İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

23 OKTYABR
18:00 Şirniyyatdan imtina edən insanın orqanizmində 7 mühüm dəyişiklik
17:47 Gicitkənin faydaları
17:39 Qabığı özündən də şəfalı meyvə - MÖCÜZƏVİ FAYDALARI
17:37 Banan qabığının 9 inanılmaz xeyri
17:27 Təcrübəli ev xanımlarının məsləhətləri
17:14 Qoz və kişmişlə ASAN PİROQ
17:00 Xayme və Mahir APOEL-ə qarşı oynayacaq?
16:48 Azərbaycanlı müğənnidən oğlunun toyunda QƏRİBƏ ADDIM - Belə kişilər var
16:33 UŞAĞINIZIN SİZİ DİNLƏMƏSİ ÜÇÜN 25 TÖVSİYƏ
16:22 AŞAĞI MAAŞLA PUL YIĞMAĞIN 9 YOLU
16:15 Xərclərin azaldılmasının 9 qaydası
16:00 Hansı tərz valideynlik daha yaxşı insan formalaşdırır?
15:46 Tiaqo Motta İtaliya klubunda
15:39 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:24 Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək
15:11 Ətlə badımcan sobada
15:00 Bu gün UEFA Çempionlar Liqasında daha 8 qarşılaşma oynanılacaq
14:47 Turun oyunçusu Rəhman oldu
14:39 Lobya, toyuq və göbələklə sadə və çox dadlı salat
14:28 Qaraciyərdən DADLI KOTLETLƏR
14:14 Tərəvəzlərlə toyuq sobada. Tez, asan və dadlı
14:00 Ramos Çempionlar Liqasının tarixinə düşdü
13:47 Çox asan hazırlanan KƏSMİKLİ PİROQ
13:32 Kərim Təranənin anasının şəklini paylaşdı - “Allah ona...“
13:22 Əbu-Dabidə dünyanın ən qədim mirvarisi tapılıb
13:15 Üzünün robotlarda istifadə edilməsinə icazə verən şəxsə 128 min dollar veriləcək
13:11 Avropanın ən yaxşı aeroportları müəyyənləşib
13:00 Qanınızı təmizləmək istəyirsiz? – Qanı toksinlərdən yuyan 7 qida
12:45 NASA “troyalı asteroidləri“ öyrənmək üçün kosmosda stansiya yerləşdirəcək
12:39 Qaraciyəri təmizləyir, sümükləri gücləndirir - Ənginarın bilinməyən faydaları
12:21 Bitki çayları faydalıdırmı?
12:11 Azərbaycan millisinin futzal üzrə dünya çempionatı üçün heyəti açıqlanıb
10:28 Günün qoroskopu
10:05 Atəşkəs pozulub
10:04 Dünya birjalarında neftin qiyməti ucuzlaşır
22 OKTYABR
18:00 Orjinal Simitin hazırlanması
17:55 Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər
17:44 Elcan “Ər və arvad”dan getdi
17:39 Yerkökü keksi
17:23 Səhər yeməyinin 7 faydası

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (86702)
2 PRESS-ANONS (34763)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (31557)
4 Banan qabığı təbii məlhəmdir (29485)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (29213)
Azad Rəhimov: “Bu, inanılmaz dərəcədə yüksək nəticədi”
Tarix: 23.08 | Saat: 12:26 | E-mail | Çapa göndər

