İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

24 AVQUST
13:00 Ləzzətli toyuqlu kökələr
12:45 Bu gün A seriyası başlayır
12:39 3 sadə NƏMLƏNDİRİCİ MASKA. Reseptlər
12:27 Təmiz və hamar dəri üçün ZƏY MASKASI
12:16 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:00 Mozaika muzeyini rekord sayda insan ziyarət edib
11:47 Əncir südünün sağlamlığa 10 faydası - Ən qiymətli süddür
11:38 Qalxanvari vəzini təmizləyir, həyat gücünü artırır - SİRLİ ELİKSİR
11:24 Ürək-damar sistemi xəstəliklərindən qoruyan MÖCÜZƏVİ BİTKİ
11:13 DÇ-2022 Bakıda
10:44 Donald Tramp G7 sammitində danışıqların məhsuldar olacağını gözləyir
10:35 Günün qoroskopu
10:17 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:08 Atəşkəs pozulub
23 AVQUST
18:00 “Bavariya“nın futbolçusu Fransa klubunda
17:46 “Mançester Yunayted“də itki
17:32 Sağlam ürək üçün əzgilin balla qarışığı
17:25 Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL
17:13 Portağal qabıqlarını atmayın! Çox faydalı resept
17:00 İllər sonra yeniyetməlik sevgilisinə ərə gedən məşhur aparıcıdan ŞOK ETİRAF: Vaxtında...
16:47 Kələmin bilmədiyiniz faydaları
16:38 Aloe bitkisinin tükənməz faydaları
16:22 Darçınla alma sobada. Dadlı desert
16:12 Armudun faydası - İnanmayacaqsınız!
16:00 Şirniyyat istəyini bu vasitə ilə aradan qaldıracaqsınız
15:49 Misir kraliçalarının 5 yaş gəncləşdirən maskası
15:25 “Qalatasaray”ın futbolçusu İspaniya klubunda
15:12 Albalı mürəbbəsinin hazırlanması
15:00 “Napoli” tarixinin ən bahalı transferi oldu
14:47 “Qəbələ“nin futbolçusu Küveyt klubunda
14:39 Quarejma “Beşiktaş“dan ayrılır? - son qərarını açıqladı
14:25 Üztanıma funksiyalı eynəklərin sınaqları keçirilir
14:15 Dünyanın ən qədim romanı bu ölkədə yazılıb
14:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
13:49 Buxaqdan qurtulmağın yolları
13:22 Kosmetikanı necə saxlamaq lazımdır. MƏSLƏHƏTLƏR
13:14 Yemiş mürəbbəsi. Qeyri-adi dad
13:00 İpək kimi hamar dəriyə sahib olun! MÖHTƏŞƏM MASKA
12:47 Nefti karbon qazına və metana parçalayan mikroorqanizm aşkarlanıb
12:37 Azərbaycanlı aktrisa ana olacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (77190)
2 PRESS-ANONS (34466)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30048)
4 Banan qabığı təbii məlhəmdir (28848)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24998)
Siyavuş Novruzov: “İrandan səmimi münasibət gözləyirik”
Tarix: 14.06 | Saat: 14:07 | E-mail | Çapa göndər

