İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

22 NOYABR
18:00 Qarışıq dəri tipi üçün evdə edə biləcəyiniz qulluq qaydaları
17:47 Portağal qabığından hazırlanan möcüzəvi maska
17:36 “Avropa“ peykində su buxarı aşkarlanıb
17:33 Saçların dərmanı: qoz qabığı
17:24 Saçları sürətlə uzadan balqabaq maskası
17:11 Soyuq qış günlərinin dərmanı - Ballı banan resepti
17:05 ABŞ-da uçan motosiklet ixtira etdilər
17:00 Kirəclənmiş damarları təmizləyən 7 faydalı məhsul
16:48 Hər qidanın öz saatı var – Əti, yumurtanı, meyvəni nə vaxt yeməli?
16:35 Cökə çiçəyinin 20 faydası – Sizi çox xəstəlikdən xilas edəcək
16:23 Min bir dərdin dərmanı - QARA ZİRƏ
16:12 İdeal üz dərisinə necə malik ola bilərsiniz?
16:05 Dünyanın ən xoşbəxt xalqı məlum oldu
16:00 Kivi ilə asan hazırlanan DADLI KEKS
15:47 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:33 Çox sadə balıq SALATI
15:23 Mirkamil uzun fasilədən sonra efirə çıxdı: “Beynim yerində deyildi“
15:12 “Şou adamından mənə gəlin olmaz“ – Nəvə həsrəti çəkən xalq artisti
15:00 Gülay ölən atasından danışıb, ağladı
14:49 Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
14:36 Bu gün futbol üzrə Azərbaycan çempionatının XII turuna start veriləcək
14:23 “Real“ Benzema ilə müqaviləni yenilədi - “Marca“
14:15 Dırnaq yemək bu xəstəlikləri yaradır - Onixofagiyanın səbəbləri
14:05 Qadınları çox yaşlı göstərən saç stilləri
14:00 Pley-off mərhələsinin püşkü atılır - Avro-2020
13:45 Xoşbəxtlik pula deyil, pul xoşbəxtliyə bağlıdır
13:32 Şəxsi uğura işarə edən faktorlar
13:23 Kosmik teleskop “Spektr-RG” Kainatı skan etməyə başladı
13:13 Quru dodaqlar hansı xəstəliklərə işarə edir?
13:00 Emil Balayev mövsümün ən yaxşısı seçildi
12:48 Yenidən “İmtahan”a qayıtdı
12:32 Elçin 4 övladı ilə obyektiv qarşısına keçdi
12:24 Sablya üzrə milli komandamız dünya kubokunun mərhələ yarışında iştirak edəcək
12:13 “Yuventus“da yeni müqavilə
10:35 Günün qoroskopu
10:12 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:07 Atəşkəs pozulub
21 NOYABR
18:00 Gözəl dəriyə qovuşmaq istəyənlər üçün limon toniki
17:46 Məşhur aparıcı ATA OLDU
17:35 Pendir və mayonezlə BALIQ SOBADA

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (90643)
2 PRESS-ANONS (34903)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32374)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (30783)
5 Banan qabığı təbii məlhəmdir (29741)
Fransa jurnalında Azərbaycan cazına həsr olunmuş məqalə dərc olunub
Tarix: 19.08 | Saat: 17:58 | E-mail | Çapa göndər