“Bütün idmançı və azarkeşlərə minnətdarlığımı bildirirəm. Biz hər gün burada onların diqqətini, dəstəyini hiss edirdik, çoxlu mesajlar alırdıq, Bakıdan məlumatlar gəlirdi. Bu, ilk növbədə, idmançılar üçün çox vacib dəstəkdi. Belə düşünürəm ki, məhz bu dəstək nəticəsində belə nailiyyət əldə olunub”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib. Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının çıxışını şərh edən Rəhimov deyib ki, idmançılarımız Azərbaycan tarixinə yeni səhifə yazıblar: “Bu, həqiqətən də Azərbaycanda idmanın növbəti təntənəsi idi. Bu münasibətlə hamınızı ürəkdən təbrik edir, idmançılara uğurlar arzulayıram. İnanıram ki, onlar gələcəkdə də xalqımızı, azarkeşləri sevindirəcəklər. Olimpiada idman tədbirləri içərisində bir zirvədi. Bu tədbirə bütün idmançılar, cəmiyyət, idman mütəxəssisləri hazırlaşır. 4 il ərzində aparılan işlər təhlil olunur, bir proqram, layihə şəklində hazırlanır və icra olunur. Hələlik idmançılara fürsət vermək lazımdı ki, bir müddət istirahət etsinlər”.
Nazirin sözlərinə görə, Riodan qayıtdıqdan sonra komandalara bir müddət istirahət veriləcək və ardınca Tokio-2020-nin planları işlənməyə başlayacaq: “Bir neçə ay ərzində fəal işlər aparılmayacaq. Amma sonradan hər növbəti gün Tokio Olimpiadasına hazırlaşmağa başlayacağıq. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və federasiyalar bu işə çox ciddi yanaşırlar. Onlar hazırlıq prosesini təhlil edərək, növbəti mərhələlərdə bunu planlaşdırırlar. Biz də nazirlik olaraq, onlara hərtərəfli dəstək veririk. Bu dəstək özünü təlim-məşq toplanışlarının maliyyələşdirilməsi, onların yarışlara göndərilməsi, farmakologiya məsələlərindən ibarətdi. Tokio-2020-yə hazırlığa ayrıca bir proqram şəklində yanaşmalıyıq. Çünki Yaponiya paytaxtı vaxt və iqlim baxımından fərqlidi. Ona görə də məşqçilərimizin hazırlıq prosesini daha çox Asiya qitəsində planlaşdırmalarına diqqət yetirməliyik”.
Rəhimov bildirib ki, hansı növün bizdə populyar, nailiyyətlərimizin çox olduğu növlərdə rəqiblər diqqətdə saxlanılmalıdı: “Rəqiblərimizlə sınaqçı-görüşlər təşkil etməliyik. Şəxsən mənim üçün Olimpiadalar çox vacibdi. İlboyu dünya və Avropa çempionatlarında özüm iştirak edə bilmərəm. Çünki onların sayı çoxdu. Olimpiya Oyunlarında isə hamısı göz qabağındadı. Oturub idmançılara da baxmaq olar, məşqçilərlə də ünsiyyətdə olmaq mümkündü, dünyada idman siyasətini də görə bilərik. Həm də bizim əlaqələr çox genişdi. Şəxsən Tomas Baxla görüşümdə sevindirici məqam o oldu ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti "Hansı yarışlara gedirəmsə, Azərbaycan idmançılarını görürəm" dedi. Bu, onu göstərir ki, Azərbaycanda idman növbəti, davamlı inkişaf yoluna qədəm qoyub. Bu inkişaf hər bir sahədə var. Bu işlərin hamısı sırf olimpiada adı ilə bağlıdı. Ona görə də biz buradayıq”.
Nazir bildirib ki, 18 medal qazanmağımız dünyanın da diqqətindən kənar qalmayıb: “Olimpiada bir neçə mərhələyə bölünür. İlkin mərhələ hazırlıq, idmançılarla işdi. İkinci mərhələdə idmançılar, məşqçilər nazirlik və federasiyalardan nə istəyirlərsə, həll olunur. Növbəti mərhələdə idmançıları izləyir, məsləhətlərimizi verir, dəstəkləyirik. Onlar bizi tribunalarda görəndə daha çox həvəslənirlər. Görürlər ki, dövlət də onlarla birgədi. Olimpiadadan sonra təhlillər başlanır. Biz baxırıq ki, dünya, eləcə də mütəxəssislər, bizi izləyənlər çıxışlarımızı necə qiymətləndirirlər. Bu təhlil də, statistik rəqəmlər də bizim üçün çox vacibdi. Sözsüz ki, 18 medal Azərbaycanı xüsusi yerə qoyur. Azərbaycan dünyada idmançılarının effektivliyində birinci yerdədi. Bu, dünyaca məşhur "Telegraf" agentliyinin yaydığı məlumatdı. Həmin məlumatda ABŞ 3-cü yerdə göstərilib. Medal sayı baxımından 207 ölkə arasında 15-ciyik. Bu da inanılmaz dərəcədə yüksək nəticədi. Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, MDB ölkələri arasında isə 2-ciyik. Bunlar çox yüksək, gözlənilməz nəticələrdi. Medal keyfiyyəti baxımından, 39-cuyuq. Baxmayaraq ki, London-2012-də 30-cu idik. Amma gümüş medalların sayı "qızıl"ları ikiqat əvəzləyir. Sevindirici hal odu ki, 2 deyil, 5 idman növündə medal qazanmışıq. Bizi qızıl medal sayında qabaqlayanlar medalları 2, maksimum 3 növdə medal əldə ediblər. Həmin ölkələr üstünlüyü bu növlərə veriblər, digər növlər diqqətdən kənarda olub. Amma bizim geniş tərkib, 5 növdə medalların qazanılması onu göstərir ki, bizdə hər istiqamətə fikir verilir, nəticə də üzdədi”.

Xəbər 1231 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

23.10.2019
Xayme və Mahir APOEL-ə qarşı oynayacaq?
23.10.2019
Tiaqo Motta İtaliya klubunda
23.10.2019
Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək
23.10.2019
Bu gün UEFA Çempionlar Liqasında daha 8 qarşılaşma oynanılacaq
23.10.2019
Turun oyunçusu Rəhman oldu


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Şirniyyatdan imtina edən insanın orqanizmində 7 mühüm dəyişiklik
23 OKTYABR  |   18:00
Gicitkənin faydaları
23 OKTYABR  |   17:47

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Təcrübəli ev xanımlarının məsləhətləri
23 OKTYABR  |   17:27
Qoz və kişmişlə ASAN PİROQ
23 OKTYABR  |   17:14

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1364

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info