
Azərbaycan təbii qazını Cənubi Avropa ölkələrinə nəql edəcək TAP layihəsi Rusiyanın "Qazprom" şirkətinin menecmentini narahat edir.
"APA-Economics" xəbər verir ki, bunu rusiyalı ekspert Mixail Krutixin bildirib. Onun sözlərinə görə, TAP layihəsi Avropa ölkələrinin Rusiya qazından asılılığını azaldacaq və "Qazprom"a ciddi ziyan vuracaq: "Paralel olaraq, bu proses Rusiya iqtisadiyyatına da ciddi ziyan vuracaq". Ekspert hesab edir ki, TAP layihəsi tam reallaşandan sonra "Qazprom" dempinqə əl ata bilər.
|