İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

23 AVQUST
18:00 “Bavariya“nın futbolçusu Fransa klubunda
17:46 “Mançester Yunayted“də itki
17:32 Sağlam ürək üçün əzgilin balla qarışığı
17:25 Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL
17:13 Portağal qabıqlarını atmayın! Çox faydalı resept
17:00 İllər sonra yeniyetməlik sevgilisinə ərə gedən məşhur aparıcıdan ŞOK ETİRAF: Vaxtında...
16:47 Kələmin bilmədiyiniz faydaları
16:38 Aloe bitkisinin tükənməz faydaları
16:22 Darçınla alma sobada. Dadlı desert
16:12 Armudun faydası - İnanmayacaqsınız!
16:00 Şirniyyat istəyini bu vasitə ilə aradan qaldıracaqsınız
15:49 Misir kraliçalarının 5 yaş gəncləşdirən maskası
15:25 “Qalatasaray”ın futbolçusu İspaniya klubunda
15:12 Albalı mürəbbəsinin hazırlanması
15:00 “Napoli” tarixinin ən bahalı transferi oldu
14:47 “Qəbələ“nin futbolçusu Küveyt klubunda
14:39 Quarejma “Beşiktaş“dan ayrılır? - son qərarını açıqladı
14:25 Üztanıma funksiyalı eynəklərin sınaqları keçirilir
14:15 Dünyanın ən qədim romanı bu ölkədə yazılıb
14:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
13:49 Buxaqdan qurtulmağın yolları
13:22 Kosmetikanı necə saxlamaq lazımdır. MƏSLƏHƏTLƏR
13:14 Yemiş mürəbbəsi. Qeyri-adi dad
13:00 İpək kimi hamar dəriyə sahib olun! MÖHTƏŞƏM MASKA
12:47 Nefti karbon qazına və metana parçalayan mikroorqanizm aşkarlanıb
12:37 Azərbaycanlı aktrisa ana olacaq
12:27 Avroliqada gecənin bütün nəticələri
12:15 Səməd Səmədov oxuyur, Cavanşir Məmmədov müşayiət edir — 30 ilin FOTOSU
11:13 Bolqarıstanın 8 bölgəsində yanğın təhlükəsi elan olunub
11:00 Bu günə olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib
10:47 Şamaxı rayonunda 5 yaşayış məntəqəsinin yolu yenidən qurulur
10:37 Hacıqabulda mikroavtobus qəzaya uğrayıb, 8 nəfər yaralanıb
10:36 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi bu gün başa çatır
10:27 Günün qoroskopu
10:16 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:05 Atəşkəs pozulub
22 AVQUST
18:00 Tənqid etmək taktikası
17:49 Oynaq ağrılarının limon qabığı ilə müalicəsi - Xalq təbabəti
17:37 Əgər qidanızdan badımcan əksik etməsəniz...
17:28 Premyer Liqamızda 3-cü turun oyunlarının saatı açıqlandı

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (76908)
2 PRESS-ANONS (34445)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (29993)
4 Banan qabığı təbii məlhəmdir (28827)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24906)
Nobel mükafatının uğursuzluğu
Tarix: 30.06 | Saat: 14:56 | E-mail | Çapa göndər