“Azərbaycan hər bir ölkə ilə bərabərtərəfli münasibətlər qurmağın tərəfdarıdır”. APA-nın məlumatına görə, bunu deputat Siyavuş Novruzov “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" saziş də daxil olmaqla, 6 sazişin və bir Memorandumun təsdiqlənməsi bağlı müzakirələr zamanı bildirib. Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin İrana yüksək səviyyəli səfər etdiyini xatırladan S. Novruzov deyib ki, blokada zamanı Naxçıvana ilk kömək edən İran olub, sonradan Türkiyə ilə “Ümid körpüsü” açılıb: “İran Azərbaycanla vizasız rejim təklifi irəli sürür. Ancaq Azərbaycan hələ buna hazır deyil. Heç qardaş Türkiyə ilə də viza məsələsində addım atmamışıq”. Dövlətlərarası münasibətlərin maraqlara əsaslandığını söyləyən S. Novruzov İranda 39 milyon azərbaycanlının yaşadığını vurğulayıb: “39 milyon azərbaycanlı haqqını tələb edə bilmir, 9 milyon azərbaycanlı onların haqqını tələb edəcək? İranda dövlət qurumlarında, orduda yüksək vəzifədə çalışan azərbaycanlılar deyir ki, niyə bizim işimizə qarışırsınız, İran bizim dövlətimizdir. İran-İraq müharibəsində 1 milyon azərbaycanlı iştirak edib, o azərbaycanlılardan 20 mini də Qarabağda döyüşəydi, təcrübələrini bölüşəydilər. Yoxsa, hansı dövlətin kimi rəsmi səfərə dəvət etməsi o dövlətin öz işidir. Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əlyiev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən İrana qarşı istifadə edilə bilməz. Biz qarşı tərəfdən də belə səmimi münasibət gözləyirik. Ümumiyyətlə, Ermənistan istisna olmaqla, öz qonşularımız haqqında danışanda ehtiyatlı olmalıyıq”. Millət vəkili Elman Nəsirov bütövlükdə İranı ittiham etməyin düzgün olmadığını söyləyib: “İranda Azərbaycanla münasibətlərə qarşı olan müəyyən qüvvələr var, ancaq bu qüvvələr İranın siyasətinin müəyyənləşdirilməsində həlledici rola malik deyil. 2500 illik dövlətçilik tarixi olan İranda yaxşı bilirlər ki, Azərbaycanla və cırtdan Ermənistanla münasibətlərin fərqi nədir. Əgər İran prezidenti Həsən Ruhaninin Ermənistan səfəri gerçəkləşərsə, bu, İranın öz siyasətinə zidd olar. İranın siyasəti xomeynizmdir, Ermənistanla münasibətlər bu siyasətin əleyhinə olar”. Qənirə Paşayeva əhalisinin yarısı azərbaycanlı olan İranın Ermənistanla münasibətlərdə həssas davranmasını gözlədiklərini bildirib: “Biz İran rəsmilərinin Azərbaycanın daxili işlərinə qarışmamasını, eləcə də Ermənistanla bağlı məsələdə İrandan fərqli addımlar gözləyirik. İrandakı azərbaycanlıların sayına və İranın dövlət ideologiyasına görə rəsmi Tehranın işğalçı Ermənistanla münasibətlərində fərqli davranmasını gözləməyimiz təbiidir”. Sahib Alıyev Azərbaycanla İran arasında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları barədə sazişin qəbul edilməsinin çox mühüm addım olduğunu vurğulayıb: “Biz bu sazişdən görürük ki, İran Azərbaycanın ərazi bütövlüyü ilə bağlı əməli addım atmağa hazırlaşır. Həm Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan, həm də hazırkı prezidenti Serj Sərkisyanın İranın Ermənistan üçün əhəmiyyəti barədə fikirləri məlumdur. Əgər Azərbaycanda prezident İlham Əliyev kimi qətiyyətli dövlət başçısı olmasaydı, nüvə sanksiyaları dövründə İrana qarşı hansı addımların atıla biləcəyi aydındır. Prezident İlham Əliyev ABŞ-da olarkən bəyan etdi ki, Azərbaycan ərazisindən İrana qarşı platsdarm kimi istifadə edilə bilməz. İran rəhbərliyi bilir ki, Ermənistan adlı dövlət Rusiya tərəfindən yaradılıb, amma bu gün Ermənistanda Rusiya əleyhinə hansı proseslərin getdiyi göz önündədir. İranın praqmatik rəhbərliyi bunu dəyərləndirməlidir. İran və Azərbaycan bir-birinə enerji verməlidir, bir-birlərinin enerjilərini tükətməməlidir”.
Sədr Oqtay Əsədov isə deputatların çıxışlarında eyni fikirlərin səsləndiyini bildirib: “Bütün bunların hamısı bizim bildiyimiz məsələlərdir. Mən də çox şeyləri xırdalaya bilərəm. Hamımızın bildiyi məsələlərin üzərində sabahdan bəri danışırıq. Bunlar nəyə lazımdır, bunu bitirək”.

Xəbər 1521 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
29.07.2019
Susana Manqana: Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər
23.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
03.07.2019
Azərbaycanın Xarici İşlər naziri Peruya işgüzar səfərə yola düşüb
19.06.2019
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

26 AVQUST
11:00 PRESS-ANONS
26 Avqust Anons 2019
14:00 PRESS-ANONS
26 Avqust Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Əncir südünün sağlamlığa 10 faydası - Ən qiymətli süddür
24 AVQUST  |   11:47
Qalxanvari vəzini təmizləyir, həyat gücünü artırır - SİRLİ ELİKSİR
24 AVQUST  |   11:38

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ləzzətli toyuqlu kökələr
24 AVQUST  |   13:00
3 sadə NƏMLƏNDİRİCİ MASKA. Reseptlər
24 AVQUST  |   12:39

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1356

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info