İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

19 OKTYABR
13:00 Unudulmaz nağıl tortu
12:51 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:45 Şokoladlı çiyələkli tort
12:35 “SpaceX” orbitdə əlavə 30 min peyk yerləşdirəcək
12:23 Sahibini izləyən robot-çamadan təqdim edilib
12:13 Könül Kərimova dəyişib belə oldu
12:00 “Maşın“ı türkiyəli apardı
11:48 Qidalar soyuducuda necə saxlanılmalıdır?
11:37 Kardioloqlar infarktın yaxınlaşmasının üç əlamətini müəyyən ediblər
11:23 PSJ 4 qolla qalib gəldi
11:14 Messidən vacib müqavilə açıqlaması
10:25 Günün qoroskopu
10:17 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:08 Atəşkəs pozulub
18 OKTYABR
18:00 Namiq Qaraçuxurlunun qardaşı aktyorluq edir
17:46 Çox asan və fərqli: Pendirli kekslər.
17:33 Aybəniz Haşımovadan YENİ İMİC
17:22 Enerji yığmadan gündə 20 km gedən elektrikli avtomobil
17:15 Saturn təbii peyklərin sayına görə Yupiteri geridə qoydu
17:08 Sağlam və təravətli saçlar üçün sadə məsləhətlər
17:00 Turşu qovurma plov
16:49 Aşağı Kalorili Toyuq Suyu Şorbası
16:32 Eksklüziv resept: Pryaniklərdən tort
16:25 Cəmi 15 dəqiqəyə hazır olan qat-qat (milföy) xəmir reseptləri
16:12 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
16:00 DÜNYANIN ƏN ASAN TORTU - QARIŞQA YUVASI “MURAVEYNİK”
15:46 Azərbaycan idmançıları uşu üzrə dünya çempionatında güclərini sınayacaqlar
15:33 Vərəm infeksiyasına hər bir insan yoluxa bilər
15:25 Qaret Beyl İstanbula getməyə bilər
15:14 Dünya çempionatında daha iki cüdoçumuz mübarizəyə qoşulur
15:00 Azərbaycanlı məşhur uşaqlıq FOTOsunu paylaşdı - Qızı anasının OXŞARI İMİŞ
14:48 “Maşın” realiti-şounun qalibi məlum oldu, amma
14:36 Maestro Ceyhun ağır itkisini paylaşdı
14:28 Hansı qan qrupu olan insanların ürəyi daha sağlamdır?
14:13 Payız-qış depressiyası və ruh düşkünlüyünə səbəb nədir?
14:00 Böyrəklərin sadə kistaları
13:43 Gimnastika üzrə ilin sonuncu yerli yarışı Sumqayıtda təşkil olunacaq
13:31 Oftalmoloqa müraciət etmək üçün 5 SƏBƏB
13:21 Saturn planetinin yaşamaq üçün əlverişli olması şansı artır
13:13 NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (85983)
2 PRESS-ANONS (34738)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (31396)
4 Banan qabığı təbii məlhəmdir (29442)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (28981)
AŞPA-da Türkiyə ilə bağlı hesabat qəbul olunub
Tarix: 23.06 | Saat: 11:56 | E-mail | Çapa göndər