Fransanın ixtisaslaşmış “Couleurs Jazz” jurnalında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) “TEAS Magazine” dərgisinin baş redaktoru Neyl Uatsonunu Azərbaycan cazının tarixi, inkişafı və gələcəyi, həmçinin Azərbaycanın görkəmli caz musiqiçilərinə həsr olunmuş məqaləsi dərc olunub.TEAS-dan APA-ya verilən məlumata görə, məqalə "Caz - bir xoşahəngli Azərbaycan məhsulu" adlanır. Məqaləmni təqdim edirik: CAZ - BİR XOŞAHƏNGLİ AZƏRBAYCAN MƏHSULU Azərbaycan cazının uzun tarixi var. Bu tarix 90 il öncəyə, demək olar ki, lentə alınan cazın ilk günlərinə gedib çıxır. Bu ölkədə ilk qrup “Şərq” caz qrupu olmuşdu. Sovet İttifaqında musiqi qastrollarında olmuş bu qrupda tenor Hüseynqulu Sarabski (müasir caz pianoçusu İsfar Sarabskinin ulu babası) vokal ifa edirdi. SSRİ zamanında caza münasibət ölkədə üstün olan siyasi ab-havadan asılı olaraq dəyişirdi. Aydındır ki, bu musiqi ABŞ-da inkişaf edirdi, lakin bu, Amerika cəmiyyətində yoxsul və məzlumların məhsulu idi. Elə buna görə də, bəzən caz musiqiçilərinə öz musiqilərini açıq şəkildə ifa etmək çətin olurdu. Buna baxmayaraq, Niyazi və Tofiq Quliyev kimi Azərbaycan musiqiçi və bəstəkarları cazdan alınan akord sıralarını simfonik musiqi ilə birləşdirə bilirdilər. 1953-cü ildə Stalinin vəfatından sonra münasibət dəyişdi və ömür boyu caz pərəstişkarı olan Leonid Brejnev Sovetın başçısı olandan sonra caza olan yanaşma daha da rahat oldu. 1950-ci illərdə Sovet və Şərq blokundan caz musiqiçiləri artıq Sovet İttifaqının Caz Paytaxtı kimi tanınan Bakıya axın edirdilər Azərbaycanın milli musiqisi muğamdır və onun ahəngdar strukturu, ölçüsü, meyarları və alətləri qərb musiqisindən tamamilə fərqli olsa da, burada caz musiqisi ilə bəzi oxşarlıqlar var ki, hər parçanın əvvəli və sonunda spesifik keçidlər var və onların arasında akkord və melodiyalar ətrafında improvizasiya üçün imkan yaranır. Bu yüksək səviyyəli improvizasiya və şəxsi interpretasiya Bakının caz musiqisini qəbul etməsinə şərait yaratdı və 1950-ci illərdə Sovet və Şərq blokundan caz musiqiçiləri artıq Sovet İttifaqının Caz Paytaxtı olaraq tanınan Bakıya axın etdilər və burada Pərviz Rüstəmbəyov (Sovetin Benni Qudmanı) kimi bir musiqiçi öz sənətini inkişaf etdirə bilmişdi. 1950 və 60-cı illərdə ABŞ-da Mayls Devis, Bill Evans və Əhməd Camal kimi parlaq musiqiçilər tərəfindən postbop modal caz musiqisinin yaradılması Azərbaycanda azərbaycansayağı musiqi inqilabına yol açdı. Rafiq Babayev və Vaqif Mustafazdə kimi klassik musiqi təhsili almış pianoçu və bəstəkarlar başlanğıc nöqtəsi olaraq Azərbaycan muğamını götürərək onu modal caz musiqisi ilə sintez edib, hazırda caz-muğam kimi tanınan etnojazz musiqi formasını yaradıblar. Vaqif Mustafazdənin çox vaxt standart caz triosu, yəni pano, bass gitara və zərb alətləri, formatında ifa edilən əsərləri xüsusi rəğbət qazanıb və burada onun pianoda zəngin bəzədilmiş yanaşmasının rolu da az olmayıb. Onu çox vaxt “Azərbaycan cazının atası” adlandırırlar. Truba ifaçısı Dizzi Gillespi demişdi ki, o, “gələcəyin musiqisini” yaradıb və blüz gitaraçı BB Kinq qeyd etmişdi: “İnsanlar mənə Blüz Kralı (King) deyir, lakin mən sənin kimi piano çala bilsəydim özümü Allah adlandırardım.”
