“nın futbolçusu Fransa klubunda
17:46 “Mançester Yunayted“də itki
17:32 Sağlam ürək üçün əzgilin balla qarışığı
17:25 Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL
17:13 Portağal qabıqlarını atmayın! Çox faydalı resept
17:00 İllər sonra yeniyetməlik sevgilisinə ərə gedən məşhur aparıcıdan ŞOK ETİRAF: Vaxtında...
16:47 Kələmin bilmədiyiniz faydaları
16:38 Aloe bitkisinin tükənməz faydaları
16:22 Darçınla alma sobada. Dadlı desert
16:12 Armudun faydası - İnanmayacaqsınız!
16:00 Şirniyyat istəyini bu vasitə ilə aradan qaldıracaqsınız
15:49 Misir kraliçalarının 5 yaş gəncləşdirən maskası
15:25 “Qalatasaray”ın futbolçusu İspaniya klubunda
15:12 Albalı mürəbbəsinin hazırlanması
15:00 “Napoli” tarixinin ən bahalı transferi oldu
14:47 “Qəbələ“nin futbolçusu Küveyt klubunda
14:39 Quarejma “Beşiktaş“dan ayrılır? - son qərarını açıqladı
14:25 Üztanıma funksiyalı eynəklərin sınaqları keçirilir
14:15 Dünyanın ən qədim romanı bu ölkədə yazılıb
14:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
13:49 Buxaqdan qurtulmağın yolları
13:22 Kosmetikanı necə saxlamaq lazımdır. MƏSLƏHƏTLƏR
13:14 Yemiş mürəbbəsi. Qeyri-adi dad
13:00 İpək kimi hamar dəriyə sahib olun! MÖHTƏŞƏM MASKA
12:47 Nefti karbon qazına və metana parçalayan mikroorqanizm aşkarlanıb
12:37 Azərbaycanlı aktrisa ana olacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (77190)
2 PRESS-ANONS (34466)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30048)
4 Banan qabığı təbii məlhəmdir (28848)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24998)
Eltun İbrahimov: “Diaspor quruculuğunda gənclərin aktivliyi mütləqdir” – MÜSAHİBƏ
Tarix: 13.06 | Saat: 11:37 | E-mail | Çapa göndər

Bu günlərdə Bakıda dünya azərbaycanlılarının sayca dördüncü qurultayı keçirildi.Tədbirdə müxtəlif təkliflər səsləndirildi, diaspor nümayəndələri əsas hədəflərin konturlarını açıqladılar, Dağlıq Qarabağ münaqişəsinin həllində soydaşlarımızın üzərinə düşən vəzifələr nəzərdən keçirildi, həmçinin sadalanan məsələlərdə gənclərimzin görə biləcəyi işlər açıq mətnlə dilə gətirildi.Azərbaycan Gənc Diplomatlar Birliyinin (AGDB) Baş katibi Eltun İbrahimov Aktor.Az –a müsahibəsində bəzi məqamlara aydınlıq gətirdi…

– Eltun bəy, rəhbəri olduğunuz təşkilat mütəmadi şəkildə əhəmiyyətli layihələr reallaşdırır. “Auditoriyada səfirdir” layihəsi çərçivəsində müxtəlif dövlətlərin ölkəmizdəki səfirləri ilə görüşlər keçirilib, dəyirmi masalar təşkil olunub, gənclər üçün prioritetlər müəyyənləşdirilib. Hazırda hansı yeniliklər var?

– Bəli, hesab edirəm ki, Gənc Diplomatlar Birliyi fəaliyyət sahəsi üzrə kifayət qədər əhəmiyyətli layihələr həyata keçirib ki, bunlardan ən effektilərindən biri də “Auditoriyada səfirdir” layihəsidir. Bu da sizin diqqətinizdən yayınmayıb. Layihə çərçivəsində bir neçə ölkənin səfir və diplomatları ilə görüşlər keçirmişik. Gənc diplomatlarımız səfirlərin həyat təcrübəsi, diplomatik fəaliyyəti haqqında əyani tanış olublar, onları maraqlandıran suallara birbaşa aidiyyatı olan insanlardan cavab alıblar. Hal-hazırda Gənc Diplomatlar Birliyi Amerika və Kanadada fəaliyyət göstərən bir neçə təşkilatla əməkdaşlıq etməkdədir. Bir neçə gün öncə Amerikaya səfərim öncəsi əməkdaşlıq haqqında memorandumlar imzalayaraq bu istiqamətdə geniş fəaliyyətin əsasını qoyduq.Təbii ki, bütün bu əməkdaşlıqdan yararlanan bizim gənclərimiz olacaq.

