İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

17 AVQUST
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:47 Üzüm qabığının bu faydasını bilirdinizmi?
12:39 “Bavariya“dan uğursuz start
12:28 Koutinyo “Bavariya”ya keçir
12:16 Luis Suares sıradan çıxdı
12:00 Paltarlarınızdakı ləkələrdən bu cür qurtula bilərsiniz
11:49 Yovşanla müalicə - Orqanizmi çürüdən hər şeyi məhv edir
11:39 Aybəniz Haşımova gənclik FOTOsunu yaydı
11:24 Afaq Bəşirqızı nəvələri ilə
11:15 Elçin Quliyev Elnarəni TƏLTİF ETDİ
10:28 Günün qoroskopu
10:15 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:08 Atəşkəs pozulub
16 AVQUST
18:00 Saçlarınız gec uzanırsa... - 5 SƏBƏB
17:48 “Qarabağ“la oyunlar üçün 25 futbolçu
17:35 Röya: “Mənim kimi qız elə sevgilisiz olsa yaxşıdır“
17:23 Yaşar yeni doğulan qızı ilə
17:11 Əzvayın 7 müalicəvi əhəmiyyəti
17:00 2 qaşıq alma sirkəsi ilə MÖCÜZƏ
16:45 Sarımsaqlı südün faydaları
16:32 Bir addım atın
16:24 Kim pullarına qənaət etmək istəyirsə onlara 7 məsləhət
16:15 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
16:00 Xəyal və uğur
15:47 Özünüzə inanırsınız? Özünəinamın 15 şərti
15:39 Optimist olmaq nə verir?
15:25 Uğur qazanmanın başlıca düşmənləri
15:12 “Roma“da ikinci türk
15:00 “Cehizsiz gəlinlər” illər sonra bir arada
14:45 “Əxlaqından susursan, amma çığırmaq istəyirsən...“
14:35 Diş daşlarını ev şəraitində təmizləyən TƏBİİ ÜSULLAR
14:23 Çuğundurla limon qarışığının möcüzəvi faydası
14:14 Sinir sisteminə və qan dövranına təsir göstərən FAYDALI BİTKİ
14:00 Qəbizlikdən xilas edən DADLI KOKTEYL. Resept
13:47 Avropa Liqasında pley-offun cütlükləri
13:38 Superliqada yeni mövsüm başlayır
13:25 Hər dəri tipinə faydalı BAL MASKALARI
13:12 Dolğun saçlara sahib olmaq üçün bu 5 qaydaya MÜTLƏQ ƏMƏL EDİN
13:00 Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12:46 Üzünüzün parıldamasını istəyirsinizsə, istiotu... - MASKA

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (75833)
2 PRESS-ANONS (34368)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (29773)
4 Banan qabığı təbii məlhəmdir (28731)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24658)
Azərbaycan prezidenti: “Avropa Parlamenti hələ də təəssüf edir”
Tarix: 07.10 | Saat: 17:25 | E-mail | Çapa göndər

“Bu il bizim beynəlxalq mövqelərimiz möhkəmlənib. Bir çox beynəlxalq təşkilatda Azərbaycana bir daha dəstək nümayiş etdirilib. Bu təşkilatlar arasında iki təşkilatı xüsusilə qeyd etmək istərdim. Biri İslam Əməkdaşlıq Təşkilatıdır ki, builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradıb, kontakt qrupu artıq işə başlayır. Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu. Bu yaxınlarda Qoşulmama Hərəkatının - BMT-dən sonra ən çox üzvü olan bu təşkilatın Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur”. APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Dövlət başçısı bildirib ki, digər təşkilatlarda da bu gözəl meyilləri müşahidə olunmaqdadır: “Avropa Parlamenti. Bu yaxınlarda Avropa Parlamenti tərəfindən səslənən rəsmi bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirdi. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, bir il ərzində Azərbaycan Avropa Parlamenti ilə bütün əlaqələri kəsmişdir, Avronest qurumundan çıxıb. Bunun da səbəbi var, ictimaiyyət bunu bilir. Sadəcə olaraq, demək istəyirəm ki, bu, bizim günahımızdan olmayıb. Biz günahkar deyilik. Bizə qarşı ədalətsizlik nümayiş etdirildi. Biz təhqir olunduq. Bizə qarşı diplomatiyada qəbuledilməz sözlər işlədildi. Təbii olaraq, biz də öz sözümüzü dedik. Azərbaycan Milli Məclisi də çox əsaslı, arqumentli, kəskin, yəni, Avropa Parlamentinin o qətnaməsinə uyğun, elə o səviyyədə cavabını verdi. Bir il münasibətlərimiz dondurulmuşdu. Yəni, bunu Azərbaycan xalqı heç hiss etməyib. Mən də o vaxt demişdim, münasibətlər olsa yaxşıdır, olmasa da, hər halda bunun bizim işimizə heç bir təsiri yoxdur. Nəticədə nə oldu? Münasibətləri bərpa etmək üçün özləri gəldilər. Gördülər ki, təhqir, təzyiq yolu ilə keçmir. Halbuki bunu çoxdan bilməli idilər ki, keçmir və keçməyəcək. Gəldilər ki, münasibətləri bərpa etsinlər. Bizim də bəzi təkliflərimiz olub. O təkliflər müsbət qəbul edildi və bu təkliflərin nəticəsində birgə bəyanat da səsləndi. O bəyanatda ifadə olundu ki, Avropa Parlamenti belə hərəkətlərə yol verdiyinə görə təəssüf edir. Orada göstərilir ki, gələcəkdə bu cür hərəkətlərin təkrar olunmaması üçün işlər aparılacaq. Biz də konstruktiv mövqe nümayiş etdirərək qərar qəbul etdik ki, artıq bu, bizi qane edir və münasibətlər indi bərpa olunur”.
Prezident İlham Əliyev deyib ki, Biz 25 ildir ki, müstəqil yaşayan ləyaqətli ölkəyik. “Mən özümüzü tərifləmək istəmirəm, heç vaxt da tərifləməmişəm, halbuki tərif üçün bir çox məqam var. Heç kimə imkan vermərik ki, bizi təhqir etsin. Qəbuledilməz hər bir hərəkətə cavabımızı veririk, sözümüzü deyirik, heç kimdən çəkinmirik, nəinki bizə aid olan məsələlərdə, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdiririk. Dünyada gedən işlərlə bağlı bizim mövqeyimiz var və biz bu mövqeyi çəkinmədən ifadə edirik” – deyə, o bildirib.

Xəbər 1466 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
29.07.2019
Susana Manqana: Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər
23.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
03.07.2019
Azərbaycanın Xarici İşlər naziri Peruya işgüzar səfərə yola düşüb
19.06.2019
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Üzüm qabığının bu faydasını bilirdinizmi?
17 AVQUST  |   12:47
Yovşanla müalicə - Orqanizmi çürüdən hər şeyi məhv edir
17 AVQUST  |   11:49

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Paltarlarınızdakı ləkələrdən bu cür qurtula bilərsiniz
17 AVQUST  |   12:00
Saçlarınız gec uzanırsa... - 5 SƏBƏB
16 AVQUST  |   18:00

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1355

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info