Əzizə Mustafazadə öz kompozisiyalarına mistik yanaşma tətbiq edərək caz-muğam ideyasını bir qədər də irəli aparmışdı Vaqif Mustafazadənin 39 yaşında qəflətən vəfat etməsinə baxmayaraq, onun təsirini dəyərləndirməmək olmaz. Bu gün Azərbaycanda demək olar ki, bütün caz musiqiçiləri onun irsinə çox borcludurlar – 2009-cu ildə Montrö Caz Festivalında Solo Caz Piano mükafatını qazanmış gənc İsfar Sarabski öz çıxışlarında onun “Mart” əsərini müntəzəm olaraq ifa edir. Emil Əfrasiyab Vaqifin Piano Konsertini öz interpretasiyasında ifa edib və onun qızı Əzizə Mustafazadə öz kompozisiyalarına mistik yanaşma tətbiq edərək caz-muğam ideyasını bir qədər də irəli aparmışdı və çox vaxt ifalarını xanəndəsayağı oxumaqla tamamlayırdı. Həyəcan verici Şahin Növrəsli çox vaxt öz qardaşları ilə birlikdə milli alətlərdə tar və kamançada ifa edərək asanlıqla caz, muğam qərb və şərqə çıxış yaradır. Başqa bir piano ifaçısı Əminə Fiqarova bir qədər fərqli mühitdən yararlanır, bu, “freeform” caz musiqisidir. O, karyerasını Niderland və ABŞ-da qurub. Bu yaxınlarda, folklor mühitindən gələn musiqiçi Elçin Şirinov Azərbaycan xalq və klassık musiqisində və bu mövzular ətrafında improvizasiya edib, eyni zamanda onun kompozisiyalarında hələ də muğam mikrotonları və şərq harmoniyası da vardır. Bakıda ilk caz festivalı 1969-cu ildə keçirilib və hazırda hər il keçirilən və saksofon ifaçısı Rain Sultanov tərəfindən təşkil edilən Bakı Beynəlxalq Caz Festivalı Azərbaycan və postsovet məkanının ən parlaq istedadları ilə yanaşı Billy Kobham, mərhum Co Zavinul, Çarlz Lloyd və Stenli Klark kimi dünyanın ən məşhur istedadlarından bəzilərini cəlb edir. Təbii ki, bu cür əməkdaşlıq Azərbaycan caz musiqisinə öz təsirini göstərmişdi. Məsələn, İsfar Sarabski və Elçin Şirinovun ifaları təkrarlanan fank parçaları ilə zəngindir, Salman Qəmbərovun ifası isə tam olaraq caz-rok qarışığı kateqoriyasına aiddir. Tenor saksofon ifaçısı Rain Sultanovun yanaşması fərqlidir, o, Maykl Brekkerin fyujn musiqisini klassik, muğam və dünya musiqi alətləri və ahəngləri ilə birləşdirir. Bakının mərkəzində yerləşən caz klubu və bir çox yüksək səviyyəli musiqiçiləri ilə Azərbaycanda caz musiqisi yaşayır və çiçəklənir.

Xəbər 1240 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

13.11.2019
Azərbaycanlı alim Özbəkistanın Urgənc Dövlət Universitetin fəxri professoru seçilib
08.11.2019
Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində “Əbədi dostluğumuz” adlı sərgi, habelə Azərbaycan milli geyimləri nümayiş etdirilib.
07.11.2019
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub
01.10.2019
Azərbaycanlı kinematoqrafçıların Los-Anceles şəhərində təqdimatı keçirilib
28.09.2019
Bakıda III “ZİMA“ uşaq estrada mahnıları festivalı keçiriləcək.


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Soyuq qış günlərinin dərmanı - Ballı banan resepti
22 NOYABR  |   17:11
Kirəclənmiş damarları təmizləyən 7 faydalı məhsul
22 NOYABR  |   17:00

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Qarışıq dəri tipi üçün evdə edə biləcəyiniz qulluq qaydaları
22 NOYABR  |   18:00
Portağal qabığından hazırlanan möcüzəvi maska
22 NOYABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info