– Bu günlərdə Bakıda dünya azərbaycanlılarının sayca dördüncü qurultayı keçirildi. Qeyri-hökumət təşkilatı (QHT) nümayəndəsi qismində siz də dəvətliydiniz. Nələri qeyd edərdiniz?

– Mən ilk öncə belə bir mötəbər tədbirin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara, xüsusən də Diasporla iş üzrə Dövlət Komitəsinə gənclər adından öz minnətdarlığımı bildirirəm. Bu qurultay onu göstərdi ki, Azərbaycan dövləti dünyada fəaliyyət göstərən bütün diaspor təşkilatlarımızın gördüyü işləri yaxından izləyir, hazırkı fəaliyyətlərini yüksək qiymətləndirir. Bunu böyük uğur hesab edirəm, inanıram ki gələcəkdə, növbəti 5 ildə bu görüş daha möhtəşəm şəkildə, iştirakçıların sayının çoxluğu və yeni gənc diaspor nümayəndələrini əhatə edilməsi ilə keçiriləcək. Bu məqsədə çatmaq üçün kifayət qədər təcrübə və potensialımız var.

– Təşkilatınızın adından da göründüyü kimi, əsasən diplomatik sahədə töhfə verməyi özünüzə əsas istiqamət seçmisiniz. Diasporumuzun imkanlarının daha da genişlənməsində hansı mövqedə iştirakınızı daha məqbul sayırsınız?

– Qeyd etmək istərdim ki, Azərbaycan diasporu və lobbiçilik fəaliyyətinin inkişaf strategiyası artıq yeni mərhələyə qədəm qoyub.Vətəndaş cəmiyyəti kimi, qarşımızda bir çox öhdəliklər və vəzifələr durur.Danılmaz faktdır ki, hüquqi dövlət quruculuğunun təməllərindən olan III sektor, diaspor fəaliyyətinin tənzimlənməsində yeni addım kimi, beynəlxalq ictimaiyyətdə ölkəmizin milli mənafe və maraqlarının təminatında intensiv şəkildə yer almalıdır. Xüsusilə lobbiçilik fəaliyyətində müxtəlif ölkələrin siyasi sisteminə təsirdən əlavə, vətəndaş cəmiyyəti ilə davamlı çoxtərəfli münasibətlər sisteminə nail olunmalıdır. Belə qeyd edə bilərəm ki, artıq informasiya axını “sosiumlararası” səviyyədə genişlənməli, təsisatlardan kütləyə qədər sirayət etməlidir.Təbii ki, bu məqamda da əsas təsir gücü vətəndaş cəmiyyəti insitutlarının üzərinə düşür.

– Diaspor təmsilçiləri ilə görüşdə ölkə başçısı İlham Əliyev daha çox informasiya təbliğatının genişləndirilməsini və bu işdə də gəncləri daha fəal olmağa çağırdı.Bu barədə nələri deyərdiniz?

– Bəli, nəzərə alsaq ki, artıq biz informasiya cəmiyyətində yaşayırıq, qloballaşma dövrünün səciyyəsi olan sərhədsiz dünya, sürətli informasiya axını və dünya vətəndaşlığı ideyası müasir milli dövlətlərin fəaliyyət strategiyalarının tənzimlənməsində önəmli təsir gücünə malik məsələlərdir, onda bu məqamlar daha yaxından öyrənilməlidir. Ali baş komandanımızın da xüsusi şəkildə vurğuladığı kimi, informasiya təbliğatının aparılmasında gənc nəslin aktivliyi mütləqdir.Bu işdə də, yenə ən böyük öhdəlik gənclər təşkilatlarının üzərinə düşür.Ətrafımızda birləşən intellekt axını ilə biz informasiya mübadiləsində əsaslı üstünlük qazana bilərik.Qeyd etməliyəm ki, diplomatiya və beynəlxalq münasibətlər üzrə təhsil alıb, fəaliyyət göstərən gənclərin ortaq məkanı kimi, AGDB həyata keçirdiyi yerli və beynəlxalq layihələrə müvafiq şəkildə informasiya təbliğatında rol oynamaqdadır. Xüsusilə son“Multikulturalizmdə gənclərin rolunun artırılması” adlı beynəlxalq layihəmiz bu sahədə əldə etdiyimiz ən böyük nəaliyyətlərimizdəndir. Dünyanın bir çox ölkəsində qonaq olan aktiv gənclərlə birgə yaratdığımız körpülər, düşünürük ki, informasiya axını prosesində bizim üçün əvəzedilməz imkanlar açmaqdadır. Azərbaycanda fəaliyyət göstərən digər QHT-lər də fəaliyyət sərhədlərini aşmalı və beynəlxalq səviyyədə yeni uğurlara nail olmalıdırlar.

