İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

23 AVQUST
18:00 “Bavariya“nın futbolçusu Fransa klubunda
17:46 “Mançester Yunayted“də itki
17:32 Sağlam ürək üçün əzgilin balla qarışığı
17:25 Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL
17:13 Portağal qabıqlarını atmayın! Çox faydalı resept
17:00 İllər sonra yeniyetməlik sevgilisinə ərə gedən məşhur aparıcıdan ŞOK ETİRAF: Vaxtında...
16:47 Kələmin bilmədiyiniz faydaları
16:38 Aloe bitkisinin tükənməz faydaları
16:22 Darçınla alma sobada. Dadlı desert
16:12 Armudun faydası - İnanmayacaqsınız!
16:00 Şirniyyat istəyini bu vasitə ilə aradan qaldıracaqsınız
15:49 Misir kraliçalarının 5 yaş gəncləşdirən maskası
15:25 “Qalatasaray”ın futbolçusu İspaniya klubunda
15:12 Albalı mürəbbəsinin hazırlanması
15:00 “Napoli” tarixinin ən bahalı transferi oldu
14:47 “Qəbələ“nin futbolçusu Küveyt klubunda
14:39 Quarejma “Beşiktaş“dan ayrılır? - son qərarını açıqladı
14:25 Üztanıma funksiyalı eynəklərin sınaqları keçirilir
14:15 Dünyanın ən qədim romanı bu ölkədə yazılıb
14:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
13:49 Buxaqdan qurtulmağın yolları
13:22 Kosmetikanı necə saxlamaq lazımdır. MƏSLƏHƏTLƏR
13:14 Yemiş mürəbbəsi. Qeyri-adi dad
13:00 İpək kimi hamar dəriyə sahib olun! MÖHTƏŞƏM MASKA
12:47 Nefti karbon qazına və metana parçalayan mikroorqanizm aşkarlanıb
12:37 Azərbaycanlı aktrisa ana olacaq
12:27 Avroliqada gecənin bütün nəticələri
12:15 Səməd Səmədov oxuyur, Cavanşir Məmmədov müşayiət edir — 30 ilin FOTOSU
11:13 Bolqarıstanın 8 bölgəsində yanğın təhlükəsi elan olunub
11:00 Bu günə olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib
10:47 Şamaxı rayonunda 5 yaşayış məntəqəsinin yolu yenidən qurulur
10:37 Hacıqabulda mikroavtobus qəzaya uğrayıb, 8 nəfər yaralanıb
10:36 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi bu gün başa çatır
10:27 Günün qoroskopu
10:16 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:05 Atəşkəs pozulub
22 AVQUST
18:00 Tənqid etmək taktikası
17:49 Oynaq ağrılarının limon qabığı ilə müalicəsi - Xalq təbabəti
17:37 Əgər qidanızdan badımcan əksik etməsəniz...
17:28 Premyer Liqamızda 3-cü turun oyunlarının saatı açıqlandı

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (76932)
2 PRESS-ANONS (34449)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (29993)
4 Banan qabığı təbii məlhəmdir (28827)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24912)
Azərbaycan prezidenti Yalama Aqroparkının açılışında iştirak edib
Tarix: 08.09 | Saat: 14:30 | E-mail | Çapa göndər

