
Vadi Əl-Salaam dünyanın ən böyük qəbirstanlığıdı hansı ki, İraqın Nəcəf şəhərində yerləşir. Onun 1,400 ildən çox yaşı var.
Orada dəfn olunmaq milyonlarla şiənin arzusudu. Vadi Əl-Salaam-da, Peyğəmbərin əmisi oğlu və kürəkəni İmam Əlinin türbəsi yerləşir. Rəvayətə görə, nəhəng qəbirstanlıqda möcüzələr baş verir, insanlar İmam Əlini görürlər və gec-tez onun dünyaya qayidacağını və ədalətli hakim olacağını söyləyirlər.
Hər gün 13 il davam edən müharibənin qurbanları olan yüzlərlə əsgər və dinc sakinləri orada dəfn edirlər.
İraqın və İranın bütün şiələri Vadi Əl-Salaama qohumlarının qəbrini ziyarət etməyə gəlirlər. Qəbirstanlığın sahəsi daim uzadılır. Hal-hazırda onun sahəsi 600 hektarı keçib.
Ənənəyə görə, meyidi yuyulub, ağ kəfənə büküldükdən sonra İmam Əlinin məqbərəsində cənazə namazı qılınır və onun ətrafında üç dəfə dolandırılır. Deyilənlərə görə "Gizli İmam" İmam Mehdi hər cümə axşamı namaz vaxtı yerli məsciddə görünür.
İraq müharibəsində davamlı olaraq insan tələfatı olur. Hər gün qəbirstanlığda yüzlərlə insan basdırılır. Vadi Əl-Salaam qəbirstanlığında beş milyona yaxın adam torpağa tapşırılıb. Vadi Əl-Salaam qəbirstanlığı YUNESKO-nun dünya irslər siyasına daxil olunub.
|