– Bildiyimizə görə, sizin təşkilat həmçinin dünyanın müxtəlif ölkələrinin gənclər təşkilatları ilə sıx əlaqələr qurub. Həmin ölkələrdəki soydaşlarımızla birlikdə Azərbacan həqiqətlərinin, Qarabağ probleminin əsl mahiyyətinin yerli ictimaiyyətə çatdırılması üçün nə kimi addımlar ata bilər?

– Daha öncə də qeyd etdiyim kimi, təşkilatımız üçün prioritet olan beynəlxalq əlaqələrin dünya gənclər birlikləri vasitəsilə genişləndirilməsi fəaliyyətimiz üçün artıq təcrübə xarakteri alıb. Hal-hazırda Amerikada fəaliyyət göstərən bir neçə təşkilatla bu istiqamətdə əməkdaşlıq etməkdəyik. Belə ki, son 2 il ərzində biz “Qazaxıstan və Azərbaycan dostluq əlaqələrinin möhkəmləndirilməsində gənclərin rolu”,”Belçika və Hollandiyada Azərbaycan diasporunun inkişafında gənclərin rolunun artırılması “ ilə bağlı layihələrimiz çərçivəsində bu sahədə effektiv addımlar atılıb.Qazaxıstanın bir neçə universitetində keçirdiyimiz diskussiyalar,Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı mühazirələrimizdən sonra aydın oldu ki, Qazaxıstanın aktiv gənclərində bu sahədə ciddi informasiya qıtlığı var.Təqdirə layiq haldır ki, uğurlu missiyamız qazax gənclərini də öz axınına aldı. Eləcə də Avropada diaspor fəaliyyəti ilə bağlı layihəmizdə aparılan danışıqlar düşünürük ki, öz bəhrəsini verəcək. Qeyd etmək istərdim ki, Gürcüstanda fəaliyyət göstərən “Gənc Diplomatlar Klubu” ilə bağladığımız əməkdaşlıq memorandumu uğurlarımızın digər istiqamətidir.Belə ki, hazırda da davam edilən əməkdaşlıq və adı çəkilən təşkilatın Azərbaycan həqiqətlərinə qarşı həssaslıq göstərmələri bu sahədə əldə etdiyimiz uğurun göstəricisidir.

– Qurultayda da vurğulandı – internet əsri, texnoloji yeniliklər, sosial şəbəkələrdən istifadədə çeviklik – bu baxımdan effekli fəaliyyət və real nəticələrin əldə olunmasını siz nədə görürsünüz?

– Texnokratiya qlobal dünyanın nəbzidir. Bu sahədə intensiv inkişaf və qarşısıalınmaz informasiya axını beynəlxalq ictimaiyyətə təsirin önəmli spektrləridir.Təsadüfi deyil ki, bugün informasiya müharibəsi deyilən kiberterror idarəolunmaz həddə çatıb.Azərbaycan da informasiya təhlükəsizliyi baxımından genişmiqyaslı fəaliyyət tədbirlərinə əl atsa da, bu sahədə görünən bəzi uğursuzluqlar düşünürəm ki, ilk növbədə gənclərimizi narahat etməlidir. AGDB olaraq biz müxtəlif sosial şəbəkələrdə davamlı informasiyanın cəmiyyətə ötürülməsini təmin etməyə nail olmuşuq. Aprel ayında təmas xəttində baş verən proseslərdə təşkilatımız ətrafında birləşən gənclərimiz informasiya təhlükəsizliyimizin təmin olunması, habelə xarici mediaya rəsmi, səhih informasiyanın çatdırılması üçün təşəbbüs göstərdilər. Düşünürəm ki, bu gün sosial şəbəkələr informasiya təbliğatı sahəsində əvəzedilməz resursdur.İntellektual və vətənpərvər gənclər nəinki təşkilat halında, fərdi olaraq da bu sahədə aktiv fəaliyyətləri ilə seçilməlidir.

Xəbər 1911 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
29.07.2019
Susana Manqana: Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər
23.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
03.07.2019
Azərbaycanın Xarici İşlər naziri Peruya işgüzar səfərə yola düşüb
19.06.2019
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

26 AVQUST
11:00 PRESS-ANONS
26 Avqust Anons 2019
14:00 PRESS-ANONS
26 Avqust Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Əncir südünün sağlamlığa 10 faydası - Ən qiymətli süddür
24 AVQUST  |   11:47
Qalxanvari vəzini təmizləyir, həyat gücünü artırır - SİRLİ ELİKSİR
24 AVQUST  |   11:38

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ləzzətli toyuqlu kökələr
24 AVQUST  |   13:00
3 sadə NƏMLƏNDİRİCİ MASKA. Reseptlər
24 AVQUST  |   12:39

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1356

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info