Prezident İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirak edib. "APA-Economics"in məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev aqroparkda görülən işlər barədə məlumat verib. Bildirilib ki, 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə uyğun olaraq, 1000 başı sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbar və saatda 30 ton taxıl qurudan qurğu quraşdırılıb.
Prezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlara ödənilən güzəştli kreditlər barədə də məlumat verildi. Ş. Mustafayev bildirib ki, indiyədək fond vasitəsilə Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2260-dək sahibkara 163,5 milyon manat, o cümlədən yeni texnologiyalara əsaslanan 13 logistik mərkəz və 2 taxıl anbarı, 1 quşçuluq, 2 istixana, 7 intensiv bağçılıq və 4 üzümçülük təsərrüfatı, 3 meyvə-tərəvəz emalı, 2 çörək və 2 tara zavodu, eləcə də 7 digər istehsal və emal müəssisəsi olmaqla, ümumilikdə 43 müəssisənin yaradılmasına 107 milyon manat, həmçinin 1980-dək sahibkara 19 milyon manatdan çox kiçik həcmli güzəştli kreditlər verilib. İqtisadi rayon üzrə verilmiş güzəştli kredit hesabına 11 mindən çox yeni iş yeri yaradılıb. Xaçmaz rayonu üzrə isə 790 sahibkara 50,6 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 3300-dən çox yeni iş yeri açılıb. Prezident İlham Əliyev Yalama Aqroparkında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, təsərrüfata “Aqrolizinq” ASC vasitəsilə “Simmental” cinsindən olan 1103 baş cins heyvan gətirilib və bu günədək 601 baş bala alınıb. Hazırda təsərrüfatda yüksək yağlılıqlı və keyfiyyətli süd istehsal olunur. Dövlət başçısı aqroparkın ərazisindəki yem zavodunu işə salıb.
Zavodda istehsal olunan qüvvəli yem aqroparkın tələbatını ödəməklə yanaşı, regionda fəaliyyət göstərən fermer təsərrüfatlarına da satılacaq. Heyvandarlıq kompleksinin yem bazasının formalaşdırılması üçün növbəli əkin sistemi tətbiq olunmaqla 128,5 hektar yonca, 228,5 hektar arpa və 100 hektar dənlik qarğıdalı əkilib. Arpa zəmilərində biçin başa çatdırılıb və yüksək məhsuldarlıq əldə edilib. Rentabelliyin təmin edilməsi məqsədilə arpa sahələrinin 155 hektarında ikinci əkin olaraq silosluq qarğıdalı səpilib.
Bildirilib ki, dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin də suvarma suyuna olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayan 3,2 kilometr uzunluğunda beton suvarma kanalı, tutumu 50 min kubmetr olan su hovuzu tikilib, 4 subartezian quyusu qazılıb, əraziyə yol, qaz və elektrik xətləri çəkilib. Aqroparkda aqroservis mərkəzi yaradılıb, xaricdə və Gəncə avtomobil zavodunda istehsal olunan 15 adda 24 müasir texnika və aqreqatlar alınıb.
Aqroparkda çalışanlar üçün hər cür şərait yaradılıb, 40 çarpayılıq yataqxana, yeməkxana və ofis binası inşa edilib, ərazi abadlaşdırılıb və geniş yaşıllaşdırma işləri görülüb. Bununla yanaşı, aqroparkda müasir texnologiyanın tətbiq edildiyi, dəyəri 12 milyon manat, gündəlik emal gücü 100 ton olan süd zavodu, 60 hektar ərazidə intensiv bağçılıq (dəyəri 3 milyon manat) və Xaçmazın Muxtadır qəsəbəsində dövlət ehtiyat fondu torpaqlarından uzunmüddətli icarəyə götürüləcək 957 hektar sahədə müasir suvarma sisteminə malik olan iri taxılçılıq təsərrüfatları (dəyəri 5 milyon manat) yaradılacaq. Süd emalı zavodunda kərə yağı, quru süd və pendir istehsal olunacaq. Aqroparkda ikinci mərhələ üzrə həyata keçiriləcək layihələrə ümumilikdə 20 milyon manat investisiya qoyulması nəzərdə tutulur. İkinci mərhələdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyindən də istifadə ediləcək.
Süd zavodunda təsərrüfatda istehsal olunmuş südün emalı ilə yanaşı, ətraf kəndlərin fermerlərindən də süd tədarük olunacaq, emal edildikdən sonra hazır məhsullar daxili bazara çıxarılmaqla bərabər, xarici ölkələrə də ixrac ediləcək. Aqroparkda 150 nəfər çalışır və layihələrin icrası nəticəsində 300-dən artıq yeni iş yeri yaradılacaq. Aqroparkla tanışlıqdan sonra prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.

Xəbər 740 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

23.08.2019
Bu günə olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib
23.08.2019
Şamaxı rayonunda 5 yaşayış məntəqəsinin yolu yenidən qurulur
23.08.2019
Dünya birjalarında neftin qiyməti bahalaşıb
22.08.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
21.08.2019
Qobustanda Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulur


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Sağlam ürək üçün əzgilin balla qarışığı
23 AVQUST  |   17:32
Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL
23 AVQUST  |   17:25

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Darçınla alma sobada. Dadlı desert
23 AVQUST  |   16:22
Misir kraliçalarının 5 yaş gəncləşdirən maskası
23 AVQUST  |   15:49

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1356

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info