İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

02 DEKABR
18:00 Ən sadə ALMA PİROQU
17:47 Kivi ilə çox sadə və dadlı piroq
17:38 Portağal və şokoladla QIZILI PEÇENYE
17:24 “Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
17:14 Marsda “suvuran” qüllələr aşkar edilib
17:00 Maraqlı faktlar
16:46 Özü özünü təmizləyən beton
16:39 Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
16:28 Xoşqədəm həyat yoldaşı ilə Almaniyada
16:12 Ən qədim şahmat fiquru tapılıb
16:00 Delfinlərin çoxu sağaxaydır
15:45 Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
15:36 Ədviyyat rəngli məxmər şalvarlar bu qışın ən isti trendidir
15:24 “Qızıl top“un sahibi bu gün müəyyənləşir
15:12 Makiyaj təmizləyici vasitə reseptləri
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 İflic və insult riskini azaldan meyvə
14:39 Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
14:28 “Düdelanj“dan böyükhesablı qələbə
14:15 Boyalı saçlar üçün qidalandırıcı maska
14:00 14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
13:48 Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
13:36 Yanaqlardakı yağları əridən maskalar
13:28 Pərvizlə Türkan barışıb, efirə çıxdı
13:14 Beyinə inanılmaz faydası olan qida
13:00 Əslində zərərli olan 5 sevimli məhsul
12:43 Bağırsaqlar üçün ən faydalı meyvə
12:31 İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
12:24 “Dinamo” 17-ci dəfə Gürcüstan çempionu olub
12:15 “Barselona“ “Atletiko“nu məğlub etdi - Messinin qolu ilə
30 NOYABR
12:48 Dərinin sağlam rəngini necə qaytarmalı?
12:36 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
12:22 Mimiki qırışları açan maskalar
12:15 Qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
12:00 Bu məhsullar testosteronun səviyyəsini qaldırır
11:47 Astronomlar nəhəng planet aşkar ediblər
11:41 Zehni fəaliyyət arıqladır
11:39 Diş protezləri üçün 3D printeri hazırlandı
11:36 Uşaq nə qədər yatmalıdır?
11:28 Açılış oyununda 6 qol

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (94110)
2 PRESS-ANONS (35032)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (33163)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (32161)
5 Banan qabığı təbii məlhəmdir (29996)
Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində son durum açıqlanıb
Tarix: 04.08 | Saat: 11:47 | E-mail | Çapa göndər

Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının Gürcüstan hissəsində tikinti işləri davam edir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, Gürcüstan hissəsində işlər dörd mərhələdə (Marabda - Tetriskaro - 29,2 km, Tetritskaro-Salka - 49,7 km, Salka-Axalkalaki - 74,1 km, Axalkalaki - Kartsaxi - 26,3 km ) həyata keçirilir. I mərhələ uzunluğu 29,2 km olan Marabda-Tetriskaro sahəsində I (Tetriskaro stansiyası daxil olmaqla) yolun torpaq yatağında , üst quruluşu elementlərində , süni qurğularda, elektrik təchizatı, rabitə və İMB qurğularında ,mülki və inzibati binalarda reabilitasiya, rekonstruksiya və tikinti işləri əsasən başa çatdırılıb. Stansiyalarda qaz ,su , istilik və çirkab suların axıdılması xətləri çəkilib və istismara hazırdır. Sahədə qatarların elektrovozla hərəkəti təmin edilib. II mərhələ - uzunluğu 49,7 km olan Tetriskaro-Salka sahəsində (Salka stansiyası daxil olmaqla) reabilitasiya-rekonstruksiya, tikinti işləri əsasən aparılıb. Sahəyə lifli optik rabitə və işarəvermə kabelləri qoyularaq, üstü örtülüb. Ərazidə rabitə, işarəvermə, mərkəzləşmə qurğularında sazlama işləri aparılır. Stansiyaların vağzal binalarında, mülki və yardımçı binalarda, 111 süni qurğuda işlər əsasən başa çatdırılıb. Nadarbazevi və Bedeni dartı yarımstansiyalarında işlər başa çatdırılıb, elektrik kontakt şəbəkəsində və VL-10 kV AB və PG elektrik ötürücü xəttində dəyişdiriləcək 1924 yeni dəmir-beton dirək dəyişdirilib, kontakt şəbəkəsində reabilitasiya, rekonstruksiya və tikinti işləri yekunlaşıb.
III mərhələ - uzunluğu 74,1 km olan Salka-Axalkalaki sahəsində 179 ( 4 qar yığımı əleyhinə qalareya, 11 körpü və yol keçidi, 8 daş qırıntılarının axması əleyhinə divar, 25 qar yığını əleyhinə divar, 131 müxtəlif su ötürücü boru) süni qurğuda 25 qar yığımı əleyhinə divarda işlər əsasən başa çatdırılıb. Sahədə yolun üst quruluşu elementləri tam dəyişdirilib. Trialeti, Pokani və Ninotsminda dartı yarımstansiyalarına yeni avadanlıq və qurğular gətirilərək, onların montajı yekunlaşıb, kontakt şəbəkəsində (1990 dirək basdırılaraq, naqilin asılması), VL-10 Kv AB və PG elektrik ötürücü xəttinin reabilitasiya, rekonstruksiya və tikinti işləri davam etdirilir. Trialeti, Taparavani, Pokani və Ninotsminda stansiyalarında vağzal binalarının rekonstruksiyasında işlər əsasən başa çatdırılıb. Hazırda sahədə lifli optik rabitə və işarəvermə kabelləri qoyularaq, örtülmüş, rabitə , işarəvermə, bloklama və mərkəzləşmə qurğuları gətirilərək, onların yerləşdirilməsi və montajı başa çatıb. Marabda-Axalkalaki sahəsində sınaq yük qatarının hərəkəti təmin edilib. Axalkalaki stansiyasında vağzal binasının, çeşidləmə parkının, süni qurğuların tikintisində işlər davam etdirilir. Stansiyada təkər cütlərinin dəyişdirilməsi məntəqəsində 1520 mm və 1435 mm izli yollar qoyulub. Axalkalaki stansiyasını Axalkalaki-Türkiyə sərhədi (Kartsaxi) ərazisindəki dəmir yolu ilə birləşdirən, Qırxbulaq çayı üzərindəki 6 dayaqlı 153 m-lik körpünün tikintisində işlər başa çatdırılıb, Gürcüstanın iqtisadiyyat və sabit inkişaf müvafiq əmri ilə istismara qəbul edilib. Bu mərhələdə Salka-Axalkalaki sahəsində müxtəlif uzunluqda 4 ədəd tunel-qalereyanın (yerüstü tunel) tikintisini (1165, 600, 500 və 400 metr uzunluğunda) də qeyd etmək lazımdır. Bunların tikintisinin əsas səbəbi qışda bu yerlərin qarla örtülməsidir. Tunel-qalereyalar qışda hərəkətin ahəngdarlığının pozulmasının qarşısını müəyyən qədər alacaq. Bundan əvvəl ikinci mərhələdə , uzunluğu qısa olsa da, 2 ədəd tunel-qalereya avtomobil keçidi üçün istismara verilib.
IV mərhələ - ümumi uzunluğu 26,3 km (Gürcüstan ərazisində tikiləcək tuneldə daxil olmaqla) olan Axalkalaki (stansiya istisna olmaqla)-Türkiyə sərhədi (Kartsaxi) sahəsində (Kartsaxi stansiyası da daxil olmaqla) dəmir yolun torpaq yatağında işlər başa çatdırılıb. 51 süni qurğunun tikintisi əsasən başa çatdırılıb, layihə-smeta sənədlərində nəzərdə tutulmamış 3 süni qurğuda işlər davam etdirilir. Sahənin 26,3 km-nə, Kartsaxi stansiyasının 1 baş və 6 yan yolunda yolun üst quruluşu elementləri (rels, şpal) qoyulmuş, relslərin qaynaqlanması və yola çınqıl tökülməsi başa çatıb, ərazidə ekoloji tarazlığı saxlamaq üçün 50.000 dən artıq ağac əkilib. Sərhəd stansiyası olan Kartsaxidə vağzal, mərkəzləşdirilmiş post və yardımçı binaların tikintisində tamamlama, digər mülki bina və tikililərdə işlər yekunlaşıb. Sərhəddə tikilən 4450 metr uzunluğunda körpünün Gürcüstan ərazisinə düşən 2070 metrində (240 m uzunluqda portalla birlikdə) 1830 m uzunluğundakı sahədə üst keçid işləri tamamlanıb, 1780 m uzunluğunda sahədə yolun alt yatağı qazılıb, 53 metrdə qazma işləri davam etdirilir. Eyni zamanda, tunelin betonlanması işləri aparılır. Betonlama işlərinin yaxın aylarda başa çatdırılması nəzərdə tutulur. Axalkalaki-Kartsaxi sahəsində işçi sınaq qatarının hərəkəti təmin edilib. Reabilitasiya, rekonstruksiya və tikinti işlərinin aparıldığı Marabda- Türkiyə sərhədi(Kartsaxi) ərazisi relyefinə və iqliminə görə mürəkkəbdir. Dəmir yolu xəttinin mailliyi 35‰-dir. Sahədəki ilk stansiya - Marabda dəniz səviyyəsindən 750 m, 100-cü km-dəki Taparavani stansiyası dəniz səviyyəsindən 2250 m, sonuncu stansiya - Kartsaxi dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. Qeyd edək ki, proqnozlara əsasən bu dəmir yolu xətti vasitəsilə ilk illərdə 5 milyon ton yük, növbəti illərdə isə 15 milyon tona qədər yük daşınacağı gözlənilir.

Xəbər 1294 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

29.11.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşır
25.11.2019
Dünya birjalarında neftin qiyməti bahalaşıb
22.11.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
20.11.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
19.11.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02 DEKABR  |   16:39
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02 DEKABR  |   15:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ən sadə ALMA PİROQU
02 DEKABR  |   18:00
Kivi ilə çox sadə və dadlı piroq
02 DEKABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info