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında əsas dinləmələr Türkiyəyə həsr olunub. APA-nın Strasburqdakı müxbirinin verdiyi məlumata görə, Assambleya gün ərzində “Türkiyədə demokratik təhsisatların fəaliyyəti” adlı hesabat ətrafında müzakirələr aparıb. AŞPA-nın Monitorinq Komitəsi adından Türkiyə üzrə həmməruzəçilər, norveçli İngebyörq Qodkesen və Serbiyalı Nataşa Vuçkoviçin hazırladıqları hazırkı hesabat bu ölkənin 2004-cü ildə qurumun post-monitorinq mərhələsinə keçməsindən sonra ən sərt hesabat hesab olunur. Türkiyə nümayəndə heyətinin hesabatla bağlı irəli sürdüyü əlavə və dəyişikliklərin əksəriyyəti qəbul olunmayıb. Bununla yanaşı, Röne Ruke, Pieter Omtzigt da daxil olmaqla bir neçə parlamentar sənədin daha da sərtləşdirilməsi ilə bağlı təkliflər irəli sürüblər. Belə ki, Avropa Şurasının yaradıcılarından hesab olunan Türkiyə 2004-ci ildən etibarən AŞPA-nın post-monitorinq dialoqu mərhələsində dəyərləndirilir. Ancaq bir sıra parlamentarlar Türkiyənin monitorinq prosesinə salınmasını təklif ediblər.
Lakin müzakirələr zamanı bu təklif qəbul edilməyib və Türkiyə post-monitorinq səviyyəsində saxlanılıb. Hesabatın müzakirələrində iştirak etmiş və Türkiyə əleyhinə olan əlavə və dəyişikliklərə qarşı çıxış etmiş Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, erməni əsilli millət vəkili Markar Eseyan deyib ki, hesabatın bu cür qəbul edilməsi Türkiyə ilə AŞPA arasındakı münasibətlərdə böyük problemlər yarada bilər.
“Ümumiyyətlə, bu hesabat çox problemli sənəd idi. Burada Türkiyəyə qarşı çox haqqsızlıqlar var. Qərəzli, həmçinin daha çox HDP və ölkədəki digər siyasi qüvvələrin mövqeini əks etdirirdi” deyə, o bildirib. Türkiyəli parlamentarlar hesabatı “obyektivlikdən uzaq tərtib edilmiş, təzyiq altında yazılmış sənəd” adlandırıblar. Onlar Türkiyənin həmişə məruzəçilərlə işlədiyini, onlara sərbəst dəyərləndirmə üçün hər cür şərait yaratdıqlarını bildiriblər. “Dünən, arxasında HDP, PKK lobbiçiləri və erməni nümayəndələrinin, ön planda isə hollandiyalı Pieter Omtzigt və fransalı Röne Rukenin durmasıyla Türkiyənin yenidən AŞPA-nın monitorinq prosesinə salınması istiqamətində hesabata əlavə və dəyişikliklər irəli sürüldü. Yəni, burada məqsəd hesabatın məğzinə uyğun olmayan əlavə və dəyişikliləri sənədə salmaq və bununla da hesabatın məzmununu başqa istiqamətə yönəltmək idi. Bunun da başlıca məqsədi Türkiyəni təxribata çəkib onunla Avropa Şurası arasındakı münasibətlərdə ciddi böhran yaratmaq idi. Bunu öyrəndiyimizdən bəri bütün heyətimiz əlimizdən gələn hər şeyi etdi və hesab edirəm ki, bu baş verə biləcək böhranın qarşısını ala bildik” deyə türkiyəli parlamentar qeyd edib.
Qeyd edək ki, Türkiyə ilə bağlı qəbul edilmiş hesabatda deputatların toxunulmazlığının qaldırılması, antiterror əməliyyatları adı ilə ölkədə söz və mətbuat azadlığının pozulması, əməliyyatların qeyri-proporsional aparılması, 2013-cü ildə ölkədə baş vermiş böyük korrupsiya qalmaqalı və həbslər kimi məsələlər əksini tapıb.

Xəbər 892 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

04.09.2019
Türkiyə ilə Rusiya arasında humanitar əməkdaşlıq genişlənir
24.08.2019
Donald Tramp G7 sammitində danışıqların məhsuldar olacağını gözləyir
23.08.2019
Bolqarıstanın 8 bölgəsində yanğın təhlükəsi elan olunub
07.08.2019
Antalyaya dolu yağıb
05.08.2019
Yaponiya ilk kosmik müdafiə bölməsi yaradacaq


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Qidalar soyuducuda necə saxlanılmalıdır?
19 OKTYABR  |   11:48
Kardioloqlar infarktın yaxınlaşmasının üç əlamətini müəyyən ediblər
19 OKTYABR  |   11:37

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Unudulmaz nağıl tortu
19 OKTYABR  |   13:00
Şokoladlı çiyələkli tort
19 OKTYABR  |   12:45

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1364

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info