|

1902-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına ən layiqli namizəd Lev Tolstoy idi. Ancaq bu dahi yazıçının bir sıra baxışları Nobel komitəsində qəbul edilmədiyindən müsabiqənin şərtlərində dəyişiklik edildi və nəticədə “Roma tarixi”nin müəllifi Teodor Mommze Nobel mükafatçısı elan edildi. Mommze “Alman elminin möcüzəsi” ydi. Təbii ki, belə möhtəşəm əsərə görə Nobel mükafatlanmasına haqqı da çatırdı. Lakin səhhəti cənab Teodorun bu mükafatı almağa imkan vermədi.
İllər keçdi… Yeni laureatlar ortaya çıxdı. Lakin yenə də Tolstoyun adı çəkilmədi.
Belçika dramaturqu və esse ustası Moris Meterlink Gentin də aqibəti belə oldu; 1911-ci ildə “Çoxşaxəli ədəbi fəaliyyəti, xüsusi zəngin təsir forması və poetik fantaziyası ilə seçilən dram əsərlərinə görə bu yüksək ödülə layiq görüldü, ancaq xəstəliyi ona təntənəli təqdimatda iştirak etməyə imkan vermədi”.
Arzuolunmaz durum 1924-cü ildə polşalı roman ustası Vladislav Reymontu da təntənəli Nobel mükafatı təqdimatından məhrum etdi. Xəstələndi və bir il keçməmiş dünyasını dəyişdi.
Görkəmli fin yazıçısı Frans Sillanpya bu yüksək mükafata layiq görüləndə artıq depressiya vəziyyətinə düşmüş, yaradıcılıq gücü onu tərk etmişdi. Ömrünün son illərini psixiatrik klinikada müalicə olunmaqla keçirməyə məhkum idi.
Alman romançısı Herman Hesse də onun kimi… “İlhamverici yaradıcılığı, əsərlərində humanizmin klassik ideyalarının büruzə verilməsi və parlaq üslubuna görə” layiq bilindiyi mükafatın təqdimat mərasimində ağır xəstəliyinə görə iştirak edə bilməmişdi.
Sartrdan bəhs etmirik… O, sadəcə olaraq bu mükafatı almaqdan imtina etmişdir.
Çex şairi Yaroslav Seyfert isə Nobel mükafatına layiq görüləndə artıq 82 yaşı var idi, xəstəliyi səbəbindən öz canının hayındaydı, təntənəli mərasimin sevincini yaşamaq artıq onun imkanı daxilində deyildi. “Ruhun azadlığı və insanın hərtərəfliliyinə şahidlik edən təravəti, hissiyyatı və zəngin qavrayışı ilə seçilən poeziyasına görə” yüksək mükafata layiq görülən Yaroslav Seyfertin öz ruhu artıq cismindən ayrılmaqda, uçmaqda idi… Ömrünün sonuna iki ildən də az vaxt qalmışdı.
İngiltərədə avstraliyalı ailəsində anadan olmuş Patrik Uayt isə bu yüksək ödülə layiq görüləndə artıq qapalı həyat keçirməyə başlamışdı. Onun əvəzinə mükafatı avstrasiyalı rəssam Sindi Nolan qəbul etmişdi. Depressiya acıçı çəkən, qapalı həyat tərzi yaşayan Patrik Uayt maraqlıdı ki, Nobel mükafatına “Epik və psixoloji ustalığı ilə yeni qitə ədəbiyyatını ixtira etdiyinə görə” layiq görülmüşdür.
Görkəmli ispan yazıçısı Semuel Bekkert də eynən P.Uaytın taleyini yaşamışdı. Mükafatın elan edildiyi vaxt S.Bekkert artıq depressiyada idi. Ətrafında nə baş verdiyindən xəbərsiz idi. Baxmayaraq ki, qarşıda hələ onu 20 illik psixoloji əzablarla izlənən bir həyat gözləyirdi… Baxmayaraq ki, yazıçı bu yüksək mükafata “Dram və nəsr əsərlərində insan faciəsinin onun zəfərinə çevrilməsini xüsusi novatorluqla təsvir etdiyinə görə” layiq görülmüşdü, o, bir qayda olaraq depressiya ağuşunda yaşamış, ömrünün qalan illərində yalnız susmuş, susmuşdur. Baxmayaraq ki, ömrünün son illərində yazdığı hekayələrinin dili çox aydın və parlaq idi. O qədər aydın idi ki, ingilis tənqidçisi Riçard Rand Bekkertin dili barədə yazırdı: “Düşünmürəm ki, hansısa müasir yazıçı ingilis və fransız dilini Bekkert qədər mükəmməl bilə”.
1988-ci ildə “Bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən ərəb nəsrinin zəngin və realist çalarlarına görə” Nobel mükafatına layiq görülən Nəcib Məhvuz da o tarixi günlərdə artıq ağır xəstəliyi səbəbindən təntənəli təqdimetmə mərasimində iştirak edə bilməmişdi…
Teodor Mommze, Moris Meterlink, Vladislav Reymontu, Frans Sillanpuya, Herman Щesse, Yaroslav Seyfert, Patrik Uayt, Semuel Bekkert, Nəcib Məhvuz… Nobel mükafatının ayağı düşməyən görkəmli sənətkarlar… Bu barədə düşünəndə Cek Londonun məşhur qəhrəmanının aqibəti göz önünə gəlir; ən qızğın, ramolunmaz öküzlərə qalib gələn döyüşçünün şərəfinə şəhər zədaganları parlaq bir ziyafət təşkil edirlər. Süfrədə nadir şərablar, ləziz təamlar iştah çəkməkdədi… Qalib döyüşçü isə öz canının həşirindədi; ciyərlərindən gələn qanı oğrunca əl dəsmalına silib stolun altında gizlədir…
Görəsən yüksək tribunadan Nobel nitqi söyləmək imkanları olsaydı, səhhətləri buna yol versəydi, nədən danışacaqdılar?.. İmperializmin güclənməsi qorxusundanmı? Əfqanıstanın, Suriyanın, Misirin bombardıman edilməsinin neqativliyindənmi? Bəlkə Vilyam Folknerin məşhur Nobel nitqindən bu fikirləri təkrarlayacaqdılar: “Sənətkarın səsi adi əks-səda ola bilməz, o, dayaq olmalıdır, qələbə üçün, insana duruş gətirə bilmək üçün əsas, özül olmalıdır!”

Xəbər 1381 dəfə oxundu



 

Müəllifin son yazıları


07.09.2015 Hər səsi çevirib söz etmək olmur


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Sağlam ürək üçün əzgilin balla qarışığı
23 AVQUST  |   17:32
Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL
23 AVQUST  |   17:25

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Darçınla alma sobada. Dadlı desert
23 AVQUST  |   16:22
Misir kraliçalarının 5 yaş gəncləşdirən maskası
23 AVQUST  |   15:49

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1356

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info